L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


 Tam orta təhsil yaş dövründə şagirdlərin psixoloji



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə31/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   227
Muteherrik ve eylenceli oyunlar

2.3. Tam orta təhsil yaş dövründə şagirdlərin psixoloji 
xüsusiyyətləri onların fiziki tərbiyə prosesində 
 reallaşdırılması
Böyük məktəbyaşlı şagirdlərin orqanizmində əhəmiyyətli 
dəyişikliklər baş verir. 17-18 yaşlarda cinsi yetişgənlik yaş dövrü, 
həmçinin skletin, biləyin və ayağın sümükləşməsi və boyun artması 
əsasən başa çatır. Yuxarı və aşağı ətrafın, onurğa sütunun 
sümükləşməsi, döş qəfəsi sümüyünün, qabırğaların 15-16 yaşında 
möhkəmliyi xeyli artır.
Əzələ sisteminin inkişafı, o cümlədən əzələ qüvvəsi və əzələ 
kütləsinin artımı sürətlənir. Oğlanlarda əzələ kütləsi qızlara nisbətən 
daha çox olur. Bioloji baxımdan deyil, məşq nəticəsində hərəkət 
koordinasiyası təkmilləşir. Bu yaşda olan yeniyetmələrdə hər hansı bir 
yükü daha intensiv yerinə yetirməsi hərəki fəaliyyəti nisbətən 
gücləndirir. Bütün bunlarda yeniyetmələrin üzvləri və sistemlərinin 
hərəki fəaliyyətinin həcmini artırır. Onun məzmununu daha da 
zənginləşdirir və intensiv edir. Həmin yaş dövründə baş beynin və 
onun ən yüksək şöbələrinin böyük yarımkürələri qabığının funksional 
inkişafı davam edir. Başqa sözlə desək, orqanizm bütövlükdə 
yetişir, fiziki tərbiyə məşğələləri, idman məşqi və bu və ya digər 
möhkəmləndirmə vasitələrinin köməyi ilə sağlamlıq ümumən 
möhkəmləndirilir. 
Tam orta təhsil yaşlı şagirdlərin ali sinir sistemi yüksək 
səviyyədə inkişaf etdiyindən onların psixologiyasında da müəyyən 
müsbət dəyişikliklər gedir. Buna görə də həmin şagirdlər hərəkət və 
oyunların yerinə yetirilməsinə şüurlu yanaşırlar. Onlar özlərinin marağı 
olan hərəkətlərə və ya oyunlara bütün qüvvə və bacarıqlarını sərf 
etməyə çalışır onu məmnuniyyətlə, düzgün, dəqiq və böyük həvəslə 
icra edirlər. Bundan əlavə, həmin şagirdlər hərəkətləri yerinə 
yetirərkən özlərini sakit, təmkinli və «ağır» aparır, öz hərəkətlərini isə 
idarə etməyi bacarırlar. Digər tərəfdən də öz hərəkətlərinə nəzarət 
etməyi xoşlayır, müəyyən qədər də bu işin öhdəsindən gəlir, müstəqil 
hərəkət etməyə can atır və fəallaşırlar. 
Deməliyik ki,tam orta məktəbyaşlı şagirdlər ibtidai sinif 
şagirdlərinə nisbətən koordinasiya tələb edən hərəkətləri düzgün icra 


57 
edir, özlərinə möhkəm inanır, əzələ gərginliyinə inamla dözür, 
müəyyən müddət içərisində hərəkət surətini saxlaya, idarə edə və 
qoruya bilir, mühafizə və özünü mühafizəyə sürətlə yiyələnməyi 
bacarırlar 
Tam orta təhsil dövründə oğlan və qızlar onları maraqlandıran 
tədris-idman işlərinə daha həssas, qayğıkeş və daha diqqətli olurlar. 
Dərs müddətində bütün diqqətlərini toplayıb başlıca tədris məqsədinə 
yönəldə bilir və yüksək tədris-hərəki fəaliyyət nümayiş etdirirlər. 
Bunlar şagirdlərin tədris prosesinə məsuliyyətini artırmaqla, onlar bir 
növ öz qarşısında, müəllim və digər şagirdlər qarşısında da hesabat 
vermiş hesab olurlar. Beləliklə, həmin yaşda olan yeniyetmələr fiziki 
tərbiyə üzrə tədris materialını daha aydın qavrayır və dərindən 
mənimsəyir, eləcə də hərəki vərdişləri formalaşdırır. 
Tam orta təhsil pilləsində intellektual səviyyəsi yüksək 
olduğundan şagirdlər hər şeylə maraqlanır və diqqət yetirirlər. Misal 
üçün, şagirdlər onların bacardıqları hərəkət və oyunları həddindən artıq 
təkrarlamağı xoşlamır və maraq göstərmirlər. Bu zaman onların 
hərəki fəallığı minimum dərəcəyə enir. Sadə hərəkətləri isə təkrarlamır, 
onu yerinə yetirməkdən imtina edirlər. Mürəkkəb koordinasiya 
birləşmə hərəkətlərini, icra olunması çətin olan hərəkətləri, müxtəlif 
texniki, taktiki variantları könüllü olaraq yerinə yetirməyə xüsusən 
meyl göstərirlər. Buna əsas səbəb bu yaşda olan şagirdlərin 
başqalarından fərqlənməyə çalışması, hərəkətləri gözəl və düzgün icra 
etməyə ciddi səy göstərməsidir. Buna görə də müəllim tədrisin 
planlaşdırılmasına və dərsin icmalına lazımi fikir verməlidir. 
Yorulmanın qarşısını almağa, şagirdlərin diqqətini məşğələ ərzində 
özündə cəmləşdirməyə, onları gərginləşdirməməyə, məşğul olanlara 
müəyyən qədər sərbəstlik verməyə çalışmalıdır. Əlbəttə, söhbət tam 
sərbəstlikdən getmir. Söhbət şagirdlərin fikrinin əsas məqsədə 
istiqamətləndirilməsi şərti ilə onlara qısa müddətli fasilə verilməsindən 
gedir. Həmin nöqteyi-nəzərdən dərsdə möhkəm nizam-intizam 
yaradılmalı, o düzgün təşkil olunmalı, şagirdlər qarşısında maraqlı 
məqsəd və vəzifələr qoyulmalı və beləliklə də fiziki tərbiyə prosesinin 
optimallaşmasına nail olmalıdır. 
X-XI siniflərdə fiziki tərbiyə məşğələləri zamanı diqqəti 
yayınan, onu toplayıb mühüm məqsəd və vəzifələrə yönəltməyi 
bacarmayan və buna vərdiş etməyən oğlan və qızlar da vardır. 
Diqqətsizlik nəticəsində hərəkətlər icra edilərkən və oyun dövründə 


58 
bədbəxt hadisələr baş verir, yəni şagirdlər adətən yıxılır, ciddi zədə və 
yara ala bilirlər. Bu çox zaman şagirdlərin həddindən artıq oynayıb 
yorulması və yaxud təhlükəsizlik texnikasına riayyət edilməməsi 
səbəbindən baş verir. Bütün bunlarda fiziki təlimin effektliliyinə mənfi 
təsirini göstərir. Müəllim yadda saxlamalıdır ki, oyun və hərəkətlər 
fiziki yüklə bağlıdır, müvafiq normaya uyğun yük verilməməsi isə 
yorulmaya, diqqətin yayınmasına, şagirdlərin intensiv fəaliyyətinin 
zəifləməsinə səbəb olur. Buna görə də oyunlar və hərəkətlər icra 
olunarkən hər bir şagirdin psixoloji, fərdi xüsusiyyətlərinin nəzərə 
alınması ümumtəlimin nəticəsinə müsbət təsir göstərir və təhsil 
tərbiyənin səviyyəsini yüksəldir.
Oyun və hərəkətlərlə şagirdlərin məşğul olmasını məcburiyyətlə, 
uzun-uzadı nağıletmə və izahetmə yolu ilə həyata keçirmək kifayət 
qədər effektli olmur. Fiziki tərbiyənin təlimində hərəkətlər və mühərrik 
oyunlar üzrə məntiqi izahatın verilməsi, mahiyyətin düzgün 
açıqlanması şagirdlərin hərəkətlər və oyunlar üzrə proqram tədris 
materiallarını lazımi dərəcədə qavramalarına səbəb olur. Bu prosesdə 
yalnız hərəkətin xarici görünüşünə diqqəti cəlb etmək kifayət deyil
eyni zamanda onun ayrı-ayrı detallarına və bunların həyatiliyinin 
zəruriliyinə diqqəti cəmləşdirmək mühüm əhəmiyyətə malikdir. 
Şagirdlərin oyun və hərəkətlərin əsil mahiyyətini qavramaları dərsin 
məqsədəuyğun, düşüncəli və mütəşəkkil təşkili və keçirilməsinə zəmin 
yaradır. Bu bir tərəfdən hərəkət və oyunların məqsəd və vəzifələrinin 
konkretləşməsi üçün vacibdirsə, digər tərəfdən də yuxarı sinif 
şagirdlərinin yerinə yetirdiyi hərəkəti sərbəst müşahidə və təhlil 
etməyə imkan verməyə şərait yaradır. 
Tam orta təhsil yaşlı şagirdlər fiziki hərəkətlər və oyunlara aid 
tədris materialını görmə, eşitmə və i.a. duyğu üzvlərinin köməyi ilə 
daha yaxşı qavraya bilirlər. Onlar hərəki hisslər vasitəsi ilə hərəkət və 
oyunların icraolunma texnikası və taktikasını sürətlə qavrama 
qabiliyyətinə malikdirlər. Bunun üçün də şagirdlərdə öz hərəkət və 
oyunlarını sərbəst müşahidə etmək qabiliyyətini inkişaf etdirmək 
olduqca faydalıdır. Təcrübədən məlum olur ki, yuxarı siniflərdə 
mürəkkəb və tanış olmayan hərəkətlər və oyunlar ancaq təkrarlama 
yolu ilə qavranılır. Çətin qavranılan hərəki və oyun materialları isə 
hissə-hissə öyrədildikdə və təkrar olunduqda şagirdlərin beynindəki 
müvafiq hərəkət mərkəzlərində özlərinə daha dərindən kök sala bilir, 
mənimsəmə prosesini sürətləndirir.


59 
Tam orta təhsil yaş dövründə yaddaş kifayət qədər inkişaf etmiş 
olur. Həmin yaşlarda yaddaşı daha da inkişaf etdirmək və 
möhkəmləndirməyə ehtiyac böyükdür. Bunun üçün də tədris vaxtı bu 
məsələyə diqqəti artırmalıdır. Hər şeydən əvvəl tədris prosesində 
yaddaşı bərpa edən və ya onu inkişaf etdirən hərəkəti tədris 
materiallarına daxil edilməlidir. Bundan əlavə, hərəkətlərin ayrı-ayrı 
detalları, idman oyunlarının isə fəndləri, taktiki situasiyaları 
şagirdlərdə vərdiş halına salınmalıdır. Nəhayət, hərəkətlər təxminən 
bütövlükdə mənimsənilənə qədər icra edilməli, oyunlar isə oyun 
fəndlərinə şagirdlərin mükəmməl yiyələnməsi anına kimi təkrar 
olunmalıdır. Şagirdlərin yaddaşının möhkəmləndirilməsi və inkişaf 
etdirilməsi məqsədi ilə yuxarıda göstərdiyimiz pedaqoji-psixoloji 
amillərə təsadüf hallarda deyil, ardıcıl və sistemli surətdə əməl 
olunmasına ciddi səy göstərilməlidir.
Məktəb təcrübəsi əsasında müəyyənləşdirilmişdir ki, yuxarı 
siniflərdə hər hansı bir mürəkkəb fiziki hərəkət və oyunlar yüksək 
sürətlə, templə, ritmlə, böyük qüvvə və güc sərf etməklə yerinə 
yetirilirsə, bütün bunlar şagirdlərin yaddaşında istənilən səviyyədə 
həkk olunmur. Belə ki, müxtəlif növ mürəkkəb hərəkət və oyun 
kombinasiyaları onlar yadlarında saxlamaqda çətinlik çəkirlər. Burada 
hərəkət və oyunlara şagirdlər tərəfindən dərindən müşahidə və nəzarət 
edilməsi, təhlil aparılması (öz üzərində və başqaları üzərində) əyani 
vəsaitlərdən və texniki vasitələrdən (idman kino-filmləri, maqnitafon, 
radio-televiziya verilişləri və i.a.) istifadə olunması faydalıdır və bu 
fiziki tərbiyə təliminin keyfiyyətinə müsbət təsir göstərir, texniki 
fəndlərin icrasını asanlaşdırır. 
Tam orta yaşlı şagirdlərdə iradə möhkəmliyi onların tədris 
fəaliyyətində mühüm rol oynayır. Buna görə də fiziki tərbiyənin 
qarşısında duran başlıca vəzifələrdən biri onların iradi cəhəidən 
formalaşdırılmasından ibarətdir. Bu problemin vaxtında həllində 
şagirdlərin düzgün qiymətləndirilməsi və rəqbətləndirilməsinin böyük 
əhəmiyyəti vardır. Hər bir şagird bu yaşlarda blməlidir ki, o nəyi 
bacarır və nəyə qadirdir, onun noqsanları vardırmı və bu nöqsanlar 
hansılardır. 
Müəllim şagirdlərin buraxdıqları nöqsanları göstərərkən çox 
diqqətli olmalı, onlar aydın surətdə deyilməli və izah edilməli, habelə
konkret və inandırıcı olmalıdır. Əks təqdirdə həmin yaşda olan 
şagirdlərdə mərdlik, cəsarətlilik, inadkarlıq arzu edilən dərəcədə 


60 
olmadığından onlar hərəkətləri icra etməkdən, oynamaqdan imtina edə 
bilərlər. Qeyd etməliyik ki, yuxarı sinif şagirdlərinin iradəsinin inkişaf 
etdirilməsi və daha da möhkəmləndirilməsində müxtəlif növ və 
müxtəlif miqyaslı maraqlı idman yarışları və bədən tərbiyəsi-sağlamlıq 
tədbirlərinin təşkili və keçirilməsi də zəruridir. Bu işin müvəfəqiyyətli 
həlli planlaşdırmadan asılıdır. 
Fiziki 
tərbiyə 
prosesinin 
optimallaşdırılmasında 
idrak 
fəallıqlarının yüksəldilməsi xüsusi zərurət kəsb edir. Yuxarı siniflərdə 
isə şagirdlərin əqli fəaliyyəti normal inkişaf etdiyindən onlarda 
məqsədyönlülük, psixoloji cəhətdən özünü cilovlayıb əsas tədris 
məqsədinə yönəltmək, şifahi və yazılı şəkildə fikrini ifadə etmək, 
müəyyən bir məsələni təhlil edib nəticə çıxarmaq qabiliyyətinə 
malikdir. Eyni zamanda onlarda gün rejimini, xüsusən. hərəkət rejimini 
düzgün təşkil edib həyata keçirmək və sairə ən vacib psixoloji 
keyfiyyətlər inkişaf etmişdir.
Bədən tərbiyəsi müəllimi peşəyönümü üzrə seçdikləri ixtisasa 
uyğun olan fiziki hərəkətləri, fiziki tərbiyə dərsləri, gün rejimində 
keçirilən 
bədən 
tərbiyəsi-sağlamlıq 
tədbirləri, 
sinifdənkənar, 
məktəbdənxaric və ümumməktəb üzrə keçirilən idman tədbirləri 
vasitəsi ilə də reallaşdırmalıdır. Bütün bunlar şagirdlərin idrak 
fəaliyyətinin daha da gücləndirilməsinə, fiziki inkişafının və fiziki 
hazırlığının yüksəlməsinə yekun mərhələdə isə ümumtəlim nəticələrinə 
öz müsbət təsirini göstərə bilər.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə