L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə9/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   227
Muteherrik ve eylenceli oyunlar

Birinci bölmə 
 
FİZİKİ TƏRBİYƏ TƏLİMİNİN BƏZİ PEDAQOJİ 
KONTURLARI 
 
I FƏSİL
Fiziki tərbiyənin təlimində fəal stimul yaradan prinsip, 
metod və formalar 
 
1.1.Fiziki tərbiyənin təlimində fəaliyyətlərin tənzimlənməsini 
təmin edən komponentlər 
 
Fiziki tərbiyə təliminin hazırki tələbata uyğun təşkilində 
pedaqoji-psixoloji faktorların nəzərə alınması mühüm əhəmiyyət kəsb 
edir. Bu mənada təlimin məzmunu, məqsədi və vəzifələrinə müvafiq 
tələb və prinsiplərin müəyyən edilməsi, şəraitdən asılı olaraq vaxtında, 
düzgün tətbiqi başlıca yer tutur. Çünki, ölkəmizin inkişafının yeni 
dövründə dövlətin təhsil siyasətinin əsas istiqamətləri müəyyən 
olunmuş, tələb və istiqamətlər «Azərbaycan Respublikasının təhsil 
sahəsində İslahat Proqramı»nda təsbit olunmuşdur. Proqramın həyata 
keçirilməsi istiqamətində təhsillə əlaqədar xeyli işlər görülmüş və 
müvəffəqiyyətlər əldə edilmişdir. Təhsil Konsepsiyasında (Milli 
Kurikulum) ümumtəhsil məktəbi üzrə təlimin nəticələri, məzmun 
standartları, orta təhsilin bütün pillələrində təmin edilən bütün fənlər
pedaqoji-psixoloji 
prosesin 
təşkili, 
təlim 
nailiyyətlərinin 
qiymətləndirilməsi üzrə əsas prinsiplər əhatə olunmuşdur. Bunlar 
şagirdlərin şəxsiyyət kimi formalaşması, milli və bəşəri dəyərləri 
mənimsəməsi, mübarizlik, vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, 
cəsur, igid, dözümlü və fiziki cəhətdən sağlam böyümələri üçün təlim 
şəraitinin yaradılmasını tələb edir. Şagirdin şəxsiyyət kimi 
formalaşmasına yönəlmiş təlim proqramlarının prinsiplərini proses 
dövründə həyata keçirilməsi şagirdə bir çox zəruri qabiliyyətləri və 
keyfiyyətləri aşılayır.
Yəni onların intellektual, emosional və yaradıcı sferalarının harmonik 
inkişafına imkan yaranır, məntiqi, yaradıcı təfəkkürü formalaşır. 
Ümumiyyətlə, bütün bunlar o zaman reallaşır ki, 
əvvəla
təlim zamanı 
Azərbaycanda təhsil islahatının prinsipləri (demokratikləşdirmə, 
humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya


18 
humanitarlaşdırma) nəzərə alınmış olunsun, 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə