Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
p.p müh 10

fikri iş priyomu
adlanır. 
Bu cür fikri əməliyyat sistemi şagirdə müqayisə etmək, ümumiləşdirmək, mücərrədləşdirmək imkanı verir. 
Fikri iş priyomlarına yiyələndikdə şagird hər hansı bir məsələni həll edərkən müəyyən məntiqi ardıcıllıq və 
sistemlə hərəkət edir.
Psixoloqlar şagirdlərə fikri iş priyomları aşılamağın iki yolunu göstərir: 
1)
priyomu şagirdlərə hazır 
təqdim etmək və 
2)
priyoma müstəqil yiyələnmə yolu. Bunlardan ikinci yol daha səmərəli yol hesab 
olunur. Şagirdin müstəqilliyinə imkan verən ikinci yolla fikri iş priyomuna yiyələndikdə yaradıcı təfəkkür
fəaliyyətə başlayır. Bu prosesdə isə şagird həm müstəqil, həm də fəal olur. 
Dərsləri elə təşkil etmək tələb olunur ki, şagirdlər təkcə problem suallarla qarşılaşmasın, eyni 
zamanda onu müstəqil olaraq həll etməyə cəhd göstərsinlər. Məhz bu cür yaradıcı təfəkkür şəraitində 
şagirdin əldə etdiyi məsələni həll etmə yolu bir növ onun öz yolu olur. Ona görə də daha səmərəli və
məhsuldar xarakter daşıyır. 
Bununla bağlı olaraq bəzən dərsdə şagirdin fikri işinin gedişi, müəyyən məsələni həll etmək üçün necə 
fikirləşməsi, hansı yolla son nəticəyə gəlməsi nəzərdən qaçırılır, sadəcə olaraq şagird gəldiyi son nəticə ilə 
qiymətləndirilir. Bu cür nəticələr isə çox vaxt təsadüfi, mexaniki və s. xarakter daşıya bilir
. Məsələn
, şagird 
formal əlamətə istinad edir, köçürür. Ona görə də başqa bir situasiyada eyni tipli məsələni həll edərkən səhvlərə 
yol verir. Ona görə də təlim psixologiyası belə bir cəhəti əsas götürür ki, müəllim dərs prosesində həmişə 
şagirdlərin bu və ya digər məsələni həll edərkən necə fikirləşmələrini nəzərdən qaçırmamalı, bunu əsas 
götürməlidir. Belə olduqda şagirdin həm uğurlu, həm də uğursuz fikri iş gedişi müəllimin nəzərindən qaçmır. 
Bu isə şagirdin fikri fəaliyyətinin gedişini idarə etmək üçün zəruri şərtdir.




 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə