Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi


Təlimin təsnifi və tədris fəaliyyətinin təşkilində onun nəzərə alınması



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
p.p müh 10

Təlimin təsnifi və tədris fəaliyyətinin təşkilində onun nəzərə alınması
. Təlim mürəkkəb bir 
prosesdir. Onun özünəməxsus strukturu, növləri və formaları vardır. Şübhəsiz, tədris fəaliyyətinin idarə
olunması, onun səmərəliliyinin artırılması üçün onların hər birinin nəzərə alınması zəruridir. 
Birinci növbədə
təlim 
öyrənilən fənnlərə
əsasən təsnif etmək mümkündür. Bu meyardan asılı
olaraq dil, riyaziyyat, ictimaiyyat, tarix, əmək və s. təlimini göstərmək olar.
Psixoloji məqsəddən
asılı olaraq təlimi aşağıdakı şəkildə təsnif etmək olar: təsəvvürləri, məfhumları, 
ideyaları, vərdişləri, bacarıqları, fikri əməliyyatları formalaşdıran təlim.
Əks əlaqənin
yaranmasından asılı olaraq addımlı (proqramlaşdırılmış), təxirə salınmış, koqnitiv
qabaqlayıcı təlimin olduğunu qeyd edirlər. 



Şagirdlərə müraciət tərzinə
görə isə təlimi aşağıdakı şəkildə təsnif etmək olar: frontal – sinif üzrə, 
qrup üzrə və fərdi aparılan təlim. 
Təlimin qeyd edilən formalarının özünəməxsus məqsəd və vəzifələri vardır. Müəllim dərsin 
məqsədindən və proqram tələblərindən asılı olaraq təlim formalarından birini və ya bir neçəsini seçərək
və dərsdə istədiyinə nail olur.
Təlim şəraiti və vəzifələri
onunla xarakterizə olunur ki, burada şagirdlər ümumi fəaliyyət tərzləri
və onları mənimsəməyin məqsədi, eləcə də müəyyən tip məsələni həll etməyin ümumi yollarını tapmaq üçün 
zəruri olan nümunə və göstərişləri mənimsəməklə bağlı tapşırıq alırlar. Təlim işləri – şagirdlərin elmi 
anlayışlar və fəaliyyətin ümumi tərzlərini, eləcə də onları yada salmaq və xarakterik məsələnin həllinə tətbiq 
etmək yollarını almaq və ya tapmaqla bağlı işlərindən ibarətdir. Nəzarət işləri öz təlim işlərinin nəticələrini 
verilmiş nümunəyə əsasən ümumiləşdirməyə yönəldilmiş işlərdir. Qiymətləndirmə işləri verilmiş elmi biliklər 
və məsələnin həllinin ümumi yollarının mənimsənilməsinin son keyfiyyətini qeydə alır. 
Təlimin 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə