B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə17/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   13   14   15   16   17   18   19   20   ...   131

 

50 


istəməz  sinir  sisteminin  özündə  müəyyən  dəyişikliklər  yaradır,  onun 

funksiyasını  bir  qədər  də  təkmilləşdirir.  Bütün  bunlar  cinsindən  asılı 

olmayaraq  şagirdlərin  psixomotor  fəaliyyətinə  müsbət  təsir  göstərir. 

Şagirdlərdə  müntəzəm  və  mütəşəkkil  qavrama,  müşahidəçilik 

qabiliyyətinin  daha  da  yüksək  olmasına  zəmin  yaradır.  Beləliklə, 

onların  ətraf  mühitdəki  əşya  və  hadisələrlə  əlaqə  və  ona  qarşı 

münasibəti  get-gedə  xeyli  genişlənir.  Orta  məktəbyaşlı  şagirdlərdə 

tədris edilən materiala maraq və meyl səthi deyil, daha dərin və uzun 

müddətli  olur.  O,  ətrafdakı  cisim  və  hadisələri  bütövlükdə  deyil, 

olduğu  kimi,  hər  bir  hərəkət  elementini  ayrı-ayrılıqda  bir-birindən 

fərqləndirməklə, müqayisə etməklə öyrənməyə müvafiq surətdə çalışır.  

Göründüyü  kimi,  şagirdlərin  bu  yaş  dövründə  hərəki  və  oyun 

vərdişlərinə  qısa  müddətdə  yiyələnməsi  nə  qədər  əhəmiyyətli  olsada 

bunun  zərərli  tərəfləri  də  mövcuddur.  Burada    2  pedaqoji-psixoloji 

amilə  xüsusi  diqqət  yetirmək  lazımdır.  Birinci  növbədə  fiziki 

hərəkətlərin  və  oyunların  təlimində  şagirdlərin  anatomik-fizioloji 

funksional  fəaliyyətinin  imkanlarını  nəzərə  almaq  zəruridirsə,  eyni 

zamanda  onların  cinsi  yetişkənlik  yaş  dövründə  orqanizmdə,  sinir 

sistemində  və  sairədə  gedən  cinsi  inkişaf  fərqləri,  tədris  fəaliyyətləri 

prosesində  baş  verən  psixoloji  dəyişiklikləri  də  yaddan  çıxarmaq 

olmaz.  Bunu  həm  fiziki  tərbiyə  üzrə  tədris  proqramları  tərtib  edərkən 

materalların  seçilməsində  və  həm  də  təlim  zamanı  nəzərə  almaq 

mühüm əhəmiyyətə malikdir.  

İkinci  pedaqoji-psixoloji  cəhət  ondan  ibarətdir  ki,  həmin  yaşda 

şagirdlər  tez  öyrənmələrinə  baxmayaraq  hərəkəti  bir  çox  hallarda 

lazımınca  icra  edə  bilmir,  tezliklə  unudurlar.  Bu  səbəbdən  də 

şagirdlərdə  hərəkət  koordinasiyaları  düzgün  inkişaf etmir  və  beləliklə 

qamət  əyrilikləri  yaranır.  Üzv  və  sistemlər  funksiyaların  ınormal 

şəkildə  yerinə  yetirmirlər. Bunun  nəticəsində  də  şagirdlərdə  əsəbi  hal 

meydana  gəlir,  əhval-ruhiyyə  pisləşir,  özündən  asılı  olmayaraq 

mexaniki olaraq yersiz və artıq hərəkətlərə yol verirlər. Və beləliklə də 

onlarda hərəki təlim dövründə xoşa gəlməz adətlər yaranır ki, bunu da 

təlimin  sonrakı  mərhələlərində  aradan  qaldırmaq  mümkün  olmur.  Bu 

təhsil  və  tərbiyəvi  baxımdan  özünü  biruzə  verir  və  ümumtəlimin 

nəticəsinə ağır zərbə vurur. 

Müşahidələr  göstərir  ki,  respublika  məktəblərinin  ibtidai 

siniflərində  əksəriyyət  hallarda  fiziki  tərbiyə  dərslərini  sinif 

müəllimləri aparır, bir çox hallarda isə bu məktəb yaş dövründə fiziki 



 

51 


tərbiyənin  təliminə  lazımi  diqqət  yetirilmir.  Hətta  bir  çox  təhsil  idarə 

və  müəssisələrində,  məktəblərdə,  ictimaiyyət  arasında  belə  bir  zərərli 

ümumi  rəyin  olduğunu  da  qeyd  etmək  istərdik.  «uşaqlar  böyüyərlər 

onda  da  idman  keçərlər,  indi  onların  nə  yaşları  var  ki,  idman 

keçsinlər».  Buna  görə  də  məktəb  yaş  dövrünə  qədəm  qoyana  qədər 

şagirdlər nəinki oyun və hərəkətləri öyrənə bilirlər, hətta onlarda təbii 

olaraq və həm də təlim dövründə düzgün olmayan hərəki vərdişlər də 

yaranır  və  möhkəmlənir.  Fiziki  hərəkətlərlə  müəyyən  bədən 

qüsurlarının aradan qaldırılması əvəzinə, təlim zamanı yeni-yeni bədən 

qüsurları da yaranır. Buna qamətin düzgün inkişaf etməməsi (bu əsasən 

hündür  boylu  qızlarda  daha  tez-tez  özünü  biruzə  verir),  müvazinətin 

düzgün saxlanılmaması, döş qəfəsinin «batması»-qeyri normal onurğa 

əyriliklərinin  əmələ  gəlməsi,  yastıayaqlılıq  və  sairəni  göstərmək  olar. 

Belə bədən qüsurları əsasən tənəffüs və qamət hərəkətlərinin, müxtəlif 

növ  hərəkətlərin  yerinə  yetirilməməsi  və  səlist  icra  olunmaması 

nəticəsində  meydana  çıxır,  formalaşır.  Buna  görə  də fiziki tərbiyyəyə 

diqqət artırılmalıdır. 

    Fiziki  təlim  dövründə  düzgün  olmayan  hərəki  vərdişlərin 

yaranmasına  şagirdlərin  hərəkətləri  bəzən  də  müstəqil  olaraq  (özləri 

istədiyi kimi nəzərdə tutulur), yerinə yetirməsi də səbəb olur. Çünki, bu 

yaşda  olan  şagirdlər  belə  təsəvvür  edirlər  ki,  artıq  onlar  böyümüşlər, 

orqanizmləri hər cür işin öhdəsindən gələ bilər. Müəllimin göstərişinə 

və  öyrətməsinə  ehtiyac  yoxdur.  Şagirdlər  bir  növ  də  sinif  uşaqları 

qarşısında nümayiş etdirmək istəyirlər ki, baxın o nəyə qadirdir. Artıq 

yetişmiş və «kişi» kimi hərəkət etməlidir. Qız və oğlan yarımqrupları 

da bir-birinə yaxındırsa, onlar bir-birlərinin hərəkəti necə icra etməsini 

müşahidə  edirlərsə,  bu  da  tədris  prosesinə  öz  mənfi  təsirini  göstərir. 

Əvvəla  şagirdlərin  diqqətləri  yayınır,  ikinci  oğlanlar  həmin 

vəziyyətdən  yararlanaraq  özlərini  qızlara  daha  «mədəni»  şəkildə 

«göstərməyə»  çalışır,  qızlar  isə  özlərini  «gizlətməyə»  səy  göstərirlər. 

Bu  belə  olur:  bəzi  qızlar  oğlanlara  görə  hoppanma,  dartınma, 

akrobatika  (mayallaq  aşmalar,  alətlərdə  bədəni  gərginləşdirici  və  s. 

gimnastika  hərəkətlərini)  yaxud  atletika  hərəkətlərini  icra  etməkdən 

imtina  edirlər.  Onlar  belə  düşünürlər  ki,  olmadı  elə,  oldu  belə  –  yəni 

birdən yıxıldı, hərəkəti icra edə bilmədi, yaxud da onu düzgün yerinə 

yetirə  bilmədi,  bəs  onda  necə  olsun?  Bu  biabırçılıqdır.  Buna  görə  də 

belə düşünən qızlar tay-tuşları yanında pərt olmamaq üçün hərəkətləri 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə