Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   14
p.p müh 10




Pedaqoji psixologiya 
10-cu Mühazirə 
Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi 

 Plan: 
1.
 
Təlim psixologiyası pedaqoji psixologiyanın əsas sahələrindən biri kimi
 
2.
 
Təlim prosesi psixologiyanın nəzəri və tətbiqi problemi kimi
 
3.
 
Təlimin mahiyyəti və qanunauyğunluqları
 
4.
 
Təlim fəaliyyətinin strukturu
 
5.
 
Pedaqoji psixologiyada təlimin strukturuna dair konsepsiyalar
 
6.
 
Təlim prosesində psixi inkişafın səviyyəsi və “inkişafın yaxın zonası”nın nəzərə alınması.
 
7.
 
Təlim modelləri.
 
8.
 
Biliklərin çatdırılması yollarının psixoloji xarakteristikası.
 
 
1.Təlim psixologiyası pedaqoji psixologiyanın əsas sahələrindən biri
sayılır. Çünki, pedaqoji 
psixologiya şagirdlərin psixologiyasından bəhs etdiyi üçün burada təlim məsələsinə də mütləq toxunmaq 
vacibdir.
Təlim psixologiyası- öyrədən və öyrənənin məqsədyönlü birgə fəaliyyətinin vəhtətindən yaranır

Qeyd etdiyimiz kimi təlim psixologiyasında iki tərəf çıxış edir. Bunlardan biri təlimi mənimsəyən, yəni, şagird. 
Digəri isə təlimi həyata keçirən, onu şagirdlərə öyrətməyə çalışan- müəllimdir. Yəni, öyrədən və öyrənən 
tərəflər. Təlim zamanı şagirdlər müəllimlə qarşılıqlı kontakda olurlar. Belə ki, müəllimin öyrətdiklərinə şagird 
qulaq asır və onu mənimsəməyə çalışır. Onların fəaliyyəti qarşılıqlı təmas şəraitində həyata keçirilir. Buna 
görə də bir-birlərinə psixoloji təsir göstərə bilirlər. Təlim psixologiyasında müəllimin üzərinə çox böyük vəzifə 
düşür. Belə ki, təlim zamanı ancaq müəllim bilə bilər ki, şagirdlərdə hansı qabilliyyətlər var, onların hafizəsi 
necə inkişaf edir, materialı mənimsəmə qabiliyyəti necədir, fantaziyası necədir və s. Şagirdlər böyüdükcə, 
daha çox inkişaf etdikcə onların psixikası necə inkişaf edir, onlarada hansı yeni psixi keyfiyyətlər formalaşır 
və s. Təlim psixologiyasına müəllim nəzarət etməli və bütün bu dəyişmələri müəllim aşkar etməlidir. 
Müasir dövrdə təlim psixologiyasının qarşısında bir çox ciddi vəzifələr durur. Müəllim təlim zamanı 
çox diqqətli olmalıdır, təlimin mövzusunu özü üçün qabaqcadan müəyyənləşdirməli, bu mövzuya uyğun yəni 
mövzunun şagirdlərə çatdırılması üçün ona uyğun metodlar seçməli, onları yeni variantda həyata keçirməyi 
bacarmalıdır. Hər bir seçilən mövzu tərbiyəvi əhəmiyyət daşımalı, eyni zamanda hər bir şagiridin anlaq 
səviyyəsinə uyğun olmalıdır. Təlim psixologiyası zamanı müəllim şagirdlərin qabilliyyətlərini üzə çıxarıb, 
onun daha da inkişafına kömək etməlidir. 
Təlim zamanı şagirdlərə dərin biliklər vermək,onlara elmin sirrlərini öyrətmək, təcrübəyə sahib 
olmağın yol və vasitələrini aşılamaq lazımdır. Təlim zamanı müəllim şagirdlərin bilik səviyyələrini aşkara 
çıxarıb gələcəkdə ondan düzgün istifadə qaydasına istiqamətləndirməlidir. Müəllim çalışmalıdır ki, şagirdlərin 
təlim motivlərini üzə çıxarda və onların təlimdə əsl uğurlarının səbəbini müəyyənləşdirsin. 
Təlim psixologiyası həm pedaqoji, həmdə sosial xarakter daşıyır. Pedaqoji xarakter yəni, şagirdlərə 
bilik verilir və bu biliklər sayəsində şagird özünüdərk edir və dahada şüurlu şəkildə öz inkişafını davam etdirir. 
Sosial xarakter isə- o, dövrün tələblərinə uyğun biliklərə yiyələnir, tələblərə uyğun öz həyat tərzini seçir və 
onun əsasında da formalaşır. Təlimə nəzarət edən, onu daima öz peşəkarlığı ilə yeniləyən, bunun üçün də 
daima özü inkişafda olan, hər bir yeniliyi addım və addım izləyən müəllimdir. Bunun üçün də hər bir şagirdin 
psixologiyasını onun müəllimindən daha yaxşı heç kim bilməz. Müəllimin borcu düzgün təlim şəariti yaradıb, 
onu idarə edib, onun düzgün gedişinə nəzarət etmək, təcrübəsindən irəli gələn lazımı tövsiyyələrini verməkdən 
ibarətdir. Müəllim təlim psixologiyasına əsaslanaraq gələcəyə vətəndaş yetirməlidir 




Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə