B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə10/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   6   7   8   9   10   11   12   13   ...   131

 

30 


zehni və fiziki hərəkət normalarına düzgün əməl olunması da olduqca 

mühüm əhəmiyyətə malikdir.  

Fiziki  tərbiyənin  təlim  işlərinin  istənilən  səviyyədə  təşkilində 

ikinci meyar şagird və müəllimlər üçün tədris və ev tapşırıqlarına sərf 

etmək  üçün  qoyulmuş  vaxta,    vaxt  bölgüsünə  düzgün  riayət 

edilməsidir. Həmin tələbələrin nəzərə alınması şagird və müəllimlərin 

normadan artıq yüklənməsinin qarşısını alır. Fiziki tərbiyənin təlimində 

bir  neçə  meyardan  eyni  vaxtda  istifadə  etmək  mümkündür.  Bir  cəhəti 

də  unutmaq  olmaz  ki,  tədris  prosesinin  həddindən  artıq 

intensivləndirilməsi  növbəti  hərəki  bölmə  mövzularının  mətinlərinin 

şagirdlər  tərəfindən  mənimsənilməsini  çətinləşdirir.  Buna  görə  də 

şagirdlərin  qüvvələrini  düzgün  sərf  etməklə  tədris  prosesini  səmərəli 

təşkil  etmək  lazımdır.  Bu  məqsədlə  pedaqoji  vasitələrin  də  tətbiqinə 

ehtiyac vardır. Fiziki tərbiyədə o variant müvafiq hesab olunur ki, eyni 

şəraitdə  eyni  vaxt  sərf  etməklə  tətbiq  olunan  təlim-tərbiyə  vasitə  və 

priyomları  daha  yaxşı  nəticə  vermiş  olsun.  Burada  qüvvənin  qənaətlə 

sərf edilməsi də mühüm şərtdir. Təhsil və tərbiyənin hazırki tələbatında 

fiziki  tərbiyənin  tədrisinin  səmərəliliyi  onun  nəticəsi  və  sərf  olunan 

vaxtla  sıx  surətdə  bağlıdır.  Çünki,  səmərəlilik  bədən  tərbiyyəsi 

müəllimindən  qısa  vaxt  ərzində  az  əmək  sərf  etməklə  təlim-tərbiyə 

işlərində daha böyük müvəffəqiyyətlər qazanmasını tələb edir.  Təlim-

tərbiyə  də  nailiyyətlərin  əldə  edilməsində 

bədən  tərbiyəsi  müəlliminin  işinin  səmərəli  qurulması  təşkil  edir  ki, 

bunlarda  tədrisdə  buraxılmış  nöqsanların  aradan  qaldırılması, 

çatışmazlıqlara  yol  verilməməsi  və  müəllimin  boş-boşuna  vaxt 

itirməməsinə  səbəb  olur.  Bu  təlim  prosesinin  daha  effektli  olması  ilə 

nəticələnir. 

Qeyd  etməliyik  ki,  fiziki  tərbiyənin  təlimi  bir  neçə  mərhələdən 

keçdikdən  sonra  yeni  daha  təkmil  mərhələ  də  başlayır.  Bu  zaman 

şagirdlərin  artma  inkişafının  səviyyəsi  təxmini  planlaşdırılır.  Bundan 

sonra  tədris-tərbiyə  sistemi  üzrə  müvafiq  tədbirlər  müəyyən  olunur. 

Şagirdlərin  xarakterindəki  dəyişikliklər  də  qiymətləndirilir.  Nəticə 

etibarı ilə sərf olunan vaxt və tədrisin düzgün təşkil olunma imkanları 

nəzərə  alınaraq  təlim  tərbiyə  sahəsində  əldə  edilmiş  nailiyyətlərin 

nəticəsi  digəri  ilə  müqayisə  olunur.  Hər  yaş  dövrü  üçün  müəyyən 

olunmuş  normalar  və  tətbiq  edilmiş  tədbirlər  sistemi  də  nəzərdən 

keçirilir.  Fiziki  tərbiyə  təliminin  təşkilində  əvvəlcə  bir  meyar  tətbiq 

edilirsə  bu  müvəffəqiyyətlə  nəticələnirsə  onda  2-ci  stimul  yaradan 



 

31 


variantdan  da  istifadə  olunur.  Bu  da  təlimin  daha  səmərəli  təşkilinə 

təkan verir. Şagirdlərin fiziki və zehni cəhətdən qüvvələrinin diqqətdə 

olmasının  və  bunun  gün  rejimində  (şagirdlərin  qidalanma,  zehni, 

hərəkətetmə)  düzgün  bölgüsünün  gün  ərzində  normal  fəaliyyət 

göstərməyə köməyi vardır.  

Ümumtəhsil  nəticələrinə  müsbət  təsir  göstərən  meyarlardan  3-



cüsü  məktəbdə  müxtəlif  növ  tədbirlərin  təşkili  və  keçirilməsinə  sərf 

olunan vaxta sərf olunan enerji ilə əlaqədardır. Yəni çalışmaq lazımdır 

ki,  gün  ərzində  keçirilən  tədbirlər  arasında  vaxta  və  qüvvə  bölgüsünə 

əməl  olunsun.  Fiziki  tərbiyə  üzrə  tədbirlərə  çox,  digərlərinə  isə  az 

qüvvə sərf edilməsin. Burda bədən tərbiyəsi üzrə keçirilən tədbirlərin 

məzmunu,  sərf  olunan  vaxt,  idman  və  hərəkət  növü,  onların  güc  və 

enerjiyə  olan  tələbatı  nəzərə  alınmalı,  öyrədən  və  öyrənənlərin 

fəaliyyəti tənzimlənməli və stimullaşdırılmalıdır.  

 

 

1.3.Fiziki tərbiyə təliminin stimullaşdırılmasının  



metod və vasitələri 

 

 



Müəllim fiziki tərbiyənin təlimində nailiyyətləri qazanmaq üçün 

hər  bir  dərsə  hazırlaşarkən  pedaqoji  qanunauyğunluqlara  və  təlim 

prinsiplərinə  əsaslanmalıdır.  Mövzuların  tədrisinə  yaradıcı  yanaşmalı, 

uyğun  variantlar  seçib  tətbiqinə  nail  olmalıdır.  Təlimin  təşkilində 

trafaretliyə, yeksənəkliyə yol verilməməli, mövzuya uyğun yeni forma, 

vasitə  və  metodlardan  istifadə  etməlidir.  Fiziki  tərbiyə  prosesində 

uyğun variantların seçilməsini münasib vəzifə, məzmun, metod, vasitə 

və  formaların  seçilməsi  kimi  qəbul  etməli  və  bu  təhsildə  stimul 

yaradılmasının  mənbəyi  və  nailiyyətlərin  qazanılmasının  əsası  kimi 

qiymətləndirilməlidir.  Qabaqcıl  məktəb  təcrübəsinə  istinad  edərək 

mövzuya müvafiq təlim variantlarının işlənməsinə nail olmalı, bunların 

yeri  gəldikcə  bir-biri  ilə  əlaqəliliyini  təmin  etməli  və  həyata 

keçirilməsinə lazımi səy göstərməlidir. 

Təlim üçün məqsədəuyğun şəraitin yaradılması da fiziki hərəkət 

komplekslərinin,  müxtəlif  növ  hərəkətlərin,  texniki  fəndlərin  templə, 

ritmlə  yerinə  yetirilməsini  təmin  edən  mühüm  pedaqoji  psixomotor 

amillərdəndir.  



 

32 


Təcrübədən aydın olur ki, tədris prosesinə uyğun üsullardan ayrı-

ayrılıqda  tətbiq  edilməsi  o  qədər  də  səmərəli  olmur.  Həmin  pedaqoji 

üsul və vasitələrin sistemli olaraq, eyni zamanda onların əlaqəli tətbiqi 

təlimi  üçün  daha  effektli  sayılır.  Bu,  həm  də  təlimdə  öyrədən  və 

öyrənənin  fəaliyyətinin  vahidliyinin  təmin  olunması  üçün  də  mühüm 

pedaqoji-psixoloji  amillərdən  hesab  olunur.  Bütün  bunları  nəzərə  alıb 

fiziki  təhsil  və  tərbiyədə  mənimsəmənin  ardıcıl  aparılma  üsul  və 

vasitələrinin izahının şərhini verək. 

Fiziki tərbiyənin təlimində kompleks planlaşdırma fiziki təhsilin, 

hərəki  bacarıq  və  vərdişlərin  konkretləşdirilməsi  şagirdlərin 

tərbiyələndirilməsi  və  inkişafı  məsələsinə  xidmət  edir.  Bu  isə  fiziki 

tərbiyənin  tədrisinin  ilk  stimullaşdırıcı  vasitəsidir.  Kompleks  vəzifə-

məqsəd  və  vəzifələrin  hər  birinin  ayrılıqda  deyil  bütövlükdə  həyata 

keçirilməsi  tədris  fəaliyyətinin  sürət  və  keyfiyyətlə  başa  çatmasına 

zəmin  yaradır.  Məsələn,  əgər  müəllim  yalnız  dərsin  təhsil  vəzifəsini 

yerinə  yetirirsə,  onda  onun  tərbiyəvi  və  inkişafetdirici  vəzifələri  icra 

olunmur.  Təlimdə  qarşıda  qoyulmuş  vəzifələrə  bir  tərəfli  yanaşma, 

tədrisin  səmərəliliyinin  aşağı  düşməsinə  səbəb  olur.  Unutmamalı  ki, 

dərsin kompleks vəzifələrinin növbə ilə və yaxud ayrı-ayrılıqda deyil, 

eyni  vaxtda  icra  olunması  çox  vacibdir.  Çünki,  bu  vaxt  fiziki 

hərəkətlərin  yerinə  yetirilməsinə  əlavə  vaxtın  sərf  edilməsinə  ehtiyac 

qalmır, vaxta qənaət olunur.  

Kompleks  vəzifələrin  yerinə  yetirilməsində  hadisə  və  faktlar 

qarşılıqlı  kömək  əsasında  öyrədilir  ki,  bu  da  mühüm  pedaqoji 

hadisələrdən  sayılmaqla  tədrisin  lazımi  səviyyədə  təşkilinə  daima  öz 

müsbət  təsirini  göstərə  bilir.  Misal  üçün,  bədən  tərbiyəsi  dərsinin 

qarşısında  fiziki  hərəkətləri,  idman  oyunları  və  ya  güləş  fəndlərinin 

öyrədilməsi  və  həmin  idman  növlərinin  hərəki  qabiliyyətlərin 

inkişafına, tərbiyəyə təsiri vəzifələri qoyulur.  

Həmin  vəzifələri  icra  etmək  məqsədilə  müəllimin  fəaliyyəti  elə 

təşkil olunmalıdır ki, şagirdlər bu vəzifələri yerinə yetirə bilsin. Bunun 

üçün  də  müəllim  müqayisə  vasitəsilə  tədris  materiallarının 

mənimsənilməsini  təmin  edir.  Şagirdlərdə  müqayisə  etmək  bacarığı 

aşılayır.  Yəni  müqayisə  etməkdən  ötrü  şagirdlər  düşünüb  təhlil  edir, 

müəyyən  qənaətə  gəlir.  Bunları  isə  dərsin  əsas  təhsil  vəzifələri  və 

tərbiyələndirici  ideyası  əsasında  təmin  olunur.  Qeyd  etməliyik  ik, 

dərsin təhsil-tərbiyəvi və inkişaf-vəzifələrini əvvəlki və gələcək bədən 

tərbiyəsi  dərslərinin  digər  tədris  tərbiyəvi,  təhsil  vəzifələrlə  əlaqəli 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə