Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə54/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

163
lər üçün sərf edilən ağıl təkamül prosesində irəliyə doğru gedən 
inkişafda insanın ən yaxşı vasitəsidir. Lakin bütün bunlarla yanaşı 
qeyd olunmalıdır ki, insan instinktsiz yaşaya bilməz. 
Çünki ümumiyyətlə götürdükdə, ağıla malik hər hansı bir var-
lıq doğulduğu vaxtdan həyat təcrübəsi imkanı əldə edənə qədərki 
müddət  ərzində  varlıqların  təkamül  prosesində  keçdikləri  mər-
hələləri  bir  qədər  qısa  şəkildə  keçmiş  olurlar.  Məsələn,  dünyaya 
gələn hər hansı ağıllı olmaq imkanına malik olan varlıq hökmən 
həyat uğrunda mübarizə aparmaq imkanına malikdir və yaşadığı 
müddət ərzində bundan istifadə edir. Digər tərəfdən isə, bu varlıq 
öz zəruri ehtiyaclarını ödəməyə və nəsil mövcudluğunu saxlama-
ğa can atır. Həyatla bu cür mübarizə instinktiv bir şəkildə özünü 
göstərir. İnsan şüura malik olsa da yaşamaq üçün müəyyən həyat 
təcrübəsi toplayana qədər bu iki qeyri-iradi yaşamağa can atma-
lardan istifadə edir. Əgər insan bunlardan istifadə etməsə, müəy-
yən həyat təcrübəsi toplayıb ağılla özünü idarə etmək mərhələsinə 
qədər gəlib çata bilməz. Odur ki, insan instinktsiz yaşaya bilməz. 
Düzdür, ağıl müəyyən səviyyəyə çatandan sonra instinktdən demək 
olar ki, çox az istifadə olunur. Hətta, belə bir hal insanda instinktiv 
qüvvənin zəifləməsinə səbəb olur. Lakin bu heç də o demək deyil-
dir ki, ağıllı insan bir daha instinktdən istifadə etmir. İnsan ağılın 
həyatla  mübarizədə  müəyyən  çaşqınlıq  vəziyyətində  instinktdən 
və intuisiyadan istifadə edir, hətta həyat uğrunda qeyri-iradi müba-
rizə də bəzən köməyə gəlir. İnsan bədən və ruhdan ibarət olan bir 
varlıqdır. Lakin bədənlə ruhun bir yerdə yaşaması bir insan ömrü-
nün daxilindədir. Ruh dəyişməzdir, bədən isə dəyişikliklərə məruz 
qalan bir materiya növüdür. İnsanın həyat təcrübələri əldə etmək 
imkanından sonra ruh tədricən bu həyat təcrübələri zamanı yaranan 
yeni materiya növünə bürünür. Bu materiya növü yaxşı əmələ görə 
nur, pis əmələ görə zülmət şəklində ruhu bürüyür. Beləliklə, ruh 
insan  bədəni  içərisində  tədricən  öz  gələcək  forma  və  məzmunu-
nu əldə etməyə başlayır. İnsanın bədəni xarici mühitin təsirlərinə 
müqavimət göstərənə qədər, bu proses davam edir. Bu yeni ma-
teriya növü həyat təcrübəsi həm də yaddaşdır. Deməli, nə vaxtsa 


164
insan bədənindən azad olan ruh bir insan ömrü daxilində qazanıl-
mış həyat təcrübəsinə və yaddaşa malik olur. Ruh qazanılmış həyat 
təcrübəsi və yaddaşla bədəni tərk edəndə parlaq nuru çoxsa ən ali 
varlığa qovuşmağa bir xeyli də yaxınlaşır, qaranlığı-zülməti çoxsa, 
daha aşağı pillələrə enir. Parlaq nuru ilə qara zülməti təxminən bə-
rabərdirsə, bir daha sınağa çəkilmək üçün təkrar insan kimi həyata 
qayıdır. Üçüncü hal az-az baş verir. Çox maraqlıdır ki, üçüncü hala 
malik olan ruh başqa bir bədəndə həyata qayıdanda öz əvvəlki yad-
daşını və həyat təcrübəsini özündə saxlayır. O, əvvəllər kim oldu-
ğunu, harada yaşadığını, nə vaxt vasitə kimi istifadə etdiyi bədəni 
tərk etdiyini çox yaxşı xatırlayır. İkinci halda, yəni ruh aşağı pil-
lələrə düşəndə, daha çox qaralıq ruhu sıxıb ona əzab verir. Ya ruh 
əbədi bu əzablara dözməlidir, ya da xilas olmağın yeganə yolu hər 
hansı bitkinin, heyvanın bədənində dünyaya gəlib yaşamaqdır. Bu 
yaşamaq ağrılı olur. Ona görə ki, hissiyyatla bağlı olan bu varlıqla-
rın quruluşu o dərəcədə mükəmməl deyildir ki, onlar şüurlu olmaq 
imkanına malik olsunlar və həyat təcrübəsi əldə edib özləri üçün 
ən yaxşı rahatlıq halı yaratsınlar. Özü də qəribə burasıdır ki, ruhun 
yaddaşı bu yaşantıda özündə qalsa da o öz bədəninin daha mükəm-
məl olmaması nəticəsində heç bir şey aydınlaşdıra bilmir. Nəhayət, 
çəkilən əzablar qaralığı ruhdan ayırır və sonda sərbəstləşən ruh iti-
rilmiş pis həyat təcrübəsindən xilas olub təzədən insan bədənində 
yenidən sınağa çəkilir. Birinci halda isə parlaq nuru daha çox olan 
ruh ən ali varlığa bir qədər də yaxınlaşır. Belə olan təqdirdə insan 
bədəni bizi əhatə edən maddiliklə bağlı bəzən ruhun son məkanı 
olur. İnsan kimi yaşayarkən isə əsil insan olmaq üçün öz hərəkət-
lərinə cavabdeh olmalısan. Bu, xüsusilə ekstrasenslərə aiddir. Eks-
trasens xalqın hörmət və inamını doğrultmaq və qazanmaq üçün öz 
hərəkətlərinin hər birinə xüsusi diqqət etməlidir ki, kiçik yanlışlığa 
yol verməsin. Öz hərəkətlərinə xüsusi diqqət edən ekstrasens ən 
ali varlıq tərəfindən də xüsusi diqqət və ehtirama layiq görülər ki, 
bundan gözəl insan həyatı təsəvvür etmək olmaz. Nöqsansız şəxs 
yoxdur həyatda, yalnız öz yaxşı və pis əməllərinə görə bir-birin-
dən fərqlənən insanlar var həyatda . Həyata insan kimi gəlmisənsə, 


165
xoşbəxtsən demək, çünki insandan daha aşağı bir varlıq kimi də 
gələ bilərdin həyata. Lakin həyata insan kimi gəlməyin özündə də 
bir qüsurluluq var. Çünki bizi əhatə edən aləmin maddiliyi ilə bağlı 
səndə nə isə varsa, deməli, hissiyyatla bağlılığın var. Hissiyyatın 
tələblərini ödəmək isə səndən asılı olmayaraq xarakterdən yaranan 
haldır. Maddiliklə bağlı ən ideal göstərici orqanizmin nəsil artımını 
davam  etdirmək  və  ən  zəruri  ehtiyaclarını  ödəməkdir.  Lakin  ha-
radasa bu işlərdə də maddiliyə meyil var. İnsan dünyaya gəlibsə, 
müəyyən fəaliyyətlə məşğul olmalıdır. 
Ən azı hökmən həyat uğrunda mübarizə aparmalıdır. Təbiidir 
ki, hər hansı bir işlə məşğul olan kəs haradasa müəyyən əməl sa-
hibidir.  Düzdür,  məqsədli  istiqamətdə  yalnız  öz  zəruri  tələbatını 
ödəmək  şərtilə  görülən  iş  və  üstəgəl  ümumi  bəşəriyyətin  məna-
feyinə  xidmət  etmək  prinsipinə  əməl  etməklə,  yaxşı  əməl  sahibi 
olmaq mümkündür. Lakin canlıdan qada əskik olmadığı kimi, nöq-
sansız da ömür sürmək mümkün deyildir. Burada insanın qarşısın-
da  yeganə  çıxış  yolu  qalır  ki,  imkanı  daxilində,  bacardığı  qədər 
daha az nöqsanlara yol versin. Çünki kainat böyük, insanın dərk 
səviyyəsi  isə  kainatda  baş  verən  hadisələrlə  müqayisədə  ölçüyə-
gəlməz dərəcədə kiçikdir. Ona görə də insan öz dərk səviyyəsində 
yaxşı əməllərlə məşğul olsa, nisbi götürdükdə etdiyi əməllər nöq-
sansız olar. Lakin müəyyən dərk olunması vacib olan işlər var ki, 
insan bu işlərin dərk olunmasına səy etməlidir. Əks təqdirdə öyrə-
nilməsi vacib olan işlərin öyrənilməməsi ən ali varlıq tərəfindən 
bağışlanılmaz. İnsanın həyatda səhvi iki cürdür, bilərəkdən və ya 
bilməyərəkdən edilən səhvlər. Bilərəkdən edilən səhvlər hökmən 
şər işə xidmət edən məqsədli olur və nəticəsi şəri qüvvətləndirir. 
Ən  ali  varlıq  heç  vaxt  bilərəkdən  edilən  səhvləri  bağışlamır  və 
bilərəkdən edilən səhv sahibləri layiq olduğu cəzanı alır. Bilərək-
dən edilən səhvlər insanın tam hissiyyata xidmətidir. Qəlbin his-
siyyat qapıları tam açılanda, ağıl qapıları tam bağlanır. Bir də var 
insanın bilməyərəkdən etdiyi səhvlər. İnsanın bilməyərəkdən səhv-
lərə yol verdiyi hallar çox vaxt onların dərk səviyyəsinin aşağı ol-
masından,  düşüncə  dairəsinin  məhdudluğundan  irəli  gəlir.  Lakin 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə