L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə36/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   227
Muteherrik ve eylenceli oyunlar

3.3. Oyunların təşkili yolları 
 
Oyun müəllimin rəhbərliyi altında uşaqların fiziki hazırlığı 
nəzərə alınmaqla keçirildikdə o, daha faydalı olur. Elə buna görə də 
oyun keçirilərkən uşaqların yaş xüsusiyyətlərini, onun məzmununu, 
təşkili və keçirilmə yollarını, tədris idman bazasını nəzərə almaq 
lazımdır. 
Oyun keçirilərkən onun nə məqsədlə təşkil edildiyini, oyunun 
qaydalarına əməl etməyin əhəmiyyətini, intizamı necə gözləməyi 
uşaqlara öyrətməli, başa salmaq, anlatmaq vacibdir. 
Oyunun keçirilməsi uşaqlar üçün ürəksıxıcı olmamalı, o, bütün 
uşaqların fəaliyyət göstərməsi şəraitində aparılmalı, bundan ötrü 
müəllim həmin oyuna qabaqcadan hazırlaşmalı, metodik yolları, 
qaydaları özü üçün dürüstləşdirməlidir. Oyunun təşkilində deyilənlərə
riayət edilməsi onun maraqlı keçməsinə səbəb olur, bu uşaqlar üçün 
daha çox faydalıdır. A.S.Makarenko bu münasibətlə deyir: «Gələcək 
xadimin tərbiyə olunması oyunu rədd etmək deyil, bu oyunu yaxşı 
təşkil etməkdən ibarət olmalıdır. Oyunu elə təşkil etmək lazımdır ki, o, 
oyun olaraq qalsın, lakin həmin oyunda gələcək işçinin və vətəndaşın 
keyfiyyətləri tərbiyə olunsun» 
3
.
Oyun elə bir pedaqoji prosesdir ki, burada uşaqların xarakter 
xüsusiyyətlərini daha tez öyrənmək olur. Yəni bu prosesdə onların həm 
yaxşı cəhətləri, həm də nöqsanları tez üzə çıxır. Müəllim oyun 
seçərkən onun məzmununa xüsusi diqqət yetirməlidir. Elə oyunlar 
seçilməlidir ki, bu uşaqların sağlamlığına, fiziki inkişafına, həmin 
sahədə bacarıq və vərdişlərin aşılanmasına kömək etsin. Bu oyunlar, 
həm də uşaqlara bədən tərbiyəsi və idman üzrə biliklər əldə edilməsinə 
zəmin yaratsın, nəhayət, uşaqlarda yüksək əxlaqi-iradi keyfiyyətlər 
aşılasın. Eyni zamanda müəllim məzmunlu, rəngarəng oyun 
seçməkdə, oyunları səmərəli, düzgün keçməkdə və ona rəhbərlikdə 
3
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, «Азярбайъан 
мяктяби» журналынын няшри, сящ. 378. 


69 
yüksək pedaqoji ustalıq nümayiş etdirməlidir. Oyun vaxtı şagirdlər 
arasında vəzifə bölgüsü apararkən onların fərdi xüsusiyyətlərini, 
hərəkət və təşkilatçılıq qabiliyyətini nəzərə almalıdır. Təkcə qüvvətli, 
hərəkətli fiziki inkişafa malik uşaqlar deyil, həmçinin zəif uşaqlar da 
oyuna fəal cəlb olunmalı və nəzarətdə saxlanılmalıdır. 
Müşahidələr göstərir ki, bəzi müəllimlər oyun vaxtı həmişə 
diribaş, zirək, təşkilatçı uşaqlara vəzifə verir, onların gücündən 
maksimum səviyyədə istifadə edirlər. Utancaq, o qədər də təşkilatçılıq 
qabiliyyəti olmayan və fiziki cəhətdən zəif inkişaf etmiş uşaqlara isə 
heç bir vəzifə tapşırmırlır. Onlar bir növ deyilənlərə riayət etməklə, 
itaətkar olmaqla öz işlərini bitmiş hesab edirlər. Əlbəttə, işin bu cür 
təşkilini nöqsanlı saymaq lazımdır. Bilməli və yadda saxlamalıyıq ki, 
oyun prosesində bütün uşaqlar fəallıq göstərməli, oyun zamanı tələb 
olunan əsil Azərbaycan vətəndaşına məxsus ən yüksək mənəvi 
keyfiyyətlər fərq qoymadan bütün məktəblilərə aşılanmalıdır.
Məktəbdə keçirilən digər tədbirlər kimi öyrədilən oyun da hamı 
üçün hərtərəfli tərbiyəedici xarakter daşımalıdır. Xüsusən, gənclərin 
bütün tərbiyə, təhsil və təlim işlərinə xidmət etməli, onlara Vətənə 
məhəbbət hissi, düzlük, doğruçuluq tərbiyə etməlidir. 
Oyunda öyrədilən yer, havanın temperaturu və s. də nəzərə 
alınmalıdır. Qızmar günəş altında oyunların təşkili və keçirilməsi 
məsləhət görülmür. Bu günvurmaya, istivurmaya səbəb ola bilər, 
bədəncə zəif olan şagirdlərin xəstələnməsi ilə nəticələnər. 
Oyunun səmərəli təşkili və keçirilməsi üçün lazım olan 
əşyaların, meydançanın qabaqcadan nəzərdən keçirilməsi, oyunların 
oyunun keçirilmə şəraitinə üyğunlaşdırılması da əsas şərtdir. Oyunu 
başlamazdan əvvəl top, ağac, bayraq, hoppanma üçün iplər və s. 
qabaqcadan hazırlanmalı və müvafiq yerdə təmiz və səliqəli 
saxlanmalı, qorunmalıdır. 
Oyun prosesində sanitariya-gigiyena işlərinə də diqqət 
edilməlidir. Uşaqlar təmiz, səliqəli geyinməli və dırnaqların 
uzanmasına yol verməməlidirlər. Bunlarla bərabər, idman zalları, 
məktəbyanı meydança lazım olmayan əşyalardan təmizlənməli, 
qaydaya salınmalı və mühafizə olunmalıdır. 
Oyunun səmərəli təşkili və keçirilməsində müəllimin oyunun 
məzmunu, məqsədi, adı, oyunun gedişi və qaydaları haqqında uşaqlara 


70 
aydın məlumat verməsi də vacib şərtdir. Oyun qurtardıqdan sonra onun 
yekunlaşdırılması, oyun zamanı buraxılmış nöqsanların aşkara 
çıxarılması və şagirdlərin nəzərinə çatdırılması da təlim-tərbiyə işinin 
səviyyəsini yüksəldir. Xüsusilə oyun zamanı ayrı-ayrı uşaqların 
rəğbətləndirilməsi, intizama riayət etməyənlərin intizama dəvət 
olunması ilə əlaqədar pedaqoji cəza tədbirlərindən düzgün surətdə 
istifadə edilməlidir. İntizamı pozan uşaqların oyundan kənar 
edilməsinə qətiyyən yol verilməməli, əksinə intizama dəvət etmək 
məqsədilə onlara xəbərdarlıq etmək və oyunda onların fəal iştirakını 
təmin etmək lazımdır. Nadinc uşaqların oyundan kənar edilməsi dərsin 
ümumi intizamına mənfi təsir göstərməklə yanaşı, həm də onların 
təlim-tərbiyəsinə arzuolunmaz zərbə vurur. 
Qeyd etmək lazımdır ki, I-IV siniflər üçün təkmilləşdirilmiş 
bədən tərbiyəsi proqramında mütəhərrik oyunların uşaqların 
həyatındakı rolu nəzərə alınaraq onlar, məzmun etibarı ilə daha da 
zənginləşdirilmişdir. Proqramdakı oyunlar yuxarıda sadaladığımız 
bütün əxlaqi-iradi keyfiyyətlərin uşaqlarda inkişaf etdirilməsinə 
yönəldilmişdir. Çox fərəhləndirici haldır ki, ibtidai siniflərin 
proqramına ilk dəfə olaraq bu yazının müəllifi tərəfindən 23 
Azərbaycan xalq mütəhərrik oyunları seçilib daxil edilmişdir. Bu 
oyunlar məqsədinə və uşaqların fiziki hazırlığına görə seçilmiş, 
qruplaşdırılmış, metodikasında məqsədəuyğun bəzi dəyişikliklər 
edilmiş, sonra isə məktəb təcrübəsində sınaqdan keçirilərək tədris 
proqramına daxil edilmişdir. 
İlk təcrübələr göstərir ki, proqrama daxil edilmiş Azərbaycan 
xalq mütəhərrik oyunları da digər oyunlar kimi ibtidai sinif 
müəllimlərimiz tərəfindən daha yaxşı qarşılanmışdır. Uşaqlar bu 
oyunları oynamaqdan yorulmur, onu könüllü, düşüncəli surətdə yerinə 
yetirirlər. Başqa oyunlar kimi həmin oyunlar da uşaqların hərtərəfli və 
ahəngdar inkişafına müsbət təsir edir. İndi isə bədən tərbiyəsi və sinif 
müəllimlərinə metodik kömək məqsədilə həmin oyunların 
əhəmiyyətini və pedaqoji məziyyətlərini şərh etmək istəyirik. Şübhəsiz 
ki, bu müəllimləri öz işinə daha məsuliyyətli yanaşmağa sövq edəcək, 
onları öz işlərini bədən tərbiyəsi və idman sahəsində qarşıya qoyulmuş 
vəzifələrin 
müvəffəqiyyətlə 
yerinə 
yetirilməsinə 
daha 
da 
ruhlandıracaqdır.


71 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə