Bakı – 2016 İxtisasın adı: Heyvandarlıq mütəxəssisi Modulun nömrəsi



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə14/102
tarix10.01.2022
ölçüsü5,31 Mb.
#82784
1   ...   10   11   12   13   14   15   16   17   ...   102
kand-tasarrufati-masin-va-avadanliqlari

 
Şəkil 3. Konik dişli çarx 
türməsi 
  Şəkil 4. Sonsuzvint ötürməsi 


12 
 
1.3  Qayış və zəncir ötürmələri 
Qayış  ötürməsi  qayış  keçirilmiş  aparan  və  aparılan  qasnaqlardan  ibarətdir. 
Yük  qasnaq  və  qayış  arasında  yaranan  sürtünmə  qüvvələri  ilə  ötürülür. 
Qayışın  eninə  kəsiyinin  formasından  asılı  olaraq  ötürmələr  yastı  qayış 
ötürməsinə və pazvarı qayış ötürməsinə ayrılır.  
Yastı  qayış  ötürməsi  konstruksiyasına  görə 
sadədir və qayışın böyük elastikliyinə görə uzun 
müddət işləməsi ilə fərqlənir. Qayışın materialı 
kifayət  qədər  möhkəm,  yeyilməyə  davamlı, 
elastik,  uzunömürlü  olmalı  və  qasnaqla  yaxşı 
ilişməlidir. Qayışlar bir neçə pambıq parçadan 
– 
vulkanlaşdırılmış 
rezinlə 
toxunmuş 
araqatlarından ibarətdir.  
 
Pazvarı qayış ötürməsi bir və ya bir-neçə qayışla işləyir. Qasnağın qanovu 
paz  şəklində  olduğuna  görə  qayışın  qasnaqla 
ilişmə  qüvvəsi  bu  ötürmədə  yastı  qayış 
ötürməsindəkinə  nisbətən  böyükdür,  bunun 
nəticəsində  də  pazvarı  qayış  ötürməsi  böyük 
gücü ötürə bilir və oxlararası məsafə kiçik olur.  
Pazvarı  qayış  ötürməsinin  yastı  qayış 
ötürməsinə  nisbətən  çatışmayan  cəhəti 
qayışların  xeyli  qalın  olması  nəticəsində  tez 
xarab olmasıdır. 
Qayış ötürməsinin işləməsinin zəruri şərti qayışın əvvəlcədən tarımlanmasıdır 
ki,  bu da əksər hallarda dartıcı diyircəklərin köməyilə əldə edilir.  

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə