Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi


III Aktivləşdirici təlim modeli –



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
p.p müh 10

III Aktivləşdirici təlim modeli – 
Şagirdlərin idrak fəaliyyətinin aktivləşdirilməsi və onlarda yaradıcı 
elmi təfəkkürün inkişaf etdirilməsi aktivləşdirici təlim modelinin əsas funksiyalarından biridir. İdrak 
tələbatlarının və intellektual hisslərin mövqeyini ifadə edir. Aktivləşdirici təlim modelində problem 
situasiyaların yaradılması və onların həll üsullarının müəyyənləşdirilərək tətbiq edilməsi şagirdlərin əqli 
fəaliyyətini stimullaşdıran mühüm psixopedaqoji amildir. 
IV Formalaşdırıcı təlim modelinin
psixopedaqoji mahiyyəti və onun əsas funksiyası, şagirdin əqli 
inkişafına təsir etmək üçün ilk növbədə bilik və bacarıqların mənimsənilməsi prosesinin məqsədə müvafiq 
olaraq idarə olunmasına nail olunur.
V Təlimin azad modeli
– bu model şagirdin şəxsi təşəbbüskarlığına və aktivliyinə əsaslanır, şagird 
təlim fəaliyyəti ilə bağlı bütün işlərini müstəqil yerinə yetirir.
8. Biliklərin çatdırılması yollarının psixoloji xarakteristikası. 
Təlim fəaliyyətinin səmərəliliyində, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin
yüksəlməsində biliklərin çatdırılması yollarının rolu böyükdür. Bu məsələ pedaqogika elmi tərəfindən 
«təlimin metodları»
adlanan izahedici təlim və problemli təlimdir.
İzahedici təlim zamanı
biliklərin çatdırılması məfhum və qanunların izahı yolu ilə həyata keçirilir. 
Bu yolla elmi sübutlara, məfhum və qaydaların formalaşmasına, qanun və qanunauyğunluqların öyrənilməsinə 
nail oluruq. Ona görə də izahedici təlimin şagirdlərdə elmi dünyagörüşünün formalaşmasında əhəmiyyəti 
böyükdür. Bununla yanaşı olaraq, izahatın gedişi zamanı şagirdlərin iradi fəallığını izləməyə də imkan yaranır.
Biliklərin çatdırılmasının səmərəliliyini təmin edən yollardan biri
 problemli təlimdir.
Təlim zamanı şagirdi yalnız yadda saxlayıb sonra isə yada salmağa alışdırmaq onun yalnız hafizəsinin 
inkişafına səbəb olur, təfəkkürün məqsədəuyğun inkişafının əsasını təşkil edən daxili motivlər sisteminin 
formalaşmasına imkan yaratmır. Ona görə də müasir dərs elə qurulmalıdır ki, təkcə şagirdlərin hafizəsinə 
deyil, onların təfəkkürlərinə istinad etsin. Təfəkkür isə o zaman fəaliyyətə başlayır ki, şagirdin qarşısına 
müəyyən problem çıxsın. Təfəkkür yeninin axtarılması və kəşfidir.
Təlimin problemli xarakter daşıması və şagirdlərə inkişafetdirici təsir göstərməsi üçün dərsdə 
şagirdlərin 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə