M u s t a f a Ç ə m ə n l i
6
qulağı sırğalı, lalə yanaqlı xanımlarıynan, kimisi də ayaqyalın,
başıaçıq, bir çətən külfətiynən, mitil-şitili bir qatır yükü, bir da-
ğarcıq unuynan qayıdırdı...”
M.Çəmənlinin yaradıcılığında daha əlamətdar bir əsər “Fred
Asif” sənədli romanıdır. Əgər “Xallı gürzə” Qarabağla bağlı
dərdlərimizin başlanğıc köklərinə bir münasibətdirsə, “Fred Asif”
artıq Qarabağ uğrunda gedən xalq müharibəsinin, bu müharibədə
məğlubiyyətlərimizin anatomiyasını bütün açıqlığı ilə nümayiş
etdirən sənədli romandır. Ağrı-acı dolu bir roman, utanc gətirən
yaxın tariximizin özü.
“Fred Asif” romanı üçün yazdığım önsözdən bir məqam:
“Xalqımızın ən böyük dərdi, faciəsi ondadır ki, Asif kimi qəhrə-
man igidləri ola-ola torpaqlarımız düşmən tapdağındadır. Ağda-
mın Şahbulaq karxanasının ağappaq daşlarından tikilmiş imarət-
lərini, üstü dəmir taxtapuşlu evlərini, meyvəli bağ-bağçalarını
murdar düşmən yağmaladı. Bu,
daha çox Ağdam, Qarabağ uğrun-
da canından-qanından keçmiş qəhrəmanlarımızın faciəsidir. Əlinə
silah alıb düşmənlə üz-üzə dayanmamış heç bir kəs bu ağrının
dözülməzliyini o döyüşçülər kimi, qələbəyə doğru yürüş etmiş
qəhrəmanlar sayağı dərindən hiss etməz, içindən keçirə bilməz.
Fred Asifi də bu dərd öldürdü. Xəstəxanada ölüm yatağında olan-
da yaxınları, dostları Asifə təsəlli verib deyəndə ki, hər şey sülh
ilə bitəcək, Ağdamı da, qalan torpaqlarımızı da geri qaytaracaq-
lar, yorğan-döşək dustağı olmuş, amma dəmir iradəsi qırılmaz bu
igidin cavabını necə unudasan: “Ağdam döyüşnən alınmasa, mən
heç vaxt ora qayıtmayacam!”
Mustafa Çəmənlinin xatirələrə söykənib kitaba gətirdiyi ağrı
və hikkə dolu bu lakonik, güllə kimi sərrast cavab Asif Məhərrə-
movu bir qəhrəman, bütöv, mərd və məğrur bir kişi kimi çox
dəqiq səciyyələndirir. Bircə bu cavabla Mustafa Çəmənli qəhrə-
manını sevdirə bilir ki, bu da hər bir əsərdə ən vacib olmalı key-
fiyyətdir, çünki qəhrəman sevilməsə, rəğbət oyatmasa, əsər oxu-
cuya heç bir cəhətdən təsir etməyəcək.