Mövzu 8 Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası fənni, onun başqa elmlərlə əlaqəsstrreplN



Yüklə 14,59 Kb.
tarix11.12.2023
ölçüsü14,59 Kb.
#145118
8.Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası fənni, onun başqa elmlərlə əlaqəsi


MÖVZU 8
Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası fənni, onun başqa elmlərlə əlaqəsi
P L A N:
1. Bədən tərbiyəsinin nəzəriyyəsi xüsusi bilik və bacarıqlara yiyələndirir.
2. Bədən tərbiyəsinin metodoloji kökləri dialektik inkişaf qanunlarıdır.

Ə D Ə B İ Y Y A T
1.Əlibəy Tağıyev., Ağamirzə Şirinov. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”. Bakı-1996
2.H.H.Qurbanov., A.Y.Əsgərov., A.X.Ramazanov. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”. “Avropa”nəşriyyatı. Bakı-2006

Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası neçcə bir fənn kimi, mütəxəssisləri gələcək təcrübədə, işdə vacib olan xüsusi bilik və bacarıqlara yiyələndirir.


Onun əmələ gəlməsində insanların yüksək fiziki hazırlığın labüdlüyü və bu labüdlüyün cəmiyyət tərəfindən başa düşülməsinə təkan verilmişdir. Bununla əlaqədar insanlar fiziki tərbiyənin inkişaf qanunlarını öyrənərək bu tərbiyəni lazımi mühitə istiqamətləndirmək istəyirlər.
Təcrübənin inkişafı ilə əlaqədar xüsusi fənlər əmələ gəlmiş-dir ki, bunları iki yerə bölmək olar:

1 - Humanitar xarakterli fənlər. Bunlar fiziki tərbiyənin müxtəlif imkanlarını öyrənir: (pedaqogika,fiziki tərbiyənin tarixi və təşkili, idman psixologiyası və s.)


2 - Bioloji xarakterli fənlər. Bu fənlər orqanizmin funksional inkişaf qanunlarını öyrənir (dinamik anatomiya, fiziologiya, biokimya və fiziki hərəkətlərin biomexanikası).
Bədən tərbiyəsinin nəzəriyyəsi bu fənlərin yığdığı məlumatları ümumiləşdirib fiziki tərbiyənin inkişaf qanunları ilə məşğul olur.
Deməli, bədən tərbiyəsinin nəzəriyyəsi pedaqoji proses kimi fiziki tərbiyənin ümumi inkişafını öyrənir:
Bədən tərbiyəsi metodikasının pedaqoji obyekti, fiziki tərbi-yənin xüsusi inkişaf qanunlarını öyrənərək, gələcək mütə-xəssislərə pedaqoji məsləhətlər şəklində çatdırır. Qeyd etmək lazımdır ki, bədən tərbiyəsinin metodikası ümumi metodlarla bərabər xüsusi metodları, yəni ancaq fiziki tərbiyəyə xas olan metodları aşılayır və araşdırır. Belə bir sıx əlaqə, yəni nəzəriyyə və metodika fənninə bədən tərbiyəsinin nəzəriyyəsi və meto-dikası adı verilir.
Bədən tərbiyəsinin metodoloji kökləri dialektik inkişaf qanunlarıdır. Buda mütəxəssislərin praktiki işlərindəı necə fəa-liyyət göstərmələrini araşdırmaqla, qabaqcıl metodları axtarıb tapmaqda və onlardan istifadə etməkdə kömək edir.
Nəzəriyyənin və metodikanın ümumi pedaqoji qanunlarla sıx əlaqəsi tərbiyəvi qanunlara əsaslanır.
Bədən tərbiyəsində, pedaqogikanın və psixologiyanın nailiy-yətlərindən geniş sürətdə istifadə olunur.
Bədən tərbiyəsi prosesini səmərəli sürətdə o vaxt idarə etmək olar ki, bu prosesdə əlaqəli fənlərdən düzgün istifadə edilsin. Eyni zamanda bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası əlaqədar fənlərə öz təsirini göstərərək onlara insan orqanizminin nəyə malik olduğunu dəlillərlə sübut edir.
Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası aşağıdakı sualları əhatə edir: 1) Fiziki tərbiyə octimai fikir kimi; 2) Xalq təhsilinin müxtəlif tərəfləri ilə sıx əlaqəsi; ümumi məqsədlər və prinsipləri olmasında fiziki tərbiyəyə təsiri.
Yüklə 14,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə