Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
p.p müh 10

“intellektual maniələri”
aradan qaldırmaları lazım gəlir. Bu 
yol isə psixoloji ədəbiyyatda 
“aşağıdan” 
dərk etmə yolu adlanır.
T.V.Kudrjavtsev
təlim prosesində şagirdlərin qarşılaşdıqları problem situasiyanın tiplərini 
müəyyənləşdirərkən bilik və biliksizlik arasındakı müxtəlif növlü ziddiyyətləri əsas götürmüşdür. Bu 
baxımdan T.V.Kudravtsev müəllimin dərsdə yaratdığı problem situasiyanın 
dörd tipini
aşkara çıxarmışdır.
Birinci tip
problem situasiya ən çox o zaman meydana gəlir ki, şagird əvvəl əldə etmiş olduğu 
biliklərdən yeni praktik şəraitdə istifadə etmək zərurəti qarşısında qalsın – bu onun idrak maraqlarının 
oyanmasına, yeni biliklər axtarmasına səbəb olur. 
İkinci tip
problem situasiya məsələnin mümkün olan nəzəri həlli yolu ilə seçilmiş üsulun praktik olaraq 
həyata keçirilməsinin qeyri – mümkünlüyü arasındakı ziddiyyətdən doğur.
Üçüncü tip
problem situasiya tədris tapşırıqlarını yerinə yetirərkən əldə edilmiş praktik nəticələrlə
şagirddə həmin nəticələri nəzəri olaraq əsaslandırmağa aid biliyin olmaması arasında ziddiyyət olduqda 
meydana gəlir. 
Dördüncü tip
problem situasiyada şagird qarşıda qoyulmuş məsələni həll etmək yollarını bilmir, tədris 
və ya həyat situasiyasında yeni faktları izah etməkdə çətinlik çəkir, əvvəlki biliklər yeni faktı izah etmək üçün 
kifayət etmir. 
İnsan biliklərə ona görə də yiyələnir ki, həmin biliklərdən öz fəaliyyətində istifadə etsin, onun 
köməyi ilə qarşısına çıxan məsələləri həll edə bilsin. Şagirdlərdə bu cür bacarığın yaranması təlimin 
səmərəliliyi, keçilən materialların hərtərəfli və şüurlu mənimsənilməsi üçün başlıca şərtlərdəndir. Bu cür 
bacarığın olması dərsdə şagirdin daha fəal olmasını, baş verə biləcək səhv ümumiləşdirmələrin qarşısını 
almağı təmin edir. Bu nöqteyi – nəzərdən təlim psixologiyasında şagirdlərin fikri iş priyomlarına 
yiyələnmələrinin rolu xüsusi olaraq qeyd edilir. 
Müəyyən tip məsələni həll etmək üçün lazım olan fikri əməliyyatlar sistemi 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə