Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
p.p müh 10

L.S.Viqotski
birinci 
cəhəti (bilik, 
bacarıq və vərdişlərə yiyələnməni), təlim (öyrənmə), 
ikincini
isə inkişaf adlandırmışdır. Onun fikrincə təlimdə 
mənimsəmənin əsas predmetini bilik və mədəniyyət haqqında tarixi təcrübə təşkil edir. 



L.S.Viqotskiyə görə təlim inkişafın əsas amilidir. 
Təlimin həmişə inkişafdan qabaqda getməsi və 
onu da öz arxasınca aparması fikrini əsas götürən 
L.S.Viqotski
və onun əməkdaşları təlimlə əlaqədar baş
verən əqli inkişafın 
iki səviyyəsini
və ya zonasını müəyyən etmişlər. 
Birinci
səviyyəni inkişafın 
fəal, aktual 
zonası
adlandırmışlar. Bu zonaya malik olan şagird gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil 
sürətdə yerinə yetirir, özü başqasının köməyi olmadan dərsdə müvafiq misallardan istifadə edir. Müəllimin
şərh etdiyi bəzi cəhətləri izah etməyə təşəbbüs göstərir və nəhayət onda əqli inkişaf elə bir səviyyəyə çata bilir 
ki, sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan həll edə bilir. Bütün bunların nəticəsində şagird 
bilikləri müstəqil mənimsəyir, elmlərin əsaslarına özü yiyələnməyi bacarır.
 
Əqli inkişafın 
ikinci
səviyyəsində isə uşaq bir növ yaşlıların, müəllimin köməyilə daha yüksək 
nailiyyət əldə edə bilir. L.S.Viqotski bu inkişaf səviyyəsini 
“inkişafın yaxın zonası” 
adlandırmışdır. 
L.S.Viqotski bu münasibətlə yazır: “Uşaq nəyi ki, yaşlının köməyilə etmək iqtidarındadır, bu, onun yaxın 
inkişaf zonası uşağın sabahkı gününü, onun inkişafının dinamik vəziyyətini müəyyənləşdirməklə bizə
kömək göstərir”.
Təlim öz səmərəli nəticəsini vermək və şagirdlərin əqli inkişafına əsaslı təsir göstərmək üçün məhz 

inkişafın yaxın zonası
”na uyğun təşkil olunmalıdır. Təlimin məzmununu, forma və vasitələrini seçərkən 
bu tələb birinci tələb kimi nəzərə alınmalıdır. Ona görə də L.S.Viqotski haqlı olaraq göstərir ki, uşağın 
öyrənməyə qabil olmadığı işləri ona öyrətməyə çalışmaq, onun müstəqil yerinə yetirə bildiyini ona öyrətmək 
qədər mənasızdır. 
Şagirdlərin mənimsəmə imkanlarının aşkara çıxarılmasında yaş həssaslığı haqqında psixologiyada 
toplanmış məlumatların əhəmiyyəti böyükdür. Uşağın inkişafının ayrı – ayrı mərhələlərində psixikanın bu və 
ya digər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Bunlardan bəzisi müvəqqəti, keçici xarakter 
daşıyır. Psixi fəaliyyətin ayrı ayrı dövrləri və güclənməsi üçün 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə