B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə23/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   19   20   21   22   23   24   25   26   ...   131

 

65 


məsuliyyət  hissini  inkişaf  etdirmək,  oyun  zamanı  nizam-intizamlı 

olmaq  kimi  tərbiyəvi  keyfiyyətlərin  də  aşılanmasına  yardımçı  olur. 

Oyunda  hər  bir  uşaq  öz  vəzifəsini  yerinə  yetirməklə  bir  tərəfdən 

komandasının  uğurla  çıxış  etməsinə  kömək  edirsə,  digər  tərəfdən 

tapşırılmış işə məsuliyyətlə yanaşmaqla kollektivin hörmətini qazanır. 

Söylənilənlər,  həm  də  uşaqlarda  təlim-tərbiyə  tapşırıqlarının  lazımi 

səviyyədə  yerinə  yetirilməsinə  zəruri  zəmin  yaradır.  Uşaqlar  oyunda 

qoyulmuş  qaydalara  əməl  etməklə  də  intizamlı  olmaq  qabiliyyətinə 

yiyələnir və tərbiyə olunurlar.  

Şagirdlər  oyuna  səliqəli  və  təmiz  gəlməyə,  oyunun  qaydalarına 

düzgün  əməl  etməyə,  müəllimə  və  yoldaşlarına  hörmət  etməyə 

çalışırlar. Oyunlar uşaqları zövqlə geyinməyə, qamətini şux saxlamağa, 

düzgün  yeriməyə,  düzgün  durmağa  sövq  edir.  Uşaqlar  oyunlar 

vasitəsilə  səliqəli  və  dəqiq  olmağı  öyrənir,  əsil  Azərbaycançılıq 

ruhunda böyüyürlər. 

Oyunların  əksəriyyəti  komandalı  oyunlardır.  Uşaqlar  oyun 

zamanı bir-birini müdafiə edir, biri o öbirinin səhvini düzəldir və bir-

birinə  kömək,  hörmət  edirlər.  Bütün  bunlar  da  uşaqlarda  bir  sıra 

tərbiyəvi keyfiyyətlərin inkişafına səbəb olur.  

Sinifdən  və  məktəbdənkənar  tədbirlərdə  müxtəlif  şəhər  və 

rayonlardan  gəlmiş  uşaqlar  da  oynayırlar.  «Şən  startlar»da  və  digər 

yarışlar  zamanı  keçirilən  oyunlarda  bir  komandanın  tərkibində  ayrı-

ayrı məktəblərin, yaxud siniflərin şagirdləri oynayırlar. Bu tədbirlərdə 

onları bir məqsəd birləşdirir, yaxşı, əlbir səy göstərmək, öz kollektivinə 

qələbə qazandırmaq, məktəbinin şərəfini qorumaq. 

Oyunlar bir qayda olaraq, gərgin mübarizə şəraitində gedir. Uşaq 

qovur,  qaçır,  tullanır,  hoppanır,  sürünür,  axtarır.  Bu  zaman  onlarda 

diqqət,  qavrama,  eşitmə,  görmə,  cəldlik,  çeviklik,  dözümlülük, 

qətiyyət,  mətanət  və  s.  keyfiyyətlər  aşılanır.  Vaxt  keçdikcə  bu 

keyfiyyətlər  inkişaf  edir,  təkmilləşir.  Bu  da  uşaqlarda  fəal  xarakterin 

formalaşmasına  zəmin  yaradır.  Həmin  iradi  keyfiyyətlər  uşaqlarda, 

yarışlarda,  təhsildə,  əməkdə  və  hərbi  xidmətdə  lazım  olur.  «Qalanın 

müdafiəsi», «Qalanın alınması», «Sərhədçilər», «Partizanlar», «Hədəfə 

vurma»  oyunlarında  isə  uşaqlar  dəqiq  hərəkət  edir,  rəqibinə  qalib 

gəlməyə  çalışırlar.  Bu  cür  oyunlar  uşaqlarda  Vətənə,  xalqa,  orduya 

məhəbbət  hissləri  aşılayır.  Eyni  zamanda  onları  şəhidlik  zirvəsinə  və 

torpaqlarımızın  bütövlüyü,  bölünməzliyi  uğrunda  gedən  mübarizəyə 

səsləyir,  işğal  olunmuş  kənd,  şəhər  və  rayonlarımızın  düşmən 




 

66 


tapdağından azad olmasına ruhlandırır. Bundan əlavə, hərbi xarakterli 

oyunlar uşaqlarda özünə inamı artırır, onları ibtidai hərbi bilik, bacarıq 

və vərdişlərlə silahlandırır, gələcək döyüşçü kimi formalaşdırır. 

 

 

              3.2.  Görkəmli pedaqoqlar oyunlar haqqında 

 

Azərbaycan  fiziki  tərbiyə  sistemi  müxtəlif  vasitələrdən  istifadə 

olunmaqla  inkişaf  etdirilir.  Buna  fiziki  hərəkətlər,  gimnastika  (əsas, 

gigiyenik,  idman,  bədii,  köməkçi  gimnastika),  turizm,  təbii  amillər 

(hava,  su,  günəş)  və  gigiyenik  tədbirlər  daxildir.  Həmin  tədbirlərlə 

yanaşı,  müxtəlif  oyunlarda  şagirdlərin  fiziki  tərbiyəsinin  inkişafında 

mühüm yer tutur. 

  Oyunlar məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların həyatına 

dərin  nüfuz  edir.  Məşhur  pedaqoq  alimlər  haqlı  olaraq  həmin  yaş 

dövrlərini  çox  vaxt  «oyun  dövrü»  adlandırırlar.  Görkəmli  pedaqoqlar 

oyunların  uşaqların  həyatında  böyük  rol  oynadığını  dəfələrlə  qeyd 

etmişlər.  

Uşaq  oyunlarının  mahiyyəti  və  əhəmiyyətini  xarakterizə  edərək 

yazmışlar  ki,  oyunun  məktəbəqədər  yaşlı  uşaqlar  üçün  müstəsna 

dərəcədə əhəmiyyəti vardır, oyun onlar üçün təlimdir, oyun onlar üçün 

tərbiyənin  ciddi  bir  şəklidir.  Oyun  böyüməkdə  olan  orqanizmin 

tələbidir.  Gözəl  deyilmiş  həmin  sözləri  nəinki  ibtidai  məktəb  yaşı 

dövrünə, hətta yuxarı yaş dövrünə də aid etmək olar. 

   Dahi  proletar  yazıçısı  M.Qorki  oyunun  uşaq  həyatı  üçün 

zəruriliyini  yüksək  qiymətləndirərək  yazırdı  ki,  uşaq  on  yaşına  qədər 

əyləncələr  tələb  edir    və  onun  tələbi  bioloji  cəhətdən  qanunidir.  O, 

oynamaq istəyir, o, bütün şeylərlə oynayır, onu əhatə edən dünyanı hər 

şeydən əvvəl və hər yeşdən asan oyunda, oyunla dərk edir. 

     Qeyd  etməliyik  ki,  uşaqlar  həyatda  təkcə  müşahidəçi 

olmurlar.        Onlar  həyatın  qanun  və  qanunauyğunluqları  ilə,  çətin  və 

mürəkkəb  olan  həyatın  özü  ilə  ömrü  boyu  qarşılaşmalı,  mübarizə  

aparmalı və fəaliyyət göstərməli olurlar. Buna görə də uşaqlar lap kiçik 

yaşlardan  başlayaraq  həyatda  fəal  və  müstəqil  olaraq  iştirak  etməli, 

həyat  üçün  vacib  olan  bacarıq  və  vərdişlərə  yiyələnməlidirlər.  Bütün 

bunlara  malik  olmaqla  oyunlar  əvəzedilməz  vasitələrdən  biridir. 

K.D.Uşinski uşağın oyun fəaliyyətini belə şərh edir: «Uşaq üçün həqiqi 

həyat çox mürəkkəbdir, o, burada heç bir müstəqilliyə malik deyildir. 




 

67 


Oyunda  isə  o,  öz  qüvvəsini  tətbiq  edir,  yoxlayır.  O,  öz  yaratdığı 

üzərində müstəqil olaraq hakimlik edir». 

Məlumdur  ki,  kiçik  məktəbyaşlı  məktəblilər  fiziki  cəhətdən  o 

qədər də möhkəm olmurlar. Onların ürək-damar və sinir sistemi, dayaq 

hərəkət apparatı, tənəffüs, görmə və eşitmə üzvləri formalaşmış olmur. 

Ona  görə  də  kiçik  yaşdan  başlayaraq  həmin  üzvlərin,  sistemlərin 

inkişaf  etdirilməsində,  onların  funksional  fəaliyyətinin  artırılmasına 

xüsusi  ehtiyac  vardır.  Oyun  isə  uşağın  sağlamlığını, fiziki  hazırlığını, 

inkişafını  təmin  edən,  orqanizmin  həyat  fəaliyyətini  artıran  mühüm 

vasitələrdəndir.  Oyun  yalnız  uşaqların  fiziki  hazırlığına  deyil,  o,  həm 

də  estetik  zövrün  yaranmasına,  hisslərin inkişafına  kömək  edir  ki,  bu 

da  baş  beynin  ali  hisslərinin  fəaliyyətini  gücləndirir.  Oyun  uşaqların 

əhvali-ruhiyyəsini  yaxşılaşdırır,  emosionallığını  artırır.  Bütün  bunlar 

isə  fiziki  hərəkətlərin  düzgün  icrasına,  verilən  tapşırıqların  yerinə 

yetirilməsinə musbət təsir göstərir. M.Qorki oyunu düşüncə və iradənin 

birinci məktəbi adlandırmışdır. 

Görkəmli  pedaqoq  A.S.Makarenko  «Tərbiyə  haqqında 

mühazirələr»  kitabında  oyunun  uşağın  həyatındakı  mövqeyini  belə 

qiymətləndirir. O, yazır: «Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq 

nə  kimi  əhəmiyyətə  malikdirsə,  uşağın  da  həyatında  oyun  o  qədər 

vacib  və  əhəmiyyətlidir.  Uşaq  oyunda  necədirsə,  böyüyəndən  sonra 

işdə  də  bir  çox  cəhətdən  elə  olacaqdır.  Ona  görə  də  gələcək  xadimin 

tərbiyəsi hər şeydən əvvəl oyun prosesində keçir»

1

.  



 A.S.Makarenko oyunla işin arasında o qədər də fərq olmadığını 

göstərir: «Yaxşı oyun yazşı işə bənzəyir, pis oyun pis işə bənzəyir. Bu 

bənzəyiş çox böyükdür: cəsarətlə demək olar ki, pis iş yaxşı işdən daha 

artıq  pis  oyuna  oxşayır»

2

.  O,  uşaqlıq  illəri  üçün  oynamağı  normal 



hesab  edərək,  uşaqlarda  oyuna  olan  həvəsi  təmin  etmək  vacib 

olduğunu  həmişə  vurğulayırdı.  O,  qeyd  edirdi:  uşağa  «…nəinki 

oynamaq  üçün  vaxt  vermək,  hətta  oyunu  onun  bütün  həyatına  nüfuz 

etdirmək lazımdır».  

                                                 

1

  А.С.Макаренко.  Сечилмиш  педагожи  ясярляри.  «Азярбайъан 

мяктяби» журналынын няшри, сящ.376. 

 

2

  А.С.Макаренко.  Сечилмиш  педагожи  ясярляри.  «Азярбайъан 

мяктяби» журналынын няшри, сящ.376. 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə