201
proqram materialları tutmalıdır. Həftədə iki dəfə olmaqla 40-60 dəqiqə
müddətində keçirilməlidir. Burada umumrəhbərlik bədən tərbiyəsi
müəllimlərinə həvalə olunmuş olsa da, idmançı fəallar, yuxarı sinif
şagirdləri, ictimaiyyətçilər yaxından kömək göstərməlidirlər.
İdman bölmələri bir tərəfdən şagirdlərin idman göstəricisini
artırırsa, digər tərəfdən də onların hərtərəfli və harmonik inkişafına
müsbət təsir göstərir. İdmanın ayrı-ayrı növləri üzrə (voleybol,
basketbol, əl topu, atletika, VMH kompleksi, stolüstü tennis,
badminton, şahmat, şaşki və s.) təşkil olunan idman bölmələri əvvəla
könüllülük prinsipinə əsaslanır, ikincisi məktəbin bazasına uyğun
olaraq həyata keçirilir. Lakin bölmə məşğələlərinin işində fəallar,
yuxarı sinif şagirdləri bilavasitə iştirak edirlər.
Ümumiyyətlə, məşğələlərin daha da səmərəliliyi üçün şagirdlərin
yaş qrupu üzrə bölüşdürülməsi məsləhət görülür:
1.Kiçik yaş qrupu (11-12, 13-14);
2.Orta yaş qrupu (15-16 yaş);
3. yuxarı yaş qrupu (17-18 yaş).
Atletika növlərinin öyrədilməsinin bəzi pedaqoji metodiki
məsələləri
Atletika məktəb bədən tərbiyəsi proqramlarında özünəməxsus
yer tutmaqla ümumtəhsil məktəblərinin bütün siniflərində tədris
olunur. Yeriş, qaçış, tullanmalar və atmalar təbii hərəkət vərdişləri
aşıladığına insan üçün çox xarakterik olduğuna və emosionallığına və
sairəyə görə fiziki tərbiyə vasitələri içərisində əhəmiyyətli yerlərdən
birini tutur. Atletika məşğələlərinin düzgün təşkili məktəbyaşlı
uşaqların sağlamlığını möhkəmləndirir, orqanizmin fiziki cəhətdən
harmonik inkişafına kömək edir. Bundan əlavə, hərəki keyfiyyətləri
qüvvə, surət, cəldlik, güc və s. inkişaf etdirir, iradəni və dözümlülüyü
artırır, intizam, fəallıq tərbiyə edir. Xüsusilə uşaq və yeniyetmələrdə
təşkilatçılıq qabiliyyətini formalaşdırır. Səhiyyə-mədəni və digər
gigiyenik vərdişlər aşılayır. Atletika hərəkətlərinin tətbiqi eyni
zamanda anatomik fiziologi baxımdan da əhəmiyyətlidir. O, ürək-
damar və əsəb sistemini möhkəmləndirir, tənəffüs orqanlarının
funksiyasını yaxşılaşdırır, maddələr mübadiləsini gücləndirir, bədən
qamətinin formalaşmasına yardım göstərir.
202
Atletika-idman məşgələlərinin səmərəli təşkili və keçirilməsinə
bir də ona görə ciddi səy göstərmək vacibdir ki, o həm də uşaq və
yeniyetmələri, gəncləri əməyə və müdafiəyə bədən tərbiyəsi
kompleksinin norma və tələblərini yerinə yetirməyə hazırlayır. Çünki,
bədən tərbiyəsi kompleksinin əsas hərəkət növləri atletika hərəkət
elementlərindən ibarət olub, bu hərəkət növləri üzrə texnikaya
yiyələnmə əməliyyatı da məhz atletika dərslərində aparılır. Yuxarıda
qeyd etdiyimiz kimi, atletika-dərs məşğələlərində əsas təbii hərəkətlər
üzrə şagirdlərə bilik oyrədilir, bacarıq və vərdişlər aşılanır. Bu
səbəbdən də, atletikanın müəyyən bir növü (yeriş, hoppanma qaçış,
tullanmalar və s.) yalnız hər hansı bir sinifdə öyrədilməklə
məhdudlaşdırılmır, o, eyni zamanda bu və ya digər siniflərdə müxtəlif
aspeklərdə tədris olunur, təkrarlanır. Məktəb təcrübəsindən aydın
olunur ki, bəzən işin quruluşunun mahiyyətinə lazımi fikir verilmir.
Atletikanın hər hansı bir növünün öyrədilməsinə müxtəlif siniflərdə
eyni münasibətlə yanaşılır. Məzmun, həcm nəzərə alınmır. Buna görə
də şagirdlərin dərsə marağı və həvəsi azalır, hərəkətləri şüurlu və
yüksək fəallıq şəraitində icra etmirlər. Nəticədə dərsə davamiyyət
azalır, şagirdlərin fiziki hazırlıq göstəriciləri gündəlik tələbatdan aşağı
olur. Onlar tələbləri və normativləri verə bilmirlər. Bunun üçün nə
etmək lazımdır? Hər şeydən əvvəl, ayrı-ayrı siniflər üzrə qarşıya
qoyulmuş məqsəd və vəzifələri dərindən öyrənməli və bunlara uyğun
hər bir qruplarda məqsədə müvafiq və zəruri atletika növləri tətbiq və
tədris etməlidir. Burada da hərəkət texnikasına yiyələnmək həlledici rol
oynayır. Atletika əgər hərəkət texnikasına düzgün yiyələnmədikdə isə
hər bir uşagın hərəki və fiziki imkanlarını da aşkara çıxarmaq mümkün
deyildir.
Heç də sirr deyildir ki, məktəblərimizdə kütləvilik tələb
olunduğu bir vaxtda, bəzi rayon və şəhər məktəblərində, idman
nəticələrinə güclü meyl göstərilir. Bu o deməkdir ki, bəzi bədən
tərbiyəsi müəllimləri dərs prosesində guya idman yarışlarına
hazırlaşdıqları üçün idmançı uşaqlar nəyin bahasına olursa-olsun
müstəqil məşğul olmağa icazə verir. Onlar istədikləri kimi oynayır və
sərbəst hərəkət edirlər. Haqlı olaraq qeyd edə bilərik ki, burada istər-
istəməz müəllimin nəzarəti zəifləyir. Bu bir çox cəhətdən zərərlidir:
əvvəla, şagirdlər həmin dərsin qarşısında duran məqsəd və vəzifələri
icra etməkdən kənarda qalır, ikincisi, bədən tərbiyəsində kütləvilik
lazımi səviyyədə yerinə yetirilmir, üçüncüsü, uşaq və yeniyetmələr
203
müxtəlif növ hərəkət texnikasını mənimsəyə bilmir və onların fiziki
imkanları nəzərə alınmır, qabiliyyətləri inkişaf etmir, formalaşmır.
Atletika məşğələlərində «texnikaya yiyələnmə» və sair hallarına
da rast gəlmək olur. Burada müəllimin başlıca istiqaməti nəyin
bahasına olursa olsun yalnız şagirdlərin hərəkət texnikasına
yiyələnməsini təmin etməkdən ibarətdir. Düzdür, hərəkət növləri üzrə
texnikaya yiyələnmək tədris prosesinin ən vacib amillərindəndir. Lakin
hərəkət texnikasını öyrətməklə bərabər, şagirdlərin fiziki hazırlığının
artırılmasına da diqqət yetirmək zəruridir.
Tədris prosesində paralelsizlik şagirdlərin idman nəticəsinə nail
olmaq funksiyasının məhdudlaşdırılması ilə yanaşı, həm də hərtərəfli
hazırlığa sədd çəkilməsi deməkdir.
Təəssüflər olsun ki, bəzi kütləvi məktəblərdə atletika
məşğələlərində rekordçuluğa yüksək idman nailiyyətləri qazanmaq
bəzən əsas məqsəd kimi qarşıya qoyulur. Əslində isə təlim tərbiyə işi
şagirdlərin sağlamlığına, fiziki inkişafına, fiziki hazırlığının
yüksəldilməsinə
və
cəmiyyət
üçün
tərbiyələndirilməsinə
istiqamətləndirilməlidir.
Qeyd
etməliyik ki atletika üzrə hərəkət texnikasının
öyrədilməsində məktəb pillələri nəzərə alınmalıdır. Yəni ibtidai sinif
şagirdləri ilə aparılan hərəkət texnikasına yiyələnmə işi böyük yaşlı
məktəblilərinkindən xeyli fərqlənməlidir. Bunu əsasən, yeriş, qaçış,
atmalar və s. hərəkət elementlərinə aid etmək olar. Həmin öyrənmə
prosesində kəskin fərq başlıca olaraq hərəkatın sürət və amplitudası ilə
əlaqədar olması mühüm şərtdir.
Müşahidələrdən aydın olur ki, bəzi müəllimlər ibtidai siniflərdə
hər hansı bir atletika üzrə hərəkət elementlərini öyrədərkən, hərəkəti
öyrənmə texnikasını sadələşdirməyə çalışırlar. Bu, o deməkdir ki,
hərəkətlərin öyrədilməsi texnikası kiçik məktəbyaşlı uşaqlar üçün
sadələşdirilmiş şəkildə, yuxarı siniflərdə isə həmin texnika şagirdlərə
bütövlükdə (tamlıqla) öyrədilməlidir. Fikrimizcə, hərəkət texnikasının
sadələşdirilmiş formada öyrədilməsi pedaqoji baxımdan düzgün
deyildir. Bu hərəkət texnikasının təhrif olunaraq öyrədilməsi deməkdir.
Çünki, yuxarıda qeyd etdiyimiz kimi, atletika hərəkət elementləri təbii
hərəkətlərdir, o, gündəlik həyat üçün vacib hərəkətlərdir (yeriş, qaçış,
maneələrin dəf edilməsi, tullanmalar, atmalar və s.). Buna görə də
həmin hərəkətlərin düzgün yerinə yetirilməsinə yiyələnmək nəinki
məktəb yaşlarından, hətta məktəbəqədər yaş dövründən başlamaq
Dostları ilə paylaş: |