MəDƏNİYYƏt dünyasi



Yüklə 46,24 Kb.

tarix14.10.2017
ölçüsü46,24 Kb.
növüXülasə


 

31

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXIV buraxılış, Bakı, 2012 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХIV выпуск, Баку, 2012 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХIV edition, Baku, 2012 

 

 

MUZEYŞÜNASLIQ,

 

TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ

 

 

 

UOT 069 

Yeganə Eyvazova 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univesitetinin dosenti,  

pedaqogika üzrə fəlsəfə doktoru 

AZ – 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 9 

Email: sebiwka_ADMİU@mail.ru. 

 

 



“TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏSİ” ANLAYIŞI: ŞƏRHƏ MÜASİR 

YANAŞMALAR

 

 

Xülasə:  Мягаля  “tarix  və  mədəniyyət  abidəsi”  анлайышынын  шярщиня  мювъуд 

мцасир  йанашмаларын  тящлилиня  щяср  олунуб.  Tarix  abidəsi  kimi  “mədəniyyət”  və 

”abidə” anlayışlarının üzvi şəkildə birləşdirilməsi bu ifadənin xarakteristikasının şərhinə 

mədəni  model  kontekstindən  yanaşmaqla,  kulturoloji  mahiyyətinin  təhlilinə  marağı 

gücləndirir.  Abidə  fenomeninin  mahiyyəti haqqında  elmi  səciyyəyə  malik  olduğumuz-

dan  bu  anlayışın  “mədəniyyət”  anlayışı  ilə  nisbəti  məsələsinin  araşdırılmasına  ehtiyac 

duyulur. 

 Açar sözlər: tarix abidəsi, mədəniyyət abidəsi, şərh, kulturoloji. 

 

 



Tarixi  yaddaş  keçmiş  təcrübənin  məcmusu  kimi  mədəni-tarixi  prosesin  öz 

varisliyi ilə vəhdətini təmin edir. Bu missiyada tarix və mədəniyyət abidələrinin dəyəri 

ölçüyəgəlməzdir. Abidələrin əsasını tarix təşkil edir. Bəs geniş anlamda tarix abidələrdə 

necə təcəssüm tapır ? Bu tarix və mədəniyyət abidələrində izi qalmış insan cəmiyyətinin 

tarixi, mədəniyyətin, xüsusilə, ədəbiyyat və incəsənətin tarixi, elm və texnika tarixi ola 

bilər. Məhz elə buna görə də, tarixi şüur tarix və mədəniyyət abidələri üçün təməl hesab 

edilir. Elmi dairə və ictimaiyyətin son illərdə tarix və mədəniyyət abidələrinə marağının 

birdən  artması  tarixi  mənbə  kimi  abidələrə  elmi  yanaşmanın  aktual  problemlərinin 

sayını  artırdı,  tarixi-mədəni  irsin  ictimai  dəyərinin,  onun  təsnifatının  müəyyənləşdiril-

məsində  canlanmaya  səbəb  oldu.  Abidənin  “tarix abidəsi”  statusunda dərki  onun tarixi 

mənbə kimi hansı komponentlərdən təşkil olunduğunun araşdırılmasını aktual edir. Bu-

nun  üçün  “tarixi  mənbə”  fenomeninin  tarixşünaslıq  aspektlərinə  diqqət  yetirək.  Tarixi 




 

32

mənbə dedikdə, tarixi informasiyanı özündə daşıyan obyekt nəzərdə tutulur. Tarixi mən-



bənin elmi-idraki əhəmiyyəti elmi-tarixi tədqiqatlarda zəruri zəmin roluna malik olması 

ilə  izah  edilir.  Tarixi  mənbələrin  nəzəriyyəsi,  tarixi,  həmçinin  onların  öyrənilməsi 

metodikasını  işləyib  hazırlayan  mənbəşünaslıq  “tarix  abidəsi”  fenomeninin  araşdırıl-

ması baxımından da əsaslı rola malikdir. Muzeyşünaslıq konteksti üçün tarixi mənbənin 

elmi  dərkindən  başqa,  emosional  cəhətdən  mənimsənilməsi  də  ən  vacib  xüsusiyyət 

hesab edilir. Bununla bərabər muzeyşünaslıqda tarixi mənbəşünaslığın üsul və metodla-

rından  istifadə  olunur:  üzə  çıxarılmamış  muzey  əhəmiyyətli  əşyaların  seçilməsi  (mu-

zeyşünaslıq evristikası), muzeyşünaslıq kontekstindən dəyərləndirilmə yolu ilə bunların 

içərisindən  müəyyən  informasiya  daşıyıcısı  olan  muzeal  əşyanın  seçilməsi.  Muzeal 

olanlardan tarixi mənbə kimi istifadə edilməsi muzey mənbəşünaslığının, muzeyşünaslı-

ğın  və  tarixi  mənbəşünaslığın  struktur  elementi  kimi  tanınmasını  obyektiv  zərurətə 

çevirir. 

“Tarixi mənbə” fenomeni təkcə mənbəşünaslıqda deyil, ümumtarix prizmasından 

da diqqəti cəlb edən problemlərdəndir. Bu fenomenə yanaşma tərzinə görə tədqiqatçıları 

dörd istiqamətə təsnif etmək olar. Birincisinə, tarixi mənbəni “tarixi fakt” kontekstindən 

tədqiq  edən  dünyaşöhrətli  tarixçilər  B.Kroçe,  L.Bekker,  Ç.E.Berd,  R.D.Kollinqvud, 

A.Y.Qureviç,  L.S.Kleyn;  ikincisinə,  həmin  fenomenə  “tarixi  sənəd  “  kontekstindən 

yanaşan  O.P.Korşunov,  Ş.N.Stolyarov,  A.İ.Mixaylov,  A.İ.Çernıy,  R.S.Qilyarevski; 

üçüncüsünə,  “tarixi  yaddaş”a  üstünlük  verən  M.Blok,  L.Fevr  və nəhayət,  “sosial-tarixi 

yaddaş”ı tədqiq  edən  A.M.Pançenko,  V.A.Beylis,  İ.S.Kloçkov,  A.Y.Qureviç,  P.N.Mil-

yukov,  N.Qumilyovun  tədqiqatlarını  misal  çəkmək  olar.  Adları  çəkilən  tədqiqatçıların 

tədqiqat  predmeti  kimi  seçdikəri  hər  bir  komponent  (tarixi  fakt,  tarixi  sənəd,  tarixi 

yaddaş, sosial-tarixi yaddaş) “tarix abidəsi” statusunun müəyyənləşməsinə zəmanət ve-

rən  “tarixi  mənbə”  fenomeninin  tərkib  üzvləridir.  “Tarixi  mənbə”  fenomeninə  tarix-

şünaslıq prizmasından yanaşan bu tədqiqatçıların irəli sürdükləri tezislərin muzeyşünas-

lıq  konteksti üçün əhəmiyyətli  olan  arqumentləri  tarixi  sənədlilik  baxımından  artefakt-

larda  təzahür  edilmiş  məlumatların  unikallığı,  təkrarsızlığının  qabardılmasıdır.  Çünki 

muzeallıq baxımından tarixi faktlardakı informasiyanın mühüm keyfiyyət göstəriciləri-

nə  tipiklik,  unikallıq,  yaxud  da  bu  və  ya  digər  hadisə  ilə  bağlı  memoriallıq  əlamətləri 

daxildir. 

Muzeyşünaslıq elmi fənninin yaradıcıları hesab edilən Neusturp, Şmid, Fyodorov 

muzeyşünaslıqla  bağlı  mülahizə  və  ideyalrında  “tarix  abidəsi”  anlayışının  istifadəsinə 

üstünlük  vermişlər.  Lakin  “tarix  abidəsi”  anlayışından  istifadə  edənlər,  əslində  onun 

məna  dərinliklərinə  varmır,  buna  daha  çox  muzeyşünaslıq  “görkəmi”  vermək  xətrinə 

bunu  edirdilər.  Geniş  xronoloji  diapozonda  götürülməklə  ədəbiyyat  və  qanunvericilik 

sənədlərində  bu  termin  müxtəlif  məna  məzmunlarında  tətbiq  olunmuşdur.  Məsələn, 

tarixə Oktyabr inqilabı kimi daxil olmuş tarixi hadisənin 10 illiyinin bayram edilməsi ilə 

bağlı xüsusi təlimatda “tarix abidəsi” anlayışının əhatə dairəsi “inqilab hərəkatı abidəsi” 

məzmunundan  çıxış  edərək  müəyyən  olundu.  Bu  ad  altında  :  inqilabi  hadisələrlə  və 

inqilab  xadimlərinin  şəxsi  həyatı  ilə  bağlı  olan  “süni  tikililər  (malikanə,  ev,  qəbir, 

monumentlər),  tikilmiş  və  tikilməmiş  məntəqələr  (şəhər  və  kənd  keçidləri,  yarğanlar, 

ağaclıq, meşəlik, təbii səddlər) əsasən, memarlıq və təbii nümunələr başa düşülürdü (3. 

25-27). 

Rəsmi xronoloji dövlət sənədlərinin açılışları sübut edir ki, “tarix abidəsi” anla-

yışı  tədricən  ümumi  olan  “abidə”  fenomeninin  ayrıca  bir  təsnifat  istiqaməti  kimi 

formalaşaraq öz əhatə sferası haqqında təsəvvürlər yaradırdı. 

1948-ci ildə qəbul edilmiş adı çəkilən Qanunda “tarix abidəsi” məlum dörd qrup-

dan (memarlıq, incəsənət, arxeologiya,  tarix)  biri  kimi rəsmi  olaraq  möhkəmləndirildi. 




 

33

Bu  təsnifatın  elmi  dəyəri  üzərində  ətraflı  dayanmadan qeyd  edək  ki, tarix abidələri  öz 



mahiyyət əlamətlərinə -tarixi mənbə kimi baş vermiş hadisələrlə bağlılığına görə ayrıca 

bir qrupa daxil edilmişdi. 

İncəsənət  tarixində  ən  dəyərli  tarixi  bir  sənədin,  məhz  konkret  bir  incəsənət 

abidəsinin köməkliyi ilə əldə olunması kimi faktlarına da rast gəlinməsi, həmin abdənin 

“tarix abidəsi” kimi tanınma ehtimalını aktuallaşdırır. Beləliklə, buradan belə bir nəticə 

çıxartmaq  olar  ki,  “tarix  abidəsi”  fenomeninin  müəyyənləşməsinin  başlıca  əlaməti  cə-

miyyətin  müxtəlif  sahələri  üzrə  (  ictimai-sosial,  mədəni,  siyasi,  iqtisadi,  təsərrüfat)  ən 

mühüm  və  dəyərli  tarixi  hadisələr  haqqında  informasiya  daşıyıcısına  mənsub  olma 

faktıdır.  Bu  informasiya  isə,  tarixi  fakt,  yaddaş  qismində  çıxış  edir.  Qeyd  etmək 

vacibdir ki, eyni anlayış bir çox mənbəşünaslıq işlərində də istifadə olunur. Özü də bu 

zaman  tarixi  abidələr  tarixi  mənşədən  olan  mənbələr  kimi  eyniləşdirilir.  Tarix  profilli 

muzey təcrübəsi əsasında Lavıkina Q.K., və Xerbst V. redaktəsilə yazılmış “Muzeyşü-

naslıq” dərsliyində muzey əşyaları S.O.Şmidtin istinad etdiyi əsas prinsipə - mənbənin 

zahiri forma əşyavi, təsviri, yazılı, sənədli fono materiallar kimi növlərə təsnif olunmuş 

variantda  təqdim  olunur  (6.  209-217). Eyni təsnifat, hətta  digər  profilli  muzeylər  üçün 

yazılmış muzeyşünaslıq dərslik, dərs vəsaitləri üçün qəbul ediləndir. 

Tarix abidəsi kimi “mədəniyyət” və ”abidə” anlayışlarının üzvi şəkildə birləşdi-

rilməsi bu ifadənin xarakteristikasının şərhinə mədəni model kontekstindən yanaşmaqla, 

kulturoloji  mahiyyətinin  təhlilinə  marağı  gücləndirir.  Abidə  fenomeninin  mahiyyəti 

haqqında  elmi  səciyyəyə  malik  olduğumuzdan  bu  anlayışın  “mədəniyyət”  anlayışı  ilə 

nisbəti  məsələsinin  araşdırılmasına  ehtiyac  duyulur.  Mədəniyyəti,  məhz  yaddaş 

paradiqmasından  təhlil  edən  D.S.Lixaçov  onu  “mədəniyyətin,  mədəniyyət  toplularının 

əsası,  ...mədəni  dəyərlərin  estetik  dərkinin  bünövrələrindən  biri“  kimi  qiymətləndirir 

(7.198-203).  Abidə,  hər  şeydən  əvvəl,  mədəniyyətin  məhsulu,  daha  doğrusu,  insani 

fəaliyyətin nəticəsi kimi öyrənilir. Ona görə də, abidənin tədqiqi üçün onun yaradılması 

mühiti,  şəraiti  və  yaranma  məqsədlərini,  mövcud  mədəniyyət  kontekstində  onun 

əhəmiyyətini  bildirən  kulturoloji  yanaşmanın  tətbiqi  tamamilə  elmi  cəhətdən  əsaslı 

hesab  edilir.  Abidənin  muzeyşünaslıq  aspektlərinin  müəyyənləşməsi  kulturoloji  şərhlə 

birbaşa əlaqəlidir. Abidə kulturoloji fenomen kimi bir sıra tədqiqatçıların araşdırma ob-

yekti olmuşdu: Belyayev A.A., Besonov  U.B., Boyarski P.V., Vedenin Y.A., Dyaçkov 

A.N. və başqaları mədəni-tarixi irsin mühafizəsi problemlərinə həsr etdikləri tədqiqatla-

rında “abidə” fenomeninin, məhz kulturoloji kontekstdən təhlilinə cəhd göstərmişlər. Bu 

müəlliflər abidə fenomeninə mədəni-tarixi irsin aparıcı tərkibi kontekstindən yanaşmış-

lar. “Mədəniyyət abidəsi” fenomeninin muzeyşünaslıq kontekstində dərki onun ilk növ-

bədə,  mədəniyyət  hadisəsi  kimi  dəyərləndirilməsini  zəruri  edir  ki,  bu  da  abidəni 

“mədəni fakt”, “mədəni yaddaş”, “mədəni mətn” müstəvisində araşdıran tədqiqatçıların 

mühakimə  və mülahizələrinin  dərindən  öyrənilməsini  vacib  bilir.  Bunu  da  qeyd  etmək 

yerinə  düşərdi  ki,  Azərbaycan mədəniyyətşünaslığı  və  muzeyşnaslığında  bu  problemin 

dərindən  öyrənilməsinə  çox  böyük  ehtiyac  vardır.  Əslində,  “tarix  abidəsi”,  nə  də 

“mədəniyyət  abidəsi”  fenomenini  bir-birindən  kəskin  şəkildə  təcrid  edilmiş  halda  nə 

tədqiq,  nə  də  öyrənmək  olmaz.  Yuxarıdan  apardığımız  bəzi  izahlardan  məlum  olduğu 

kimi,  bunlar  eyni  “vicud”a  malik  ayrı-ayrı  mahiyyət  qatlarından  ibarət  anlayışlar  kimi 

dərk edilməlidir: zamanın sınaqlarından keçərək tarixilik “qatı”nı özündə şərəflə qoruya 

bilmiş dəyərlər “tarix abidəsi”, hər bir abidənin zamanından, mühit və şəraitindən asılı 

olmayarq  isə,  konkret  bir  mədəniyyətin  daşıyıcısı  olması  faktından  irəli  gələrək 

“mədəniyyət abidəsi” adlandırılması elmi cəhətdən məntiqəuyğundur.  




 

34

Ədəbiyyat:



 

 

1.  Azərbaycan  Respublikasının  “Tarix  və  mədəniyyət  abidələrinin  qorunması  haqqında  Qanun”.  B.:  13 



iyun 1998; 

2. Azərbaycan gömrüyü mədəni irsin keşiyində. B.: 2007; 

3.Ежедельник Наркомпроса РСФСР. 1928, №23; 

4.Eyvazova Y. Muzeydənkənar tarix və mədəniyyət abiələrinin mühafizəsi və istismarı. B.: 2010; 

5. Mədəni irsin qorunmasına dair normativ hüuqi aktlar toplusu. B.: 2001; 

6.  Музееведение.  Музеи  исторического  профиля.  Учебное  пособие  для  вузов  по  спец.»История» 

/Под ред. К.Г.Лавыкина, В.Хербста.-М.: Высш.шк.,-1988; 

7. Лихачёв, Д.С. Письма о добром и прекрасном [Текст]/ Д.С. Лихачёв.- Изд. 2-е, доп.- М.: Дет. лит., 

1988.- 238 с.: фотоил. - (Библиот. серия).  

 

 

Егана Эйвазова

 

Понятие «памятник истории и культуры»: современные подходы к интерпретации

 

Резюме

 

 

Статья посвящена анализу современных подходов к интерпретации одного из важнейших по-

нятий  культурологии  -  понятия  «памятника  культуры»,  в  частности  анализу  подходов  к  пониманию 

памятника культуры в рамках культурологической теории памятника. 



Ключевые  слова:  памятник  истории,  памятник  культуры,  интерпретация,  культурологиче-

ский. 


 

Egana Eyvazova 

 

The concept of "historical and cultural monument»: current approaches to interpretation 



Summary 

 

The article is devoted to the analysis of contemporary approaches to the interpretation of one of the 



most  important  concepts  of  culture-the  concept  of  "cultural  monuments",  in  particular  the  analysis  of  the 

approaches to the understanding of cultural monument within the cultures theory monument. 



Keywords: historical monument, cultural monument, interpretation, cultures.  

 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 03.09.2012 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 08.09.2012 

Məqalənin çapa qəbul olunma tarixi: 10.10.2012 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: kulturologiya üzrə elmlər doktoru, 

professor İlqar Hüseynov 



ADMİU

-nun Elmi Şurasının 27 dekabr 2012-ci il, 04 saylı qərarı ilə çap olunur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə