L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Mütəhərrik oyunların təhsil əhəmiyyəti



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə33/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   227
Muteherrik ve eylenceli oyunlar

Mütəhərrik oyunların təhsil əhəmiyyəti.
Fiziki tərbiyə fənni 
təhsil-tərbiyə fənni kimi onun tərkib hissəsi olan mütəhərrik oyunların 
əhəmiyyəti böyükdür. Oyunlar uşaqların həyatı dərk etmək üçün 
yoldur. Oyunlar uşaqlarda dərketmə, qavrama, yadda saxlama, nəticə 
çıxarma, qərar qəbuletmə, təhlil etmə kimi mühüm keyfiyyətlər tərbiyə 
edir. 
Məlumdur ki, təlim uşaqlardan gərgin zehni fəaliyyət tələb edir. 
müəyyən təlim saatlarındandan sonra uşaqlarda zehni yorğunluq baş 
verir. Həmin yorğunluğu aradan qaldırmaq üçün beyinə fəal istirahət 
vermək lazımdır. Bu baxımdan açıq havada keçirilən mütəhərrik 
oyunlar mühüm əhəmiyyət kəsb edir. Oyun zamanı uşaqlar nisbətən 
müstəqil hərəkətlər icra edir, bəzəndə istədiyi kimi oynayır, şənlənir, 
bir-biri ilə zarafatlaşır, şeir söyləyir, tapmaçalar, yanıtmaclar danışır, 
atılıb-düşür, müxtəlif ev və yaxud vəhşi heyvanları yamsılıyır, 
akrobatika və attraksion hərəki elementlərini yamsılayırlar. Onlar 
beləliklə, açıq havada lazımi qədər oksigen qəbul edirlər ki, bu beynin 
fəaliyyətini qidalandırır. Nəticə etibarilə beyinə istirahət verilməklə 
uşaqların əhval-ruhiyyəsi yüksəldilir. Yorğunluq aradan qaldırılır, 
beynin fəaliyyəti artırılır.
Uşaqlar hələ bağça yaşlarında oyun vasitəsilə dünyaya göz
açır. Məktəb illərində isə konkret şəraitdə, ardıcıl
olaraq oyun oynamaqla təkmilləşir və fiziki baxımdan kamilləşir. 
Məktəbli uşaqlar digər fənləri yaxşı oxumaq üçün sağlam olmalı, 
bunun üçün də oyunla məşğul olmalıdır. Oyun uşaqlara, həm də 
iradəlilik, mətnlik, cəsarət, vətənpərvərlik, kollektivçilik və s. 
keyfiyyətlər aşılayır. 
Düşünülmüş və yaxşı təşkil edilmiş oyunlar məktəbliləri elmi 
cəhətdən silahlandırır. «Kosmonavtlar», «Sərhədçilər», «Qalanın 
müdafiəsi», «Qalanın alınması», «Şaxta və günəş», «Bənövşə» və s. 
oyunlar uşaqlara xüsusi biliklər verməklə yanaşı, onlarda Vətənə 
məhəbbət, kollektivin mənafeyini qorumaq kimi zəruri keyfiyyətlər 
aşılayır. 
Oyunların çoxu texnika, təbiət, coğrafiya, astronomiya və hətta 
riyaziyyatla da əlaqədardır. Belə oyunlar uşaqlara müvafiq bilik verir, 
onları elmi cəhətdən məlumatlandırır. 


64 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə