B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə12/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   8   9   10   11   12   13   14   15   ...   131

 

36 


təşkili  şagirdlərin  sayına  əsaslanır.  Belə  formalardan  istifadə  edərkən 

təlim prosesi müəllimin təsiri altında keçir. Təlimin kollektiv formada 

təşkilində isə qrup və ümumsinif forma demək olar ki, şagirdlərin təsiri 

altında  olur.  Tədris  prosesinin  kollektiv  formada  təşkili  şagirdlərin 

kollektivçilik  qabiliyyətinin  formalaşmasına  kömək  edir.  Məşğələnin 

kollektiv  formada,  qruplar,  ümumsinif  formada  təşkilində  fəaliyyətin 

məqsədi,  onun  inkişaf  yolları  seçilir.  İşdə  qarşılıqlı  kömək  göstərilir, 

onun  nəticəsi  kollektiv  tərəfindən  təhlil  olunur,  müvafiq  nəticə 

çıxarılır, təkliflər irəli sürülür və həyata keçirilir. 

      Təlimin  stimullaşdırılmasın,  həm  də  sanitariya-gigiyena  və 



tədris-idman  bazasının  müvafiq  prinsiplərinə  istinad  etməklə  həyata 

keçirilir.  Mənəvi-psixoloji,  estetik  şəraitin  yaradılması  da  bu  işdə 

xüsusi  rol  oynayır.  Bunlar  gənclər  və  idman  səhiyyə  nazirliyinin, 

qurumların  qərar  və  təlimatlarına  əsaslanır.  Müəllim  və  şagirdlərin 



tədris vaxtına qənaət etməsi və təlimin optimal tempinin seçilməsi 

də  stimullaşdırıcı  mahiyyət  daşıyır.  Vaxta  qənaət  edilməsi  geniş 

mənada  təlimdə  stimul  yaradan  bütün  üsullardan  tədris  prosesində  

səmərəli  istifadə  olunmasını  əhatə  edir.  Bura  tədrisin  məqsəd  və 

vəzifələrinin 

dəqiq 


müəyyənləşdirilməsi, 

əsas 


vəzifələrin 

konkretləşdirilməsi, təlim metodları və vasitələri seçilərkən diferensial 

və kompleks yanaşma, təlimin təşkili və s. daxildir.  

Fiziki tərbiyə üzrə təlimin nəticəsinin təhlili, şagird və müəllimin 

fəaliyyətinin səmərəli keçməsini təmin edən meyarların seçilməsi və 

tətbiqinə  sərf  olunan  vaxtın  dəqiqliyi  tədrisdə  stimul  yaradan 

üsullardandır.  Həmin  təhlilə  təlim  prosesində  yekun  nəticənin  aşkara 

çıxarılması  (ümumi  təhsil  nəticələrinə  nail  olma,  tərbiyə  olunma  və 

inkişaf),  müəllim  və  şagirdlərin  fəaliyyətinin  tənzimlənməsi,  təlimata 

uyğun  tədrisə  vaxt  sərf  etmənin,  fəaliyyətləri  tənzimləyən  və  fəallığı 

yüksəldən real imkanların nəzərdən keçirilməsi və açıqlanması tədrisin 

optimal  təşkili  üsullarındandır.    Təhsil  prosesinin  iki  tərəfli  xarakterə 

malik  olması  yəni  təhsilalma  (öyrənmə),  fəaliyyətləri  tənzimləyən  və 

fəallığı  yüksəldən,  təlim  prosesini  surətləndirən  onun  keyfiyyətini 

artıran  üsullarla  əlaqəsinə  səbəb  olur.  Lakin  yaddan  çıxartmamalı  ki, 

şagirdlərin özünü təşkiletmə fəaliyyəti olmadan həmin üsulların faydalı 

olacağını düşünmək o qədər də inandırıcı görünmür.  

Təlimin  göstərilən  üsulla  təşkili  pedaqoji  ədəbiyyatın  diqqət 

mərkəzində  olmuş  və  tədrisin  müəllimin  nəzarəti  və  təsiri  altında 

keçməklə  məktəblilərə  bunları  bilmək  tövsiyə  edilmişdir:  qarşıya 



 

37 


qoyulmuş  başlıca  vəzifələri  və  fəaliyyətlərində  onları  əsas  rəhbər 

tutmağı; daima öz diqqətini mövzunun başlıca məsələsinə yönəltməyi; 

tədris  üzrə  qarşıda  duran  mühüm  vəzifələri  həll  etmək  üçün  özünə 

nəzarəti  operativ  surətdə  tətbiq  etməklə  ən səmərəli  və  düzgün  yollar 

axtarmağı;  öz  fəaliyyətini  həmişə  tənzimləməyə  səy  göstərməyi;  real 

tədris imkanları qənaətə yönəltməyi; vaxtı səmərəli sərf etmək və tədris 

işlərinin  tempini  surətləndirməklə  eyni  vaxtda  tədrisin  keyfiyyətini 

yüksəltməyi; öz işinə və ona təhlil verməyi başa çatdırmağı; müəyyən 

olunmuşdur  ki,  müəllimin      özünü    təşkil    tədris    fəaliyyətini    təlim  

vəzifələrinin  icrasına  yönəlməsidə  öyrənmənin  meyarının  tələblərinə 

uyğun 

gəlir. 


Öyrənmənin 

tənzimlənməsi 

və 

fəaliyyətin 



yüksəldilməsinin təsiri nəticəsində təlimin bütövlülüyünü təmin etmək 

imkanı da yaranır. 

Fiziki  tərbiyənin  tədrisi  prosesində  tətbiq  olunan  müxtəlif 

prinsiplərdən  sinifdənxaric  və  məktəbdənkənar  aparılan  bədən 

tərbiyəsi-sağlamlıq tədbirlərində də istifadə olduqca zəruridir. Bu şərtlə 

ki,  təhsil  və  tərbiyəedici  vəzifələrin  yerinə  yetirilməsi  üçün  aparılan 

planlaşdırma işləri də konkret və kompleks şəklində olsun. Burada bir 

cəhətə  xüsusi  diqqəti  yetirmək  yerinə  düşərdi.  Bu  tədbirin 

keçirilməsində  bədən  tərbiyəsi  müəllimləri  ilə  yanaşı  ictimai 

təşkilatların  nümayəndələrinin  yaxından  iştirakından  ibarətdir. 

Əlverişli  prinsiplərdən  istifadə  edərkən  aşağıda  göstərilən  pedaqoji-

psixoloji  amillərində  nəzərə  alınması  həmin  tədbirlərin  fəallıqla, 

maraqla həyata keçirilməsinə imkan verir:  

1.Şagirdlərin  arzu  və  təkliflərinin,    maraqlarının  öyrənilib  təhlil 

olunması, araşdırılması. 

2.Diqqətin  əsas  məqsədə  yönəldilməsi,  əsas  mövzu  üzərində 

toplanması.  Burada  2  cəhətə  diqqətin  yönəldilməsi  təlim  prosesinin 

müvəffəqiyyətlə  başa  çatdırılmasında  həlledici  mahiyyətə  malikdir. 

Birinci  mövzunun,  məqsədin,  mühüm  vəzifələrin  konkretləşdirilməsi, 

dəqiqləşdirilməsi,  ikincisi  diqqəti  toplamaqdan  ötrü  müxtəlif  növ 

maraqlı  və  şagirdlərin  diqqətini  cəlbedici  fiziki  hərəkətlərin, 

mütəhərrik  və  əyləncəli  oyunların  seçilməsi  təlim  prosesinə  daxil 

edilməsi. 

3.Tədris  prosesinin  keçirilməsi  üçün  daha  səmərəli  metodların 

seçilməsi yeri gəldikcə tətbiq edilməsi. 

4.  Şagirdin  hər  hansı  bir  tədbirə  hazırlığı  məqsədi  ilə  onlar 

arasında vəzifələrin ağıllı və düzgün bölüşdürülməsi. 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə