Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi


icraedici  (təhrikedici) işlər daxildir. Burada öyrənmənin  motivləri öz təsirini göstərir. Proqram məqsədli



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   14
p.p müh 10

icraedici 
(təhrikedici) işlər daxildir. Burada öyrənmənin 
motivləri öz təsirini göstərir.
Proqram məqsədli
işlərə gəldikdə isə bu cür tədris işləri proqram tələblərini ödəməklə bağlı olan şifahi 
və yazılı çalışmalardan, laborator işlərindən, və s. ibarət olur. Bu cür tədris işləri şagirdlərin əqli inkişafına 
təkan verir. Onlar oxuduqlarını yadda saxlayıb, yada salır, eyni zamanda həmin materialı dərk edir, anlayırlar.

Təlimin strukturuna daxil olan 


nəzarət-tənzimedici
tədris işlərinin də rolu büyükdür. Bu işlər 
qiymətləndirici, yoxlayıcı və təshih edici xarakter daşıyır. Bunların köməyi ilə şagirdlərin təlim fəaliyyətini 



idarə etmək mümkündür. Burada xüsusilə özününəzarətə keçən nəzarətin və özünüqiymətləndirməyə keçən 
qiymətləndirmənin rolu böyükdür.
 

5. Pedaqoji psixologiyada təlimin strukturuna dair konsepsiyalar.
Pedaqoji psixologiyada təlimin strukturu ilə bağlı və L.S.Viqotskinin ideyalarından doğan ən mühüm 
konsepsiyalardan biri 
A.N.Leontyevin
konsepsiyasıdır. 
A.N.Leontyev
konkret obyektlər sinfinin, onların xassələrinin dərk olunması, eləcə də 
ümuumiləşdirilmiş idrak proseslərini fərqləndirmişdir. Birincinin bilik, bacarıq və vərdişlərdən ibarət 
olduğunu və onlara öyrənmə prosesində yiyələnməyin mümkünlüyünü qeyd etmişdir. Ikincilər isə 
qabiliyyətlərdir. Onlara yiyələnmə isə dərk etmənin inkişafı prosesində baş verir. 
A.N.Leontyevin konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, anlayışların mənimsənilməsi üçün həm 
obyektin, həm də ünsiyyətin, xüsusilə şagirdlərin obyektlə fəaliyyətinin olması zəruridir. 
Təlimlə bağlı olaraq 
P.J.Qalperinin
fikri fəaliyyətin mərhələlər üzrə mənimsənilməsi nəzəriyyəsi
də diqqəti cəlb edir. Həmin nəzəriyyədə fəaliyyətin (işlərin) mənimsənilməsinin təhlili ən sıraya qoyulur, 
biliklərə isə fəaliyyətdən və onun mənimsənilməsindən yaranma, törəmə kimi baxır. Q
alperinin
fikrincə mənimsəmənin predmeti kimi təlim işləri struktur yaranmaya malikdir və aşağıdakı komponentləri 
vardır: dəyişdirmə prosesi, eləcə də əks olunma və fəaliyyətin qeyd olunan bütün komponentləri haqqında 
biliklər 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə