L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


 Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimdən



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə28/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   227
Muteherrik ve eylenceli oyunlar

1.5. Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimdən 
istifadənin psixoloji aspektləri 
Pedaqoji ədəbiyyatdan məlum olduğu kimi, şagird fəal təlim 
metodu vasitəsilə (evristik) müstəqil tədqiqat prosesində idrak 
fəallığını yüksəltməklə yeni biliklər qazanır. Eyni zamanda apardığı 
tədqiqat işlərinə və yaxud yaradıcılıq fəaliyətinə istinad etmək yolu ilə 
müəllim-şagird arasında əməkdaşlığa və birgə fəaliyyətə əsaslanaraq 
bilik və bacarıqların mənimsənilməsi vasitələrini aşkara çıxarır, onları 
təhlil, müqayisə edir, ümumiləşdirilir, hər hansı qənaətə gəlir, nəticə 
çıxarır. Bir cəhəti də qeyd etməliyik ki, fiziki tərbiyənin təlimində 
qarşıya qoyulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün yalnız 
şagirdlərin müstəqil tədqiqat fəaliyyətinin təmini məqsədilə müvafiq 
şəraitin yaradılması, müəllim-şagirdlərin birgə əməkdaşlıq şəraitində 
işləməsi, nəticədə yeni bilik, bacarıq və vərdişlərin əldə olunması 
yollarının aqşkarlanması mühüm amil sayılsada, onların təşkili üçün 
təlimdə 
problemli vəziyyətin
(problemli-dialoji təlim) yaradılmasıda 
xüsusi zərurətdən irəli gəlir. Çünki, ümumtəlim nəticələrinə nail 
olmaqda mövzuya, mətnə, məqsəd və vəzifələrə uyğun problem 
situasiya imkanlarının yaradılması təlimdə şagirdlərin idrak-fəaliyyəti 
prosesinin yüksəldilməsi, müstəqil yaradıcılıq qabiliyyətinin inkişafı, 
öyrədən və öyrənənlərin fəaliyyətinin tənzimlənməsində real imkanlar 
açır onların çevikliyini, sürətini artırır. 


43 
Fiziki tərbiyənin təbliği, tərbiyəvi, sağlamlıq və hərbi-
tətbiqi əhəmiyyəti, həmçinin təşkili, keçirilməsi, hərəkətlərin, ayrı-ayrı 
idman fəndlərinin icrası texnikası üzrə nəzəri sualların verilməsi və 
praktik tapşırıqların onlar tərəfindən yerinə yetirilməsinin tövsiyə 
edilməsi istər-istəməz şagirdlərin təfəkkür fəallığını artırır, onları 
düşünməyə və müəyyən nəticəyə gəlməyə sövq edir. Belə ki, problem 
vəziyyətin yaradılmasının köməyi ilə fəal təlimdə müstəqil
tədqiqat fəaliyyəti, idrak fəallığının yüksəldilməsi və nəhayət 
əməkdaşlıq şəraitinin təşkili sayəsində birgə fəaliyyətlərin yaranması 
və bunun nəticəsində yeni bilik, bacarıq və vərdişlər aşkarlanır. Bütün 
bunların təhlili sayəsində, müqayisə və ümumiləşdirilməsi nəticəsində 
isə yeni nəticə çıxarmağa imkan verir və müvafiq şərait yaranır. 
Fəal (interaktiv) təlimin reallaşdırılması heç də bəzilərinin 
düşündüyü kimi asan pedaqoji proses olmayıb ciddi araşdırmalar, 
təhlillər, ümumiləşdirmələr aparmağı tələb edir. Buna görə də fəal 
təlim prosesində hər bir şəxs çox böyük məsuliyyət daşımalı, təmkinli 
və səbirli olmalı, sinif yoldaşlarının fikrinə hörmətlə yanaşmalı, onları 
diqqətlə 
dinləməli, emosialara qapılmamalı, tezliklə nəticə 
çıxarmamalı, qərara gəlməməli, bu prosesdə həssaslıq nümayiş 
etdirməlidir.
Təlimin müvəffəqiyyətlə həlli birgə işləmək, nəticə çıxarmaq, 
ideya və təkliflər irəli sürməklə, bir sözlə əlaqəli fəaliyyətlərin 
qarşılıqlı təsirinə əsaslanmaq nəticəsində tapılmalıdır. Təsadüfi deyildir 
ki, müəllim və şagirdlərin fəaliyyətinin tənzimlənməsində fəal təlim 
metodundan istifadə edərkən onu «problemli-dialoji», «problemli» 
təlimdə adlandıranlar da vardır. Çünki, bu cür təlimin müsbət həlli o 
zaman tapılar ki, prosesin digər iştirakçıları ilə fəal əməkdaşlıq 
şəraitində tənzimlənsin. Yəni müəllim və şagirdlərin dialoqu və 
əməkdaşlığının vacibliyi nəzərə alınaraq onun birgə həyata keçirilməsi 
təmin olunsun, qarşılıqlı təsirlə başa çatdırılsın. 
Fəal təlimin psixoloji xüsusiyyətlərindən biri də təlimə yeni 
yönəmdə yeni baxışda yanaşılmasındadır. Konkret desək, ənənəvi 
təlimin gedişi dəyişdirilib, idrak fəaliyyətinin fəallaşdırılması, müstəqil 
yaradıcılıq fəaliyyəti ön plana keçirilib. Burada öyrənənlərə təlim 
zamanı başqa məzmunda, mahiyyətdə yanaşılır, mövqeyi bildirilir. 
Təlim tədqiqat səciyyəsi xarakteri daşımaqla şagirdlərində 
mənimsəmə zamanı funksiyalarıda yeniləşdirilmiş yeni mahiyyət 
daşımışdır. Bu biliklərin, bacarıqların mənimsənilməsi və


44 
vərdişlərin aşılanmasında şagirdlərin aparıcı rol oynamasına,
təlim prosesində bərabər hüquqlu olmasına təminatın təmin 
edilməsindədir. Həm də təlim dövründə müəllim və şagirdlərin 
funksiyalarının, mövqelərinin tam demokratikləşdirmə hesabına 
dəyişdirilməsi deməkdir. Bu əslində şagirdə imkan verir ki, o, müstəqil 
olaraq tədqiqat fəaliyyətində olsun, topladığı faktik tədris materiallarını 
təhlil və müqayisə edə bilsin, sərbəst ümumiləşdirmələr aparsın, digər 
sinif şagirdləri ilə əlbir fəaliyyət göstərə bilsin. Fənn müəllimi ilə 
qarşılıqlı əməkdaşlıq şəraitində və birgə işləyə bilsin, çıxarılmış 
nəticələrə bərabərhüquqlu şəxs kimi sahib olsun. Burada şagirdlərin 
tədqiqatçı kimi məqsədi, mahiyyəti və vəzifələri düzgün və şüurlu 
surətdə dərk etməsi, fəallaşması, tapşırıq və göstərişləri heç kəsin 
müdaxiləsi olmadan yaradıcılıqla yerinə yetirməsi başlıca şərtdir. Bu 
vaxt onun tutduğu mövqeyi, nə məqsədlə icra etdiyi, nəyi mənimsəməli 
və nə üçün mənimsəməli və hansı yolla həyata keçirməli olduğundan 
ibarət olmalıdır.
Yekun nəticə isə ümumtəlim nəticələrinə nə dərəcədə, hansı 
səviyyədə uyğun olub-olmamasına aydınlıq gətirməlidir. Bundan 
əlavə, tədris prosesində əldə edilmiş müsbət çalarlar, buraxılmış 
nöqsanlar və bunların baş vermə səbəbləri, həmçinin gələcək arzu 
olunan təlim fəaliyyətini reallaşdırmaqdan ötrü çıxış yolları, imkanları 
aşkara çıxarılmalıdır. 
Müəllimin təlim prosesində əsas işi isə təlimin qavranılması 
məqsədilə istiqamət vermək, yol göstərmək bələdçilik etməkdən 
ibarətdir. Müəllim bələdçi kimi, həm də funksiyası təlim üçün əlverişli 
şərait yaratmaq mövqeyindən çıxış etməlidir.
Müəllimin vəzifəsi öyrənməyi öyrətməklə bərabər öz 
nüfuzundan süni şəkildə istifadə etməməli, sadə, təvazökar və təmkinli 
olmalıdır. O, həm də nüfuzlu, cəmiyyətdə hörmətli bir şəxs kimi 
öyrənənlər 
üzərində 
«hökmdar»lıq 
etməməlidir. 
Müəllimin 
fəaliyyətinə, eləcə də şagirdlərlə ardıcıl, mütəşəkkil təhsil əməkdaşlığı 
etmək daxildir.
O, borcudur ki, şagirdlərlə məşğələləri sistemli və ardıcıl 
olaraq təşkil etməklə yanaşı, bədən tərbiyəsi fənni üzrə təlim 
nəticələrinə məqsədyönlü nail olsun, tapşırıqların dəqiq icrasına 
müvəffəq olsun. İlk növbədə yüksək səviyyədə fəal təlim şəraiti 
yaratsın, şagirdlər müstəqil tədqiqat aparması məqsədilə düzgün 
istiqamətləndirilsin. Bədən tərbiyəsi mövzuları üzrə problemli 


45 
vəziyyəti yaratsın, öyrənənlərin hərəki bilik, bacarıq və vərdişlərə 
yiyələnməsi, onun daha da möhkəmləndirməsi, təkmilləşdirilməsi üçün 
yolları göstərsin, metodik tövsiyələr versin. Bütün deyilənlərə nail 
olmaqdan ötrü təhsil və özünü təhsilinə müasir tələbat baxımdan 
yanaşmalıdır. Başlanğıc olaraq öz üzərində ciddi və məsuliyyətlə 
işləməli, mütaliyə etməli, təhsildəki yeniliklərlə tanış olmalı, 
treyninqlərdə, seminarlarda müntəzəm və fəal iştirak etməli, fikir 
mübadiləsi aparılmalı, qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənməli, 
təhlil etməli və öz iş fəaliyyətində əsas götürməlidir. Məsələyə Milli 
Kurikulum mövqeyindən yanaşmış olsaq bu sahədə qazanılmış bilik, 
bacarıqlarını digər həmkarlarına da çatdırsın, bu mürəkkəb və olduqca 
çətin bir işdə valideynlərə kömək göstərsin, müvafiq seminarlar təşkil 
etməklə izahat işləri də aparmağa bir vətəndaş kimi borcludur. 
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemlər 
institutunun hazırlamış və nəşr etdirdiyi «Kurikumların hazırlanması 
və tətbiqi məsələləri» adlı metodik tövsiyədə (Bakı, «Kövsər» 
nəşriyyatı, 2008-ci il, səh.158) deyildiyi kimi…. Müəllim biliklərin 
qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli, 
həm də öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi 
bacarmalıdır. Bunun üçün o, ilk növbədə, fasilitasiya proseinin 
mahiyyətini aydın başa düşüb dərk etməlidir: 

Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların 
səmərəli tətbiqinin köməyi ilə disskusiyaların təşkili və şagirdlərin 
fəallaşdırılması prosesindən ibarətdir.

Fasilitasiyanın əsas xüsusiyəti ondan ibarətdir ki, yeni bilik 
müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. 

Fasilitatorun mövqeyi onun əsas funksiyası düşüncəni inkişaf 
etdirmək və onu lazımi məcraya yönəltməkdən ibarətdir.

Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək 
və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata 
keçirə bilməsi üçün şərait yaratmaqdır. 
Fəal (interaktiv) təlimdə psixoloji amillərdən biri də müəllimin 
ümumtəlim nəticələrinə yüksək səviyyədə nail olmasında şagirdlərin 
nüfuzunu, hörmətini qazanmasındadır. Xüsusən dostluq, mehribançılıq 
əsasında qarşılıqlı hörmətin, etibarın yaranmasındadır. Burada mühüm 
yanaşma təlimdə demokratikləşməyə riayət edilməsi, fərdi qarşılıqlı 


46 
münasibətlərin yaranması üçün xüsusi şəraitin olması çox vacibdir. 
Bütün bunlarla bərabər, müəllimin təlim dövründə və təlimdənkənar 
vaxtlarda şagirdlərə humanist-mövqeyindən yanaşması hörmətcil, 
mərhəmətli olması, qayğı, diqqət və maraq göstərməsi də lazımdır. 
Təlim prosesində həlledici və aparıcı psixoloji momentlərdən biri də 
ümumsinif mühitinin, şagirdlərin əhval ruhiyyəsinin, təhsil və şəxsi 
maraqlarının nəzərə alınması da xüsusi əhəmiyyətə malikdir. Lakin 
yaddan çıxarmamalı ki, bunlar hər bir sinifə aid qoyulmuş təlim, etik 
və estetik normalardan kənara çıxmamalı, ilk növbədə ümumdövlət və 
cəmiyyət mənafeyi əsas götürülməli, vətənpərvərlik və ölkənin 
müdafiəsi mövqeyindən yanaşılmalıdır. 
Müəllimin motivasiya, problemin qoyuluşu, sərbəst yaradıcılıq 
tədqiqat işinin aparılması, onun gedişi zamanı toplanmış faktların 
informasiya 
mübadiləsi onların təhlili, saf-çürük edilməsi, 
ümumiləşdirilməsi və ya təsnifatı (qruplaşdırılması) tətbiq etmə, 
nəticənin qiymətləndirilməsi və sairə fasilitasiya prosesində və 
fasilitator kimi mövqeyini nümayiş etdirərkən fəal (interaktiv) təlimin 
göstərilən psixoloji mexanizmlərinin düzgün tətbiqinə nail olmaq 
vasitəsilə tədrisin səmərəliliyinə müvəffəq ola bilər.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə