26
QEYRİ-MÜSƏLMAN ÖLKƏLƏRİNƏ MÜHACİRƏT VƏ HƏMİN
ÖLKƏLƏRDƏ MƏSKUNLAŞMAQ
Bir müsəlman adətən öz vətənində dünyaya gələrək, orada böyüyüb boya-
başa çatır, ixtiyari və ya qeyri-ixtiyari surətdə İslamın göstərişlərini, dəyər və
təlimlərini mənimsəyir, gənclik dövrünə də dininin əxlaq təlimini özünə həyat tərzi
seçərək, onun göstərdiyi yolu gedərək, bələdçiliyini qəbul edərək qədəm qoyur.
Əgər ilahi təqdir əsasında həmin müsəlman qeyri-müsəlman ölkələrindən birində
dünyaya gələrək həmin mühitdə böyüsəydi, Rəbbimizin qoruduğu hallar istisna
olmaqla, mühitin təsirləri onun düşüncələrində, həyat tərzində, əxlaqında və
mənimsədiyi dəyərlərdə aşkar surətdə öz əksini tapardı.
Belə qeyri-müəlman ictimai mühitin təsirləri özünü ikinci nəsildə, yəni
mühacirlərin övladlarında daha çox büruzə verir.
Məhz bunu nəzərə alaraq İslam dini hicrətdən sonrakı qayıdışa
1
xüsusi bir
mövqedən yanaşmışdır. Bu məsələyə bir sıra hədislərdə toxunulmuş, onlardan
bəziləri bunu böyük günahlardan, bəziləri isə hətta səkkiz ən böyük günahdan biri
olaraq göstərmişdir.
İmam Sadiqin (ə) müasirlərindən biri olan Əbu Bəsir ondan belə eşitdiyini
nəql edir: “Böyük günahların sayı yeddidir: qəsdən adam öldürmək, uca Allaha
şərik qoşmaq, iffətli qadını zinakarlıqda ittiham etmək, aşkar dəlildən (yasaq
olduğundan və xoşagəlməz aqibətindən xəbərdar olduqdan
tərc.
) sonra sələmçilik,
döyüş meydanından qaçmaq, hicrətdən sonrakı təərrüb (geri dönmək),
valideynlərin üzünə ağ olmaq və haqsızlıqla yetimlərin malını mənimsəmək.
Təərrüblə şirk eyni mahiyyəti daşıyır”.
2
İbn Məhbub adlı bir ravi də bir dəstə dostu ilə birlikdə İmam Həsənə (ə)
məktub yazaraq ondan böyük günahların sayı və nələrdən ibarət olduğunu
soruşduqlarını, Həzrət Həsənin (ə) isə cavab məktubunda belə yazdığını nəql edir:
1
Çoxsaylı hədislərdə öz əksini tapan “ət-təərrüb bəd əl-hicrə” (hicrətdən sonrakı qayıdış) istilahı müsəlmanın İslamı
özünə din seçərək haqq olan təkallahlılıq dinini mənimsədikdən sonra yenidən fərqli, müşrik dünyagörüşünün
hakim olduğu bir mühitə dönməsini “küfrdən mühacirətdən (burada: uzaqlaşdıqdan)
sonra yenidən ona üz
tutması” kimi ifadə edir.
2
Usul əl-kafi, c.2, səh.281.
28
ideyalarını gerçəkləşdirə biləcəkləri nəzərə alınaraq onların bu səfər və
mühacirətlərlə mükafata nail ola biləcəkləri öz əksini tapmışdır.
Həmmad Sindi deyir: “İmam Sadiqə (ə) müşriklərin yaşadığı ölkələrə səfər
etdiyimi söylədim. Habelə bəzi dostlarımın isə orada
dünyadan köçəcəyim təqdirdə
Qiyamət günü onlarla birgə qəbirdən qaldırılacağımı söylədiklərini açıqladım.
İmam (ə) buyurdu: “Həmmad, orada yaşayarkən bizim məramımızı insanlara
aydınlaşdıraraq onları bu haqq yola dəvət edirsənmi?”
- Bəli.
- Bəs müsəlmanların yaşadığı şəhərlərdə necə?
- Xeyr.
Elə isə orada yaşayaraq dünyadan köçəcəyin halda təkbaşına bütöv bir
ümmət kimi qiyamət səhnəsinə gətiriləcəksən və nurun hər yeri bürüyəcək”.
1
Dostları ilə paylaş: