Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi


Təlim prosesi psixologiyanın nəzəri və tətbiqi problemi kimi



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
p.p müh 10

2.Təlim prosesi psixologiyanın nəzəri və tətbiqi problemi kimi 
Təlim psixologiyası pedaqoji psixologiyanın ən mühüm sahələrindən birini təşkil edir. Təlim problemi 
bəşəriyyətin daima diqqət mərkəzində olan problemdir. Həmin problemin günün tələbləri səviyyəsində həlli 
pedaqoji psixologiyanın əsas vəzifələrindən hesab olunur. Təlim problemi pedaqoji psixologiyanın qarşısında 
həm 
nəzəri, 
həm də 
tətbiqi
problem kimi durur. Təlimin 
nəzəri problem
kimi həlli birinci növbədə onun nəzəri 
əsaslarını, qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Nəzəri problem kimi təlim fəaliyyətinin 
psixoloji strukturunun açılması, onun motivləri, məqsədləri və vəzifələrinin dəqiqləşdirilməsi pedaqoji 
psixologiyanın həll etməli olduğu əsas problemlərdən hesab edilir. Bu məsələlərin həlli üzərində çalışan 
psixoloqlar təlim nəzəriyyəsini bir sıra istiqamətdə inkişaf etdirmişlər. Bunları ümumiləşdirdikdə pedaqoji 
psixologiyada aşağıdakı təlim nəzəriyyələri diqqəti cəlb edir. 
1.
İzahlı illüstrativ təlim (ənənəvi) 
2.
Proqramlaşdırılmış təlim 
3.
Fikri əməliyyatların mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi 
4.
Problemli təlim 
5.
Təlim nəzəri təfəkkürün inkişafı kimi 
6.
Tərbiyəedici təlim 
Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz. Həmin problemin aşkara çıxarılmış 
qanunauyğunluqları təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə öz səmərəsini göstərməzsə 
onun əhəmiyyətindən danışmağa dəyməz. Məhz buna görə də təlim və onun keyfiyyətini idarə etmək mühüm 
tətbiqi problem
kimi pedaqoji psixologiyanın qarşısında durur. Təlimin forma və metodlarından istifadənin, 
təlim prosesində şagirdlərin inkişafının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi zəruri 
biliklərlə silahlandırmaq deməkdir. Müəllim dərsə verilən psixoloji təələblərin aşkara çıxarılması baxımından 
xüsusi əhəmiyyət kəsb edir.
Tətbiqi problem kimi təlimin forma və metodlarından istifadə, təlim prosesində şagirdlərin inkişafının 
psixoloji xüsusiyyətlərini öyrənərək müəllimi zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə verilən 
psixoloji tələblərin aşkara çıxarılması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə