Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi


optimal  vaxt, senzitiv dövrlər adlandırılır



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
p.p müh 10

optimal 
vaxt, senzitiv dövrlər adlandırılır

Məsələn
nitqin inkişafı üçün bir yaşdan beş yaşa qədər olan dövr, riyazi qabiliyyətlərin formalaşması üçün
15 – 20 yaş senzitiv dövr hesab olunur 
Ona görə də şagirdlərlə apardığımız təlim işini onların psixi inkişaflarının 
“Senzitiv”
dövrlərinə 
uyğunlaşdırmaq təlim prosesini optimallaşdırmağın mühüm şərtlərindən biridir. 
7. Təlim modelləri.
I Təlimin şəxsiyyətə istiqamətlənən modeli - 
bu modelin
 
çox mühüm psixopedaqoji əhəmiyyəti vardır. 
Modelin əsas funksiyaları şagirdin ümumi inkişafının təmin edilməsi, əqli, emosional – iradi, əxlaqi və estetik 
imkanlarının formalaşdırılması təşkil edir. Mənimsəmənin çətinlik səviyyəsinin çox yüksək olması – 
şəxsiyyətə istiqamətlənən təlim modelinin səciyyəvi əlamətidir. Şəxsiyyətə yönələn təlim modelində 
şagirdlərə fərdi yanaşmalar, zəif və qüvvətli şagirdlərin mənimsəmə imkanları, onların qarşılıqlı çətinlikləri 
nəzərə alınır. Bu təlim modelinin həyata keçirilməsi şəraitində müəllim – şagird münasibətləri qarşılıqlı inama 
əsaslanır və işgüzar xarakter daşıyır. Şəxsiyyətə istiqamətlənən təlim modelində şagird şəxsiyyətinin ahəngdar 
surətdə inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıda durur.
II Təlimin inkişafetdirici modeli – 
Bu modeldə diqqət mərkəzində şagirdin təlim fəaliyyətinin yenidən 
qurulması təmin edilir. Təlimin həm forma, həm də məzmun baxımından təşkilinə xüsusi diqqət yetirməklə 
bir sıra keyfiyyətlərin təşkil edilməsinə nail olunur: nəzəri təfəkkür, refleksiya, təlim tapşırıqlarının yerinə 
yetirilməsində müstəqillik.

Nəzəri biliklərin mənimsənilməsi inkişafetdirici təlim modelinin əsas funksiyalarından biridir. 


İnkişafetdirici təlim modelinin ənənəvi təlim modelindən fərqli olan əsas əlaməti şagirdlik fəaliyyəti, şagirdin 
əqli fəaliyyəti ümumidən xüsusiyə, mücərrəddən konkretə doğru istiqamətlənməsidir. Inkişafetdirici təlim 
modelində şagirdin təlimi (mənimsəmə) aktiv xarakter daşıyır (məsələn, şagird axtarıcı tədqiqat fəaliyyətinə 



qoşulur və aktiv dialoq rejimində işləyir). Fəaliyyətin üsullarının mənimsənilməsi inkişafetdirici təlim 
modelinin istinad elementidir.

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə