9
1 K/t maşınlarında güc ötürülməsinə təsir edən fizikanın
qanunları və onların tətbiq sahələri
1.1 Burucu momentin planetar çoxaldıcısı
Burucu momentin artırılması üçün, əsasən, planetar mexanizmlərdən istifadə
edilir. Bu mexanizmin əsas işi planetar dişli çarx ötürməsinin üzərində qurulur.
Planetar dişli çarx ötürməsi
–
bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan
bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1) .
Dişli
çarxlar
aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx
satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda
olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3).
Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas
bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə
ötürmə
diferensialdır
. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar
radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər
paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin
satellitin sayına nisbəti tam ədəd olmalıdır.
Dostları ilə paylaş: