L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Azərbaycan mütəhərrik oyunları milli



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə43/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   227
Muteherrik ve eylenceli oyunlar

4.5.Azərbaycan mütəhərrik oyunları milli 
mədəniyyətimizin tərkib hissəsidir 
 
Azərbaycan mütəhərrik oyunlarının yaranma tarixi qədim 
dövrlərə aiddir. Onlar əsrlər boyu nəsillərdən-nəsillərə keçmiş, inkişaf 
etmiş, xalqın məişət cizgilərini və adətlərini özündə birləşdirərək 
zənginləşdirmişdir. 
El nəğmələri xalq oyunlarının tədqiqatçısı A.Nəbiyev qeyd edir 
ki, «Oyun» sözü türklərin oynamaq söz kökü ilə bağlı yaranmışdır. 
Türkdilli xalqların içərisində «oy»un ağıl, hikmət mənaları vardır. 
Ağılı, hiyləni hərəkət vasitəsi ilə ifadə etmək isə oyunların 
yaranmasında mühüm amil olmuşdur. Məsələn, elə qaya rəqsləri 
daxilindəki oyunlara nəzər salsaq görərik ki, onlar müəyyən fikri, 
hikməti, kiməsə, bəlkə də qəbilə və ya tayfa başçısına, onun ayrı-ayrı 
üzvlərinə yetirmək məqsədilə düşünülüb cızılmış rəsmlərdir… 
rəqslərdən ayrılmış oyunlarda da hərəkət başlıca ünsürdür. 
Ümumiyyətlə oyunu hərəkətdən kənar başa düşmək doğru olmaz.
Mütəhərrik oyunlar xalqın təfəkkür tərzini, istək və arzularını 
özündə hifz edir, saxlayır. Buna görə də oyunları öyrənərkən nəsillərin 
tarixi inkişaf yolu haqqında mühakimə yürütmək mümkündür. 
Oyunların çoxu ciddi həyati işləri təqlid edir. Oyunlarda kəndlilərin 
torpağı necə yumşaltması, taxıl əkini aparması, həmçinin ovçuluq və 
balıqçılıqla məşğuliyyəti əks olunmuşdur. Bu oyunlarda Azərbaycan 
xalqının ibtidai cəmiyyətə aid şənliklərin, toy və yas mərasimlərinin 
ünsürləri qorunub saxlanılmışdır. 
Fiziki hərəkətləri əks etdirən qayaüstü rəsmlərdən öyrənirik ki, 
Azərbaycanda hələ bizim eradan bir neçə min il əvvəl oyunlar 
olmuşdur. Qobustan qayalarında ovçuluğu, xalq oyunlarını əks etdirən 
rəsmlər indii də qalmaqdadır. Böyükdaş dağında yallı və s. rəqsləri
habelə oxatanları, avarçəkənləri və s. əks etdirən şəkillər həkk 
olunmuşdur. 
Azərbaycan ədəbiyyatçıları, tarixçiləri, yazıçıları, filosofları və 
bu ölkəyə gələn səyyahlar öz əsərlərində göstərirlər ki, Azərbaycanda 
hələ qədim vaxtlardan fiziki hərəkətlərlə məşğul olmuşlar. Çoxlu 
tamaşaçı cəlb edən oyunlardan kəndirbazlıq və çovkanın adı çəkilir.


83 
Bu oyunlarda at üstündə gimnastika hərəkətləri edənlər, kəndir üstündə 
dayanmaq bacarığına malik olanlar yarışa bilərlər. 
Azərbaycan xalq oyunları-rəqsdaxili («Yağış yağdıraq», «Küləyi 
çağıraq», «Küləyi kəsək» və s.), mərasim («Qodu-qodu», «Kosa-
kosa», «Fincan-fincan» və s.), məişət («Habudu getdi», «Şahbud 
getdi», «Yoldaş, səni kim apardı», «Bənövşə-bənövşə», «Qundaq-
qundaq», «Beş-onbeş» və s.) və digər oyunlar cəmiyyət dəyişdikcə 
onlarda ilkin zəruriyyət formasını dəyişərək yeniləşdirilmiş asudə 
vaxtlarda istirahət, əyləncə mahiyyətini daşımışdır. Zaman keçdikcə
xalq oyunları daha ciddi şəkil alaraq, məqsəd, məzmun və formaca 
xeyli zənginləşdirərək cəldlik və çevikliyi, yüksək humanist duyğuları 
inkişaf etdirmiş, böyüməkdə olan nəslin dərketmə qabiliyyətini 
artırmış, 
düşüncə 
tərzini 
dərinləşdirmiş, 
sağlamlığını 
möhkəmləndirmiş, onları ölkənin müdafiəsinə hazırlamışdır. 
Xalq pedaqogikasının tədqiqatçı alimlərindən Ə.Həşimov və 
F.Sadıqov yazır ki, Azərbaycan xalq pedaqogikası ən qiymətli 
yadigarları sırasında milli oyunların da özünəməxsus yeri var. 
Ulularımızın yaratdıqları xalq oyunlarının əksəriyyəti tarix boyu ən 
dəyərli sərvətlər kimi qorunmuş zaman-zaman təkmilləşdirilmiş və 
gəlib çağdaş dövrümüzə çıxmışdır. İnsanın bir şəxsiyyət kimi 
formalaşmasında onlar müstəsna rol oynayır. Xüsusilə uşaqlar üçün 
oyun ciddi tərbiyə vasitəsidir, fiziki kamillik məktəbidir. 
Milli oyunların bir qismi həssaslıq, mütəşəkkillik, intizamlılıq
kimi mənəvi sərvətlərin formalaşmasına, bir qismi nitqin inkişafına, 
uşağın söz ehtiyatını zənginləşdirməyə, bir qismi dözümlülük, qocalıq, 
cəldlik, təbii, iradi fiziki keyfiyyətlərin təşəkkülünə, başqa qismi 
fəhmin, fərasətin, zövqün, gözəllik hissinin tərbiyəsinə xidmət edir. 
Uşağı əməyə, ailə həyatına, ətraf mühitin təmizliyini qorumağa 
hazırlayan xalq oyunlarıda az deyildir. Azərbaycan Milli oyunları həm 
əqli, həm də fiziki, əxlaqi, estetik, ekoloji, iqtisadi və əmək tərbiyəsi 
baxımından son dərəcə qiymətli sərvətlərdəndir».
4
Milli oyunlar növ etibarı ilə də rəngarəngdir və insanın bütün yaş 
dövrlərini əhatə edir. İstər uşaqlar, istərsə də yeniyetmələr, gənclər, 
qızlar, gəlinlər, yaşlı kişi və qadınlar üçün onlarca, yüzlərcə 
oyunlarımız vardır. Onların əksəriyyəti vaxtı ilə xalqın ayrı-ayrı 
4
 Я.Щяшимов, Ф.Садыгов. Азярбайъан халг педагоэикасы антолоэийасы. 
Бакы, 1993, сящ.46-47. 


84 
sahələrdəki ayin, mərasim və ənənələrinə əsaslanaraq yaradılmış, 
getdikcə dünyaviləşmiş, xalq məişəti ilə həyatı ilə əlaqədar olaraq real 
məzmun kəsb etmişdir».
5
«Vur nağara, çıx qırağa», «Bənövşə, bəndə 
düşə», «Səməndər, ay Səməndər», «Əlimi bıçaq kəsibdir», «Adı 
gözəl», «Qurd və çoban» və s. belə oyunlardandır.
Oyunlar xalq həyatının çox müxtəlif cəhətlərini-inkişaf 
mərhələlərini, ilkin həyat şəraitini, görüş və etiqatlarını, mərasimlər 
dünyasını əks etdirən janrlardan biridir. Xalq oyunları ən qədim 
dövrlərdən xalqın məişət həyatını, əyləncə dünyasını əks etdirmək 
baxımından da maraq doğurur. Elə oyunlar vardır ki, ən qədim 
dövrlərdən xalqın arzu və idealını müəyyənləşdirmək məqsədilə 
yaranmış və bu günə qədər gəlib çatmışdır. Başqa janrlardan fərqli 
olaraq oyunlarda xalqın ümumi əhval-ruhiyyəsi, psixoloji anı, zülm və 
istismar dünyasına münasibəti çox aydındır».
6
Bəzi mənbələrdə oyunların yaranma tarixinə də rast gəlirik.
İbn-Əl-Əsif «Əl-kamil fi-t-tarix» əsərində) yazır: «Hələ 113- cü ildə 
(731 - 732-ci illərdə) Azərbaycanın qadın döyüşçüləri xalq 
oyunlarında çox həvəslə iştirak edirdilər». Buradan aydın olur ki, 
Azərbaycanda xalq oyunlarında kişilərlə bərabər qadın və qızlar da 
iştirak etmişlər. N.Gəncəvinin «Xəmsə»sinə XVI əsrdə çəkilmiş bir 
miniatürdən də bunu görmək olur. Həmin miniatürdə başda Şirin 
olmaqla, Azərbaycan qadınları Xosrov şahla çovkan oyununda 
yarışırlar. Burada oyunçulardan yüksək ustalıq tələb edən 
keyfiyyətlərdə-əla at çapmaq, topu yoldaşa ötürmək, yarış vaxtı 
tamaşaçılara və oyunçulara toxunmamaq və s. kimi qaydalardan bəhs 
olunur. 
Nizami öz məşhur «Xəmsə»sində xalq oyunlarını, idmanı 
tərənnüm etdirmiş, Azərbaycanın yalnız igid oğullarının deyil, həm də 
igid qızlarının at çapmasından, ox atmasından, qılınc oynatmasından, 
çovkan oynamasından, ölkəni ağılla, kamalla idarə etməsindən söhbət 
açmışdır: 
Dişi Aslan kimi yetmiş nəfər qız 
5
 Я.Султанлы, Азярбайъан драматурэийасынын инкишаф тарихиндян. 
Бакы, 1969, сящ. 62. 
6
 А.Нябийев. Ел няьмяляри халг ойунлары. Бакы, Азярбайъан Дювлят 
няшриййаты, 1988, сящ.134. 


85 
Şirinin yanına gəldi qayğısız. 
Cürətdə hər biri bir İsfəndiyar, 
Rüstəm Zal kimi ox atandırlar. 
Çovkan oynamaqda çox çevikdilər, 
Göydən qapardılar topu müxtəsər. 
Yaxud: 
Yerindən sıçrasa günəşə Sarı, 
Yeddi qatlı göydən qalxar yuxarı. 
Paltar geyinmişdir kişilər kimi, 
Düzlərdən keçirdi qoçaq ər kimi. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə