L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə27/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   227
Muteherrik ve eylenceli oyunlar

Passiv metoda
əsaslanaraq təlim prosesini təşkil edən bədən 
tərbiyəsi müəllimləri başlıca olaraq bir tərəfli fəaliyyət, təsir, yəni 
müəllimin fəaliyyəti aparıcı rolunu oynayır və bu tədris prosesində 
qabarıq şəkildə özünü biruzə verir. Bu yanaşmada istifadə olunan 
müxtəlif üsul və münasibətlər də təlim metodlarını müəyyənləşdirir. 
Burada müəllim və şagirdlərin fəaliyyətində bir tərəflilik höküm sürür. 
Konkret desək, öyrənənin fəaliyyəti əsas götürülür, praktik və nəzəri 
məşğələlərin gedişi idarə olunur, həddən artıq nəzarətdə saxlanılır. Bu 
prosesdə demokratik yanaşmaq mövcud deyil, öyrənən öyrədənin 
göstərişlərinə tabe olmalı, onu danışıqsız icra etməlidir. Eləcə də 
sərbəst və müstəqil fəaliyyət göstərmək səmimi sayılmır, idraki 
fəaliyyətin yüksək səviyyədə təşkili diqqət mərkəzində olmur, «hafizə» 
məktəbinə–əzbərçiliyə daha üstünlük verilməsinə səy göstərir. 
Fəal metoda
əsəslanaraq bədən tərbiyəsi məşğələlərini təşkil 
edən müəllimlər isə əksinə onu təlimin mühüm təşkili forması sayır. 
Fəal təlimdə tələbə passiv dinləyici kimi çıxış etmir, fəaliyyət göstərən 
şəxs rolunu oynayır, öyrənən artıq passiv deyil, bərabər və qarşılıqlı 
fəaliyyət göstərir, öyrədənlə eyni hüquqa malikdir. Bu cür qarşılıqlı 


41 
təsir üslubunda fiziki tərbiyədən nəzəri və praktik məşğələlərin 
demokratik olaraq idarə olunması və gedişi ön plana çəkilir. 
Öyrədən və öyrənənin fəaliyyətinin qarşılıqlı təsirinin 3-cü 
forması 
interaktiv metoddur
. Həmin metodla tədris prosesinin təşkili
bir sıra üstün cəhtlərinə görə passiv və istərsə də aktiv təlim 
metodlarından əhəmiyyətli dərəcədə fərqlənir. Əgər müəllim passiv 
metodla işləyərkən «mütləq hökümdar», «direktiv» göstərişlər sahibi 
rolunda fəaliyyətdə olursa, fəal təlimdə isə demokratiya üslubunda 
müxtəlif növ oyun və fiziki hərəkət məşğələlərinin idarə edilməsi və 
gedişi vacib əhəmiyyət kəsb edir. İnteraktiv təlim prosesi isə daha 
qarışıq təsir forması hesab olunur. Belə ki, öyrədən və öyrənən 
arasında qarşılıqlı təsir daha geniş formada həyata keçirilir. Bu zaman 
bədən tərbiyəsi müəlliminin vəzifəsi məşğələnin başlıca məqsədini 
şagirdlərə öyrətməyə istiqamətləndirilir. Müəllim qabaqcadan 
məşğələlərin geniş və hərtərəfli planını hazırlayır, interaktiv 
tapşırıqları, sualları, diskusiya və mübahisə xarakterli işləri görür. Plan 
yeni tədris materialının, fiziki tərbiyə üzrə yeni bilik, bacarıq və 
vərdişlərin aşılanmasına, əvvəllər mənimsənilmiş hərəki biliklərin 
möhkəmləndirilməsinə, hərəki bacarıqların dərinləşdirilməsi və hərəki 
vərdişlərin formalaşdırılmasına xidmət edir. 
Nəticə olaraq göstərməliyik ki, interaktiv təlim şagirdlərin idrak 
fəaliyyətinin təşkili, idarə olunması, milli-ümumbəşəri adət-ənənələrə 
söykənməsi, demokratik üslubda keçilməsi, qazanılmış bilik, bacarıq 
və vərdişlərin anlanılması, tətbiqi, dəyərləndirilməsi və «təfəkkür 
məktəbi»nin məcmusudur. Bütün bunların təlim standartlarına və təhsil 
strategiyalarına uyğunluğu müəllim və şagirdlərin birgə fəaliyəti ilə 
bərabər, həm də digər potok, qrup, yarım qrup sinif şagirdlərinin bir-
biri ilə fəaliyyətinin əməkdaşlıq şəraitində qurulmasına zəmin yaradır. 
Bədən tərbiyəsi dərslərində, mühazirə və seminar məşğələlərində 
istifadə edilən interaktiv təlim metodunu fənn kurikulumuna aid 
pedaqoji ədəbiyyat aşağıdakı kimi səciyyələndirməyi tövsiyə edir; 
1) Bədən tərbiyəsi mövzuları üzrə problemli situasiyanın 
yaradılması; 
2) Tələblərin və istərsə də məktəbli şagirdlərin şüurlu surətdə 
cəlb olunması şəraitinin təşkilinə istiqamətlənməsi; 
3) Maksimum təlim məqsədəini daşıması, praktik baxımdan 
dəyərli və önəmli olması; 


42 
4) Tələbələrin və şagirdlərin tədrisə marağının artırılmasına, 
onların müstəqil, yaradıcı və tədqiqatçılıq qabiliyyətinin inkişafının 
yüksəldilməsinə şəraitin təşkilinə yönəldilməsi. 
Qeyd etmək lazımdır ki, göstərilən təlim məsləhətlərinin həyata 
keçirilməsinə təmkinlə və ehtiyatla yanaşılmalıdır. Xüsusən, bədən 
tərbiyəsi və idmanın spesifik tərəflərini, şüurlu intizam yaratmaq 
mexanizminin qabaqcadan kompleks planlaşdırılmasını, şagird və 
tələbələrin tədqiqatçılıq qabiliyyətinin inkişaf səviyyəsini nəzərə almaq 
nəinki, çox vacibdir, hətta təxirəsalınmaz təbii, pedaqoji-psixoloji 
psixomotor mexanizmdir.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə