B i b l i o q r a f i y a
1
Azərbaycan ədibləri
Mustafa Çəmənli
(Mustafayev Mustafa Şura oğlu)
Biblioqrafiya
Bakı – 2017
M u s t a f a Ç ə m ə n l i
2
KBT Я19:Ш+Ш5(2=Аз)7-44я1
UOT 016:821.512.162
Tərtibçi:
Mehriban Cəfərova
Elmi redaktor:
Kərim Tahirov,
professor,
Əməkdar mədəniyyət iĢçisi
Redaktor:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət iĢçisi
Mustafa Çəmənli (Mustafayev Mustafa Şura oğlu): biblioq-
rafiya /tərt. ed. M.Cəfərova; elmi red. K.Tahirov; red. G.Səfərəli-
yeva. – Bakı, 2017. – 200 s.
Azərbaycan Milli Kitabxanasının hazırladığı “Mustafa Çəmənli” adlı
biblioqrafik göstəricidə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi,
nasir, publisist Mustafa Çəmənlinin 1972-ci ildən 2017-ci ilədək nəşr edilmiş
əsərləri, həyat və yaradıcılığı haqqında olan materiallar toplanmışdır. Vəsaitdə
yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun
haqqında fikirləri də öz əksini tapmışdır.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-453-67-6
© Azərbaycan Milli Kitabxanası, 2017
B i b l i o q r a f i y a
3
Tərtibçidən
M
ustafa Çəmənli çağdaş Azərbaycan ədəbiyyatının tanın-
mış nümayəndələrindən biridir. XX əsrin 70-ci illərində ədəbiy-
yata gələn Mustafa Çəmənlinin hekayələri, povest və romanları,
eləcə də bədii publisistik əsərləri Azərbaycan ədəbiyyatının
dəyərli nümunələri sırasında öz layiqli yerini tutmuşdur.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycan ədibləri” seri-
yasından hazırladığı “Mustafa Çəmənli” adlı göstərici onun haq-
qında tərtib olunmuş ilk biblioqrafik vəsaitdir. Vəsaitdə yazıçı-
publisistin yaradıcılığını əks etdirən 1972-2017-ci illərdə dərc
edilmiş materiallar toplanmışdır.
Göstərici 3 hissədən ibarətdir: I hissə − Əsərləri; II hissə −
Yaradıcılığı haqqında; III hissə − Köməkçi göstəricilər. Mustafa
Çəmənli yaradıcılığına xas olan janr və forma müxtəlifliyi nəzərə
alınaraq ayrı-ayrı hissələr daxilində bölmələr yaradılmışdır. Böl-
mələr və yarımbölmələr daxilində isə materiallar xronoloji prin-
siplə və əlifba sırasına uyğun olaraq qruplaşdırılmışdır.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-bib-
lioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə
və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və
rəylərini M.F.Axundov adına Milli Kitabxanaya göndərmələrini
xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57;
E-mail: contact@anl.az;
URL: www.anl.
M u s t a f a Ç ə m ə n l i
4
Öz nəğməsini oxuyan yazıçı
Mustafa Çəmənlinin əsərlərindən birində oxuduğum bir fikir
vaxtaşırı yadıma düşür: “Hər kəs içində öz nəğməsini oxuyur”.
Bunu görkəmli nasir, publisist, muğam ifaçılığımızın yorul-
maz tədqiqatçısı, onlarla bədii və publisistik əsərin müəllifi gəlişi
gözəl söz kimi deməyib, bu, onun dərin inamıdır, çünki o, özü də
öz səsi, öz nəğməsi olan insandır. Yazıçı qələmi ilə o, gah zilə
qalxır, gah bəmə enir, amma heç vaxt xaric oxumur. Çünki əlli ili
əhatə edən yaradıcılığı dövründə Mustafa Çəmənli ona həmişə
düzgün yol göstərən qəlbinin səsi ilə işləyib, tanıdığı-bildiyi möv-
zulara vicdanla yanaşıb, nə yazıbsa, ürəklə, canyanğısı ilə yazıb.
Nədir M.Çəmənli yaradıcılığını ədəbiyyatımızda seçdirən
əsas xüsusiyyətlər? İlk növbədə, yazıçının çox çətin mövzulara
müraciət etməsi və həmin mövzuların işlənməsində dərin qatlara
enməsi, mövzunun təqdimatında yüngül belletristik effektlərdən
qaçması, oxunmaq xatirinə zamanımızda dəbdə olan sensasiya
xarakterli şouvarı səhnələrdən yan keçməsi, həyat və təbiət lövhə-
lərini gerçəkliyin özünə uyğun realist təsvirdə verməsi, yaratdığı
qəhrəmanları qısqanc bir məhəbbətlə sevməsi və sevdirə bilmə-
si... Nəticə isə gözləniləndir, az vaxt ərzində, bakılılar demiş,
“muşqulat” ədəbiyyatına alışmış oxucuların çox olmasına rəğ-
mən, M.Çəmənlinin əsərləri geniş oxucu auditoriyası qazana bilir.
Ömrünü yazıya həsr etmiş hər bir ciddi yazıçının yaradıcılığı
müəyyən mərhələlərdən keçir, bu mərhələlərin hər biri yazıçının
yaratdığı əsərlərin mövzu sanbalı, bədii keyfiyyəti, ədəbiyyatımı-
za gətirdiyi ab-hava ilə şərtlənir. M.Çəmənlinin yaradıcılığında
da belə mərhələlər mövcuddur. Bunlardan biri onun məşhur
“Xallı gürzə” romanıdır.
Mustafa Çəmənli həmişə çiynini ağır mövzular altına verən,
bir kitabı yazıb başa çatdırmaq üçün onlarla kitaba, tarixi məxəzə,
yüzlərlə arxiv sənədinə müraciət edən zəhmətkeş yazıçıdır. Bəhs
etdiyi dövrün mürəkkəbliyinə, genişliyinə, surətlərin və hadisələ-
Dostları ilə paylaş: |