L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə38/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   227
Muteherrik ve eylenceli oyunlar

mütəhərrik 
oyunlar
: əsas və elementar mütəhərrik oyunlar (süjetli və süjetsiz); 2) 
İdman xarakterli oyunlar
(basketbol, voleybol, futbol, stolüstü 
tennis, badminton və s.); 3) 
Mahnı
oxumaqla
və əl-ələ tutub dairə 
təşkil etməklə oyunlar. 
Elementar mütəhərrik oyunlar.
Uşaq bağçasında elementar 
mütəhərrik oyunlar xarakterikdir. Bunlar süjetli və süjetsiz olurlar. 
Süjetli 
mütəhərrik oyunların adından məlum olduğu kimi, müvafiq 
süjeti və ciddi qayda-qanunu olur. Bu oyunlar müasir həyatla əlaqədar 
uşaqlarda müəyyən təsəvvürlər yaradır. Onlar müvafiq rolları yerinə 
yetirirlər. Oyun qaydaları uşaqlara nəyi etmək olar və nəyi etmək 
olmazı müəyyən etməklə onun mahiyyətinə də aydınlıq gətirir. 
Süjetsiz oyunlar
hər hansı bir hərəkət üzrə tapşırıqların 
icrasına əsaslanaraq qurulur. Bu oyunlar müxtəlif əşyalarla keçirilir 
(top, halqalar, çubuqlar və s.). Əşyalarla oyunun keçirilməsi uşaqların 
marağını yüksəldir, idman fəallığını artırır («Bayrağa qədər qaç», 
«Halqalardan keç» və s.). 
Mütəhərrik oyunlar
. Mütəhərrik oyunlar bir çox cəhətlərinə, 
yəni xarakter və məzmununa, daşıdığı məqsəd və vəzifələrə görə digər 
oyunlardan mühüm dərəcədə fərqlənir. Mütəhərrik oyunlar ilk növbədə 
ciddi və məsuliyyətli, dəqiq hazırlıq işləri o qədər də tələb etmir. Onun 


75 
təşkili və keçirilməsi üçün sanballı təqvim-tematik planlarına onların 
yerinə-yetirilməsinə ciddi riayət ediləcəyinə, geniş və hərtərəfli 
təbliğatı, təşkilatı tədbirlərin görülməsinə əhəmiyyətli dərəcədə ehtiyac 
yoxdur. Hər bir oyun alət və avadanlıqlardan, oyun ləvazimatlarından, 
idman bazasından və keçiriləcək şəraitdən asılı olaraq təşkil olunmalı, 
həyata keçirilməlidir.
Burada regionun iqlim şəraiti də nəzərə alınmalı, iqlim 
dəyişikliyinə müvafiq olaraq hazırlıq işləri də görülməlidir. Bunlar 
oyunun lazımi səviyyədə təşkili, keçirilməsi və məqsədəuyğun 
nəticəsinin əldə olunmasın da mühüm komponentlərdən sayılır. 
Oyunlar müxtəlif şəraitdə təşkil olunarkən onun başlıca məqsəd 
və vəzifələrini nəzərdən qaçırmamaq şərti ilə oyunçuların tərkibində
müəyyən dəyişiklik etmək olar. Yəni
oyunçuların tərkib etibarı ilə sayını artırmaq və azaltmaq mümkündür. 
Bu şərtlə ki, həmin dəyişiklik digər dəstənin başçısı və üzvləri ilə 
razılaşdırılmış olsun. Elə mütəhərrik oyunlar da vardır ki, hər hansı bir 
dəstədə oyun iştirakçılarının sayı çox və yaxud azda ola bilər. Bu şərtlə 
ki, dəstələr arasında razılıq olsun. Əlbəttə, belə razılıq çox təsadüf 
nəticəsində müstəsna hallarda baş verə bilər. Birincisi ümumən 
oyunçuların sayının tək olması nəticəsində, ikincisi təsadüfən bir 
dəstədəki oyunçulardan qat-qat güclü, çevik və yaxud iş bilən-bacarıqlı 
olduğu halda dəyişiklik etmək effektli olur. Əks təqdirdə oyun istənilən 
dərəcədə maraqlı, cəlbedici olmur, zəif qarşı tərəf oyunçuları ruhdan 
düşür qalib gəlmək şanslarının olduğunu düşünmürlər, istər istəməz 
qələbəni asanlıqla əldən verirlər. 
Bütün bunlarla yanaşı, oyunçuların sayı, oyun yerindəki şərait 
nəzərə alınmaqla oyun yerinin ölçülərində müvafiq dəyişikliklərin 
aparılmasıda zəruridir. Bunlar oyun təlimi prosesində həddən artıq 
sıxlığın, boş dayanmanın, şagirdlərin bir-birinə qarşı mümkün qeyri-
səmimiliyin, kobudluğun, intizamsızlığın qarşısını alar, təhlükəsizliyin 
aradan qaldırılmasına, məktəbyanı bədən tərbiyəsi, idman bazasına 
hörmətlə yanaşmağa, onu qorumağa, həmçinin sanitariya-gigiyena 
qaydalarına əməl etməyə normal şərait yaradır, nəticəyönümlülüyün 
reallaşmasını təmin edir.
Mütəhərrik oyunlardan təkcə kollektiv şəkildə istifadə edilmir, 
ondan həm də fərdi olaraq da istifadə edilir. Həmin oyunlar uşaqlar 
tərəfindən seçilmir. Çünki, onların oyun seçmə təcrübəsi buna kifayət 
etmir. Fərdi məşğul olmaq üçün seçimləri müəllimlər, valideynlər


76 
bağça yaşlı uşaqlardan ötrü seçimi təhsil-tərbiyə müəssisələrinin 
tərbiyəçi müəllimləri aparırlar. Belə oyunların lazımi səmərə 
verməsində müəllim və valideynlərin nəzarəti, düzgün oyun seçimi, 
təşkiletmə və yekunlaşdırma, rəğbətləndirmə, nöqsanları demək, onun 
aradan qaldırılması yollarını göstərmək mühüm amillərdəndir. 
Mütəhərrik oyunları hərəki fəaliyyətə görə qruplara bölmək 
mümkündür. Məsələn, qaçışla, dırmanma ilə oyunlar, tullanma və 
tullanmalarla oyunlar. Mütəhərrik oyunlar fiziki yükünə görə 
dərəcələrə bölünür. Onlar böyük, orta və kiçik mütəhərrikliyinə görə 
dərəcələrə bölünür. Onlar böyük, orta və kiçik mütəhərrikliyinə görə
bir-birindən də fərqlənirlər. 
Yüksək mütəhərrikli oyunlarda bütün uşaqlar iştirak edir. Burada 
əsasən qaçış və hoppanmalar mühüm yer verilir. 
Orta mütəhərrik oyunlarda da bütün uşaqlar iştirak edir. Lakin 
mütəhərrik oyunun mütəhərrikliyi nisbətən sakit olur. Belə oyunlar 
yeriş, topun ötürülməsi kimi hərəkətlərlə xarakterikdir. Az mütəhərrik 
oyunlarda isə uşaqlar hərəkəti yavaş tempdə və az intensiv şəkildə 
yerinə yetirməlidirlər. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə