L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə25/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   227
Muteherrik ve eylenceli oyunlar

sinifdənxaric
və 
məktəbdənkənar
aparılan bədən 
tərbiyəsi-sağlamlıq tədbirlərində də istifadə olduqca zəruridir. Bu şərtlə 
ki, təhsil və tərbiyəedici vəzifələrin yerinə yetirilməsi üçün aparılan 
planlaşdırma işləri də konkret və kompleks şəklində olsun. Burada bir 
cəhətə xüsusi diqqəti yetirmək yerinə düşərdi. Bu tədbirin 
keçirilməsində bədən tərbiyəsi müəllimləri ilə yanaşı ictimai 
təşkilatların nümayəndələrinin yaxından iştirakından ibarətdir. 
Əlverişli prinsiplərdən istifadə edərkən aşağıda göstərilən pedaqoji-
psixoloji amillərində nəzərə alınması həmin tədbirlərin fəallıqla, 
maraqla həyata keçirilməsinə imkan verir:
1.Şagirdlərin arzu və təkliflərinin, maraqlarının öyrənilib təhlil 
olunması, araşdırılması. 
2.Diqqətin əsas məqsədə yönəldilməsi, əsas mövzu üzərində 
toplanması. Burada 2 cəhətə diqqətin yönəldilməsi təlim prosesinin 
müvəffəqiyyətlə başa çatdırılmasında həlledici mahiyyətə malikdir. 
Birinci mövzunun, məqsədin, mühüm vəzifələrin konkretləşdirilməsi, 
dəqiqləşdirilməsi, ikincisi diqqəti toplamaqdan ötrü müxtəlif növ 
maraqlı və şagirdlərin diqqətini cəlbedici fiziki hərəkətlərin, 
mütəhərrik və əyləncəli oyunların seçilməsi təlim prosesinə daxil 
edilməsi. 
3.Tədris prosesinin keçirilməsi üçün daha səmərəli metodların 
seçilməsi yeri gəldikcə tətbiq edilməsi. 
4. Şagirdin hər hansı bir tədbirə hazırlığı məqsədi ilə onlar 
arasında vəzifələrin ağıllı və düzgün bölüşdürülməsi. 


38 
5.Həmin tədbirlərin təhsil, tərbiyə və inkişaf etdirici təsirini 
öyrənmək üçün onu təhlil etməyi; araşdırmağı ümumiləşdirilməyi 
bacarmaq. 
Sinifdənxaric və məktəbdənkənar işlərin lazımi səviyyədə 
keçirilməsi də nəzarətin düzgün qurulmasından mühüm dərəcədə 
asılıdır. Məktəb rəhbərliyi tərəfindən aparılan nəzarətdə bunları əsas 
götürməlidir: Müəllimlərin öyrənilməsinə diqqəti artırmalı, onların 
fəaliyyətindəki müsbət və zəif cəhətləri aşkara çıxarmalı, eləcə də 
çatışmamazlığın aradan qaldırılması yollarını bilməli və onu həyata 
keçirməlidir. 
Yuxarıda 
söylənilənlərə 
istinad 
edərək 
ümumtəhsil 
məktəblərində fiziki tərbiyə təliminin təşkili zamanı öyrədən və 
öyrənənlərin fəaliyyətinin tənzimlənməsində, təlim prosesinin 
stimullaşdırılmasında aşağıda göstərilən pedaqoji-psixoloji amillərlə 
sıx əlaqədar olduğu qənaətinə gəlir və onların tədris prosesində nəzərə 
alınmasını məqsədəuyğun və reallaşdırılmasını məğbul hesab edirik:
1.Bədən tərbiyəsi müəllimlərinin fiziki tərbiyə üzrə hərtərəfli və 
dərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi. 
2.Tədris prosesi üçün səmərəli variantların seçilməsi onları 
müqayisə edərək tətbiqinə nail olunması. 
3.Ayrı-ayrı mövzuların mənimsədilməsində müxtəlif növ uyğun 
üsulların, metodların, prinsiplərin, vasitələrin seçilməsi və onların 
kompleks şəklində planlaşdırılaraq həyata keçirilməsinin tənzim 
edilməsi.
4.Müxtəlif növ hərəkət və oyunların öyrədilməsi üçün ayrılmış 
vaxtın düzgün və optimal bölgüsünün aparılması, vaxta qənaət 
edilməsi, bütün bunların diqqətdə saxlanılması. 
5.Qabaqcıl təcrübəyə istinad edilməsi, əvvəllər qazanılmış bilik, 
bacarıq və vərdişlərin əsasında yeni bilik, bacarıq və vərdişlərin 
aşılanması, möhkəmləndirilməsi və dərinləşdirilməsi. 
6.Bədən tərbiyəsi müəllimi və şagirdlərin fəaliyyətinin 
gücləndirilməsi, tənzimlənməsi və stimullaşdırılması. Bu zaman 
şagirdlərin əsas diqqətinin başlıca məqsədə və vəzifələrə yönəldilməsi.
Təlimin məzmununa, məqsədinə və vəzifələrinə uyğun 
stimul yaradan, tənzimləyən tələb və prinsiplərdən məqsədyönlü
istifadə edilməsi. Tədris prosesində şagirdlərin təlim imkanlarının 
nəzərə alınması, tədris şəraitinin yaradılması, idman zalının, oyun


39 
meydançasının, atletika qaçış cığırlarının, atma və tullanma 
sahələrinin alət, avadanlıq, ləvazimatlarla təmin olunması. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə