L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə40/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   227
Muteherrik ve eylenceli oyunlar

4.2. Mütəhərrik oyunların pedaqoji
xarakteristikası 
 
Məktəbyaşlı uşaqlarla müxtəlif növ mütəhərrik oyunlar təşkil 
olunur. Lakin həmin oyunlar məzmununa və qaydalarına, oyunlarda 
iştirak edənlərin sayına, yarış elementlərinin miqdarına görə 
müxtəlifdir və bir-birindən fərqlənir. Oyunlarda uşaqlar arasında 
mövcud olan münasibətlərdə mühüm rol oynayır. Göründüyü kimi
uşaqlarla oyunlar təşkil olunub keçirilərkən yuxarıda söylənilən amillər 
də böyük əhəmiyyətə malikdir. 
Kiçik yaşlı ibtidai sinif şagirdləri üçün elə mütəhərrik oyunlar 
seçilir ki, onlar sadə fiziki hərəkətlərdən ibarət olur. Uşaqlarla yeriş
qaçış, sürünmələr və s. fiziki hərəkət elementlərindən ibarət oyunların 
təşkili daha faydalıdır. Bundan əlavə, uşaqlar üçün elə oyunlar seçib 
tətbiq etməlidir ki, o oyunlar uşaqları özünə cəlb edir, əyləndirir və 
şənləndirir. Bu cür oyunlar təşkil olunarkən bütün uşaqlar eyni 
zamanda hoppanır və ya qaçır. «Siçan və pişik», «Bir xətt üzərində 
yeriş və qaçış», topla oyunlar və s. göstərmək olar. 
Uşaqlarda təbiətə məhəbbət, quşlara qoyğı hissini tərbiyə etmək 
məqsədilə müvafiq oyunlar keçirilir. Həmin oyunlarda «quşlar uçur, 
yenidən öz yuvalarına qayıdırlar». Uşaqlar bu zaman quşları 
yamsılayır, onların hərəkətlərini yamsılayırlar. Bəzi oyunlar da vardır 
ki, onlar idman xarakteri daşıyır. Uşaqlar belə oyunlarla ötüşməyi
hoppanmağı, maneələri keçməyi daha çox seçir və maraq göstərir, 
yerinə yetirir və öyrənirlər. IV siniflərdə isə mütəhərrik oyunlar 
mürəkkəb fiziki hərəkətlərdən ibarət olur. Oyun qaydaları çətinləşir, 
onları yerinə yetirmək intizam və dözüm tələb edir. 
Məktəbdə keçirilən oyunlarda aparıcılıq da olmalıdır. Aparıcı 
əsasən müəllim olur. Bəzən də fəal uşaqlardan biri təyin olunur. Lakin 
bütün oyunlarda müəllim diqqətli olmalı, oyunun düzgün və maraqlı 
keçməsinə çalışmalı və nəzarət etməlidir. Proqramda bütün yaş 


79 
qrupları üçün oyunlar verilmişdir. Bunların səmərəliliyi müəllimdən və 
idman baza şəraitindən asılıdır. İndi də oyunların pedaqoji-tərbiyəvi 
mahiyyətini əyaniləşdirmək məqsədi ilə xalq oyunlarından nümunələr 
verək: 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə