Bakı – 2016 İxtisasın adı: Heyvandarlıq mütəxəssisi Modulun nömrəsi



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix10.01.2022
ölçüsü5,31 Mb.
#82784
1   ...   14   15   16   17   18   19   20   21   ...   102
kand-tasarrufati-masin-va-avadanliqlari

1.5  Pnevmatik intiqallar  
Pnevmatik  və  hidravlik  intiqalların  iş  prinsipi,  demək  olar  ki,  eynidir.  Bu 
səbəbdən  hidravlik  intiqalların  iş  prinsipinin,  xarakteristikalarının  və 
parametrlərinin tənlikləri tam və ya qismən pnevmatik intiqallar üçün də tətbiq 
oluna  bilər.  Buna  baxmayaraq,  pnevmatik  intiqallar  bəzi  xüsusiyyətlərə 
malikdir  ki,  hansı  ki,  nəzərdən  keçirilməlidir.  Pnevmatik  intiqallarda  iki  növ 
pnevmatik maşınlardan istifadə olunur: 
 – Pnevmatik vurucular – mexaniki enerjini qazın (havanın) enerjisinə çevirən 
pnevmatik maşınlar;  
–  Pnevmatik  mühərriklər  –  sıxılmış  qazın  enerjisini  mexaniki  hərəkət 
enerjisinə çevirən pnevmatik maşınlar.  
Pnevmatik vurucuların qısa təsnifatı
 
 Qazları sıxaraq təzyiqini artıran və onların nəqlini həyata keçirən maşınlara 
hava  vurucuları  və  ya  ümumiyyətlə,  kompressor  maşınları  (kompressorlar) 
deyilir.  Bu  maşınlarda  daxil  olan  mexaniki  enerjisi  qaz  (hava)  axınının 
enerjisinə  çevrilir.  Havanın  sıxma  dərəcəsindən  asılı  olaraq  hava  vurucu 
maşınlar aşağıdakı kimi bölünürlər:  
– Ventilyatorlar; 
– Qaz üfürücüləri;  
– Vakuum nasosları.  
Kompressorlar aşağıdakı göstəricilərə görə təsnif olunurlar:  
Məhsuldarlığına görə:  
– Mikro (< 0,6 m3 /dəq);  


16 
 
– Alçaq (0,6...6,0 m3 /dəq);  
– Orta (6...60 m3 /dəq); 
 – Yüksək (> 60 m3 /dəq) məhsuldarlıqlı;  
Kompressorlar  iş  prinsipinə  görə  həcmi  və  dinamik  tipli  olurlar.  Həcmi  tipli 
kompressorlarda  təzyiqin  artması  havanın  olduğu  qapalı  həcmin  azalması 
nəticəsində baş verir. Bu maşınlar işçi orqanın növünə görə – porşenli, rotorlu, 
membranlı  kompressorlara  bölünürlər.  Porşenli  kompressorlarda  havanın 
sıxılması  porşenin  irəli-geri  hərəkəti,  rotorlu  kompressorlarda  rotorun 
fırlanması,  membranlı  kompressorlarda  isə  membranın  rəqsi  hərəkəti 
nəticəsində baş verir. Bu maşınlarda havaya, əsasən, potensial enerji (təzyiq) 
verilir.  Rotorlu  maşınlarda  da  qazın  sıxılması  müəyyən  qapalı  həcmin 
azalması hesabına baş verir, ancaq rotorlu kompressorlarda irəli-geri hərəkət 
edən  piston  olmur.  Rotorlu  kompressorlar  sırasına  aşağıdakı  tipli  maşınlar 
daxildir: lövhəli, vintli, maye halqalı, iki fırlanan porşenli. 
 
 
 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə