Bakı – 2016 İxtisasın adı: Heyvandarlıq mütəxəssisi Modulun nömrəsi



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix10.01.2022
ölçüsü5,31 Mb.
#82784
1   ...   12   13   14   15   16   17   18   19   ...   102
kand-tasarrufati-masin-va-avadanliqlari

1.4  Hidravlik  intiqallar  
Hidravlik  intiqal  dedikdə  maşın  və  mexanizmlərin  təzyiq  altında  işçi  maye 
vasitəsilə  hərəkətə  gətirilməsi  üçün  nəzərdə  tutulmuş  (bir  və  ya  bir  neçə 
həcmi hidravlik mühərriklər daxil olmaqla) qurğuların məcmusu başa düşülür. 
Həcmi hidravlik intiqallar hazırda sənayenin, demək olar ki, bütün sahələrində 
Şəkil 7. Zəncir ötürməsi 


14 
 
geniş  tətbiq  olunur  və  müasir  sənaye  qurğularının  hidravlik  sistemlərinin 
ayrılmaz  tərkib  hissəsidir.  Hidravlik  intiqalların  belə  yayılmasının  səbəbi  ilk 
öncə  mexaniki  enerjinin  ilkin  mənbəyinin  “fırlanan”  momentinin  sadə 
çevrilməsi  (elektrik  mühərrikləri,  daxili  yanma  mühərriki,  turbinlər  və  s.)  və 
hidravlik qüvvənin maye mühərriklərinə ötürülməsidir. Hidravlik mühərriklər, 
yəni  hidravlik  silindrlər  və  hidravlik  motorlar  işçi  maye  axınının  yaratdığı 
enerjini  çıxış  bəndinin  enerjisinə  çevirir  və  onu  icraçı  mexanizmlərə  ötürür. 
Hidravlik silindrlər ştokların “irəli-geri” hərəkətləri zamanı gücün yaranmasına, 
hidravlik  motorlar  isə  “val”  üzərində  dövretmə  hərəkətləri  zamanı  fırlanma 
momentinin  yaranmasına  xidmət  edir.  Hidravlik  intiqal  ötürücü  mühərrikin 
hərəkət  sürətini  və  fırlanma  tezliyini  pilləsiz  tənzimləməyə,  gücündən 
maksimum istifadə etməyə, istifadə əmsalını, maşının istifadə keyfiyyətlərini 
artırmağa imkan verir.  
Hidravlik  intiqallar  qurğularda  hərəkətverici  maşınları,  işçi  orqanları,  metal 
konstruksiyaları  qoruyucu,  axıdıcı,  tormozlama  və  s.  klapanlarla  ifrat 
yüklərdən etibarlı qorunurlar.  

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə