Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi


Təlimin mahiyyəti və qanunauyğunluqları



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
p.p müh 10

 
3. Təlimin mahiyyəti və qanunauyğunluqları.
Təlim-müəllimin rəhbərliyi altında şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesidir. 
Burada insanın öyrənməsi baş verir. Lakin hər cür öyrənməni təlim adlandırmaq olmaz. Yalnız mütəşəkkil, 
məqsədəuyğun və planlı öyrənmə prosesini təlim adlandırmaq olar. Təlim prosesində öyrədən müəllim və 
öyrənən şagird mövcud olur. Onların qrşılıqlı təsiri şəraitində şagird bilik və vərdişlər əldə edir, müəllim isə 
həmin prosesi idarə edir.
Təlim insanın əsas fəaliyyət növlərindən biridir. Məktəb yaşı dövründə təlim aparıcı fəaliyyətə 
çevrildiyi üçün şagirdlər müəyyən məlumatları, hərəkətləri mənimsəyirlər. Təlim prosesində aşağıdakı 
məqsədlərə nail olma baş verir; 
a)
fəaliyyət növünün müvəffəqiyyətli təşkili üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında 
məlumatların mənimsənilməsi
b)
həmin fəaliyyət növlərini təşkil edən yol və əməliyyatların mənimsənilməsi;
v)
qarşıda duran məsələnin həllində lazım olan yol və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək 
üçün məlumatlarda istifadə qaydalarını mənimsəmək.
I halda
biliklərin, 
II halda
vərdişlərin, 
III halda
isə bacarıqların yaranması baş verir.



Deməli, təlim o zaman mümkündür ki, bilik, vərdiş və bacarığa yiyələnmək üçün insanın fəaliyyəti 
şüurlu məqsədlərlə idarə olunsun. Mənimsəmə nəticəsində əldə edilən biliklər müəyyən sistem təşkil edir və 
təcrübəyə tətbiq oluna bilir.
Təlimin müvəffəqiyəti psixoloji cəhətdən bir-biri ilə bağlı olan 3 amildən asılıdır: 
1.
 
Nəyi öyrədirlər -
Bu sahədə təlimin xarakteri öyrənilən materialın məzmunu və sistemindən asılıdır. 
Ona görə də təlimin məzmununun düzgün seçilməsinə xüsusi diqqət yetirilməlidir. Məzmun düzgün 
seçilmədikdə, sistemsiz və pərakəndə olduqda, mənimsəmənin səmərəli gedəcəyinə ümid bəsləmək olmaz. 
Adətən təlimin məzmunu düzgün seçilmədikdə, şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik 
xarakteri daşımayan materiallar təqdim olunduqda onlarda asanlıqla həmin materiala qarşı psixoloji 
doyumluluq yaranır. 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə