Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
p.p müh 10

problem situasiya
ilə qarşılaşdırılması zəruri şərtdir. Dərsdə müvafiq problem situasiya
yaradıldıqda şagirdlər müəyyən çətinliklərlə qarşılaşır, həmin çətinlikdən çıxmaq, qarşıda duran problemi həll 
etmək üçün mövcud biliklərinin kifayət qədər olmadığını dərk edirlər. Ona görə də həmin çətinlikdən çıxmaq 
üçün yollar axtarmağa, təfəkkürlərini işə salmağa başlayırlar
.
Problem situasiyanın təhlili nəticəsində onun strukturundakı əsas cəhətlər: məlum olan, məlum 
olmayan, axtarılan cəhətlər ayrılır. 
Nəyi axtarmaq, nəyi bilmək lazım gəldiyi müəyyən edilir. 
Nəticədə 
şagird yaradıcı olur, yüksək fəallıq şəraitində çalışır. Bütün bunlar isə materialı daha yaxşı anlamaq, 
mənimsəməklə yanaşı şagirdin əqli inkişafına da təsir göstərir. 
Psixoloji ədəbiyyatda problem situasiyanın mahiyyəti, onun tipləri, dərsdə problem situasiyanın yeri 
barədə əsaslı fikirlər irəli sürülmüşdür. Professor
A.M.Matyuşkin
təlim prosesində problem situasiyanın 
iki əsas tipi 
olduğunu qeyd etmişdir. Onun fikrincə eyni bir problem həm 
nəzəri
, həm də 
praktik ş
əkildə 
qoyula bilər.
1-ci tip
problem situasiya şagird üçün artıq məlum bəzi ümumi hallara əsaslanan nəzəri problemin 
qoyulması ilə əlaqədar olaraq meydana çıxır. Psixoloji ədəbiyyatda bu yol 
“yuxarıdan” dərk etmə yolu
adlanır (N.A.Mençinskaya). Bu tip problem situasiya zamanı problem şagirdlərin əldə etməli, yiyələnməli 
olduqları işləri əsaslandıran ümumi halların, yaxud yeni faktların anlaşılması və ya yeni işlərin 



əsaslandırılması üçün zəruri olan faktların açılmasına yönəldilmiş olur. 
Təlim prosesində özünü göstərən 
ikinci tip
problem situasiya praktik problemin qoyulması ilə bağlı 
olur. Bu cür problem situasiyasının mahiyyəsi ondan ibarətdir ki, bu zaman şagirdlərin onlara məlum olan 
işi yerinə yetirmək üçün qarşılaşdıqları bir sıra 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə