B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə15/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   11   12   13   14   15   16   17   18   ...   131

 

44 


vərdişlərin  aşılanmasında  şagirdlərin  aparıcı  rol  oynamasına,                 

təlim  prosesində  bərabər  hüquqlu  olmasına  təminatın  təmin 

edilməsindədir.  Həm  də  təlim  dövründə  müəllim  və  şagirdlərin 

funksiyalarının,  mövqelərinin  tam  demokratikləşdirmə  hesabına 

dəyişdirilməsi deməkdir. Bu əslində şagirdə imkan verir ki, o, müstəqil 

olaraq tədqiqat fəaliyyətində olsun, topladığı faktik tədris materiallarını 

təhlil və müqayisə edə bilsin, sərbəst ümumiləşdirmələr aparsın, digər 

sinif  şagirdləri  ilə  əlbir  fəaliyyət  göstərə  bilsin.  Fənn  müəllimi  ilə 

qarşılıqlı  əməkdaşlıq  şəraitində  və  birgə  işləyə  bilsin,  çıxarılmış 

nəticələrə  bərabərhüquqlu  şəxs  kimi  sahib  olsun.  Burada  şagirdlərin 

tədqiqatçı  kimi  məqsədi,  mahiyyəti  və  vəzifələri  düzgün  və  şüurlu 

surətdə  dərk  etməsi,  fəallaşması,  tapşırıq  və  göstərişləri  heç  kəsin 

müdaxiləsi  olmadan  yaradıcılıqla  yerinə  yetirməsi  başlıca  şərtdir.  Bu 

vaxt onun tutduğu mövqeyi, nə məqsədlə icra etdiyi, nəyi mənimsəməli 

və nə üçün mənimsəməli və hansı yolla həyata keçirməli  olduğundan 

ibarət olmalıdır.  

Yekun  nəticə  isə  ümumtəlim  nəticələrinə  nə  dərəcədə,  hansı 

səviyyədə  uyğun  olub-olmamasına  aydınlıq  gətirməlidir.  Bundan 

əlavə,  tədris  prosesində  əldə  edilmiş  müsbət  çalarlar,  buraxılmış 

nöqsanlar  və  bunların  baş  vermə  səbəbləri,  həmçinin  gələcək  arzu 

olunan təlim fəaliyyətini reallaşdırmaqdan ötrü çıxış yolları, imkanları 

aşkara çıxarılmalıdır. 

   Müəllimin  təlim  prosesində  əsas  işi  isə  təlimin  qavranılması 

məqsədilə  istiqamət  vermək,  yol  göstərmək  bələdçilik  etməkdən 

ibarətdir. Müəllim bələdçi kimi, həm də funksiyası təlim üçün əlverişli 

şərait yaratmaq mövqeyindən çıxış etməlidir.  

     Müəllimin  vəzifəsi  öyrənməyi  öyrətməklə  bərabər  öz 

nüfuzundan süni şəkildə istifadə etməməli, sadə, təvazökar və təmkinli 

olmalıdır.  O,  həm  də  nüfuzlu,  cəmiyyətdə  hörmətli  bir  şəxs  kimi 

öyrənənlər 

üzərində 

«hökmdar»lıq 

etməməlidir. 

Müəllimin 

fəaliyyətinə, eləcə də şagirdlərlə ardıcıl, mütəşəkkil təhsil əməkdaşlığı 

etmək daxildir.  

   O,  borcudur  ki,  şagirdlərlə  məşğələləri  sistemli  və  ardıcıl 

olaraq      təşkil    etməklə    yanaşı,    bədən  tərbiyəsi  fənni  üzrə    təlim 

nəticələrinə  məqsədyönlü  nail  olsun,  tapşırıqların  dəqiq  icrasına 

müvəffəq  olsun.  İlk  növbədə  yüksək  səviyyədə  fəal  təlim  şəraiti 

yaratsın,  şagirdlər  müstəqil  tədqiqat  aparması  məqsədilə  düzgün 

istiqamətləndirilsin.  Bədən  tərbiyəsi  mövzuları  üzrə  problemli 




 

45 


vəziyyəti  yaratsın,  öyrənənlərin  hərəki  bilik,  bacarıq  və  vərdişlərə 

yiyələnməsi, onun daha da möhkəmləndirməsi, təkmilləşdirilməsi üçün 

yolları  göstərsin,  metodik  tövsiyələr  versin.  Bütün  deyilənlərə  nail 

olmaqdan  ötrü  təhsil  və  özünü  təhsilinə  müasir  tələbat  baxımdan 

yanaşmalıdır.  Başlanğıc  olaraq  öz  üzərində  ciddi  və  məsuliyyətlə 

işləməli,  mütaliyə  etməli,  təhsildəki  yeniliklərlə  tanış  olmalı, 

treyninqlərdə,  seminarlarda  müntəzəm  və  fəal  iştirak  etməli,  fikir 

mübadiləsi aparılmalı, qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənməli, 

təhlil  etməli  və  öz  iş  fəaliyyətində  əsas  götürməlidir.  Məsələyə  Milli 

Kurikulum  mövqeyindən  yanaşmış  olsaq  bu  sahədə  qazanılmış  bilik, 

bacarıqlarını digər həmkarlarına da çatdırsın, bu mürəkkəb və olduqca 

çətin bir işdə valideynlərə kömək göstərsin, müvafiq seminarlar təşkil 

etməklə  izahat  işləri  də  aparmağa  bir  vətəndaş  kimi  borcludur. 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  Təhsil  Problemlər 

institutunun  hazırlamış  və  nəşr  etdirdiyi  «Kurikumların  hazırlanması 

və  tətbiqi  məsələləri»  adlı  metodik  tövsiyədə  (Bakı,  «Kövsər» 

nəşriyyatı,  2008-ci  il,  səh.158)  deyildiyi  kimi….  Müəllim  biliklərin 

qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli, 

həm də öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi 

bacarmalıdır.  Bunun  üçün  o,  ilk  növbədə,  fasilitasiya  proseinin 

mahiyyətini aydın başa düşüb dərk etməlidir: 

 



Fasilitasiya  bir  proses  kimi  yönəldici,  köməkçi  sualların 

səmərəli  tətbiqinin  köməyi  ilə  disskusiyaların  təşkili  və  şagirdlərin 

fəallaşdırılması prosesindən ibarətdir.  

 



Fasilitasiyanın  əsas  xüsusiyəti  ondan  ibarətdir  ki,  yeni  bilik 

müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. 

 



 



Fasilitatorun mövqeyi onun əsas funksiyası düşüncəni inkişaf 

etdirmək və onu lazımi məcraya yönəltməkdən ibarətdir.  

 

Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək 



və  yaratmaq  tələbatlarını  tam  ödəmək,  onların  öz  potensialını  həyata 

keçirə bilməsi üçün şərait yaratmaqdır. 

Fəal  (interaktiv)  təlimdə  psixoloji  amillərdən  biri  də  müəllimin 

ümumtəlim  nəticələrinə  yüksək  səviyyədə  nail  olmasında  şagirdlərin 

nüfuzunu, hörmətini qazanmasındadır. Xüsusən dostluq, mehribançılıq 

əsasında qarşılıqlı hörmətin, etibarın yaranmasındadır. Burada mühüm 

yanaşma  təlimdə  demokratikləşməyə  riayət  edilməsi,  fərdi  qarşılıqlı 



 

46 


münasibətlərin  yaranması  üçün  xüsusi  şəraitin  olması  çox  vacibdir. 

Bütün  bunlarla  bərabər,  müəllimin  təlim  dövründə  və  təlimdənkənar 

vaxtlarda  şagirdlərə  humanist-mövqeyindən  yanaşması  hörmətcil, 

mərhəmətli  olması,  qayğı,  diqqət  və  maraq  göstərməsi  də  lazımdır. 

Təlim  prosesində  həlledici  və  aparıcı  psixoloji  momentlərdən  biri  də 

ümumsinif  mühitinin,  şagirdlərin  əhval  ruhiyyəsinin,  təhsil  və  şəxsi 

maraqlarının  nəzərə  alınması  da  xüsusi  əhəmiyyətə  malikdir.  Lakin 

yaddan  çıxarmamalı  ki,  bunlar  hər  bir  sinifə  aid  qoyulmuş  təlim,  etik 

və estetik normalardan kənara çıxmamalı, ilk növbədə ümumdövlət və 

cəmiyyət  mənafeyi  əsas  götürülməli,  vətənpərvərlik  və  ölkənin 

müdafiəsi mövqeyindən yanaşılmalıdır. 

Müəllimin  motivasiya,  problemin  qoyuluşu,  sərbəst  yaradıcılıq 

tədqiqat  işinin  aparılması,  onun  gedişi  zamanı  toplanmış  faktların 

informasiya 

mübadiləsi  onların  təhlili,  saf-çürük  edilməsi, 

ümumiləşdirilməsi  və  ya  təsnifatı  (qruplaşdırılması)  tətbiq  etmə, 

nəticənin  qiymətləndirilməsi  və  sairə  fasilitasiya  prosesində  və 

fasilitator  kimi  mövqeyini  nümayiş  etdirərkən fəal (interaktiv)  təlimin 

göstərilən  psixoloji  mexanizmlərinin  düzgün  tətbiqinə  nail  olmaq 

vasitəsilə tədrisin səmərəliliyinə müvəffəq ola bilər.   



 

 

 

II FƏSİL 

 

Şagirdlərin bəzi fizioloji və psixoloji xüsusiyyətləri onların 

fiziki tərbiyə prosesində reallaşdırılması 

 

2.1. Ümumi və tam orta təhsil pilləsində şagirdlərin fizioloji 

imkanları və onların fiziki tərbiyənin təlimində tətbiqi 

 

Ümumtəhsil yaş dövründə şagirdlərin fiziki və fizioloji cəhətdən 

orqanizmlərində  müvafiq  dəyişikliklər  baş  verir.  Bu  inkişaf 

məktəblilərin  üzv  və  sistemlərinin  quruluşu,  həcmi,  funksional 

imkanları ilə sıx  əlaqədardır. Fiziki tərbiyə prosesində yaş dövründən 

asılı  olaraq  fərdi  fiziki  xüsusiyyətlərin  nəzərə  alınması  hərəkət  və 

idman 

fəndlərinin, 



oyun 

taktikasının 

lazımi 

səviyyədə 



mənimsənilməsinə səbəb olur. Bu o deməkdir ki, hər bir yaş dövründə 

şagirdlərin  ümumi  hazırlığına  uyğun  fiziki  hərəkətlər  tətbiq  olunmalı 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə