Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu 26 Ətraf mühitin sosial faktorları



Yüklə 137,16 Kb.
səhifə43/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 26 Ətraf mühitin sosial faktorları

Plan:
1. Papiros (siqaret) çəkmə və onkoloji xəstəliklər
2. Narkomaniya və toksikomaniya
3. Alkoqolizm

Papiros (siqaret) çəkmə və onkoloji xəstəliklər Siqaret çəkmə dünyada ən geniş yayılan vərdiş olub, ayrı-ayrı adamların, həm də bütövlükdə cəmiyyətin sağlamlığına zərər gətirir. Siqaret çəkməyə əhalinin bütün təbəqələri cəlb olunmuşdur, bu qadınlar və gənclər üçün daha təhlükəlidir. ÜST-in məlumatına görə dünyada 1,1 mlrd. adam (yer əhalisinin 18%-i), o cümlədən 900 mln. kişilər, 200 mln. qadınlar, digər məlumata görə 60% kişilər, 20% qadınlar siqaret çəkirlər. BMT-nin məlumatına əsasən bəşəriyyət tütün məmulatının alınmasına hər il 85-100 mlrd. dollar xərcləyir, yer kürəsinin hər bir sakini orta hesabla il ərzində min siqaret çəkir. Dünyada gün ərzində 15 mlrd. siqaret çəkilir. ABŞ-da siqaret çəkməklə bağlı xəstələrin müalicəsinə ildə 50 mlrd. dollar xərclənir. Bu o deməkdir ki, 1993-cü ildə siqaret çəkmə ilə bağlı olan xəstəliklərin sağalmasında bir qutu siqaretin qiyməti 2 dollara başa gəlir. İl ərzində siqaret çəkməkdən itkinin miqdarı 200 mlrd. dollar təşkil edir. Yer kürəsində hər beş adamdan biri bilavasitə və dolayı yolla orqanizmin tütünlə zəhərlənməsindən əziyyət çəkir. Siqaret çəkmə nəticəsində ildə orta hesabla 8,5 mln. adam dünyasını dəyişir. Orta hesabla siqaret çəkmə ilə əlaqədar insan ömrü 6-8 il qısalır. Siqaret çəkənlərin yarısı 35-69 yaşında müxtəlif xəstəliklərə tutularaq ölməyə risk edir. MDB ölkələrində 1998-ci ildə hər iki kişidən birinin ən parlaq çağlarında xərçəng xəstəliyindən ölümünə tütün tüstüsü bais olmuşdur. Siqaret çəkənlərin 80%-i xroniki bronxitdən əziyyət çəkir, ağciyərin xərçəng xəstəliyindən ölənlərin 95%-ni həris siqaret çəkənlər təşkil etmişdir. Qırtlağında xərçəng xəstəliyi olanların 80-90%-i siqaret çəkənlər olmuşdur. Siqaret çəkməklə birlikdə alkoqol qəbul edənlərin qida borusunda xərçəng xəstəliyinin əmələ gəlmə riski siqaret çəkməyən adamlara nisbətən 9-12 dəfə yüksəkdir, mədədə xərçəng xəstəliyinin əmələ gəlməsində isə bu rəqəm 9,3 dəfə təşkil edir. Tütün dodaqda, ağız boşluğunda, qida borusunda, ağciyərdə x ərçəng xəstəliyindən ölənlərin 60-80%-ni, xroniki bronxitin 75%-ni, ürək işemiyasından ölənlərin dörddə birini təşkil edir.
Bir neçə il əvvəl bütün dünyada siqaret çəkməklə mübarizəyə başlanılıb. Güclü mübarizə nəticəsində ABŞda 1970-1990-cı illərdə siqaret çəkənlərin sayı 70%-dən 28%-ə enib. Digər məlumata görə, ABŞ-da kişilərin 28%-i, qadınların 23%-i siqaret çəkir (1994-cü il məlumatı). ABŞ-da hər il 100 min adamın ölümünə tütün səbəb olur. Avtomobillərin yarıdan çoxu külqabısız buraxılır. Bir sıra kompaniyalar, məsələn «Lokxid» və «Terner brodkostinq» siqaret çəkənləri işə götürmür. «Teksas instrument» kompaniyası hər siqaret çəkən işçidən ayda 10 dollar, «Yu-xod» isə həfədə 5 dollar tutur. Vebster Qroun (Missuri ştatı) şəhərinin fəalları yaşı 17-ə q ədər uşaq olan xüsusi evlərdə siqaret çəkilməsinin qadağan olunmasını t əklif edirlər. Pensilvaniyada avtomobillərdə siqaret çəkmək qadağan olunmuşdur. Kaliforniyanın bir neçə şəhərində çimərlikdə siqaret yandırmaq qadağan edilib, Devis şəhərində isə acıq havada da siqaret çəkməyə icazə verilmir. San-Diyeqo aeroportunda binadan bir neçə metr kənarda siqaret çəkmək olar. Pentaqonda siqaretə qarşı müharibə elan edilib. 1994-cü ildə Müdafiə Nazirliyi iş yerində siqaret çəkməyə yasaq qoyub. 1980-ci ildən 1995-ci il daxil olmaqla ABŞ-ın silahlı qüvvələrində siqaret çəkənlərin sayı üçdə birə qədər azalmışdır. 1997-ci ildə ABŞ-ın ordusunda 1,4 milyon hərbiçinin 32%-i siqaret çəkmişdir. 1998-ci ilin sentyabrında 8 ştatda tütün kompaniyaları 25 il ərzində siqaret çəkməklə əlaqədar xəstələrin müalicəsinə 206 mlrd. dollar ayrılması barədə qərara gəlmişlər. 1999-cu ilin sentyabrında ABŞ federal hökuməti tütün kompaniyalarını məhkəməyə vermişdir. Kompaniyalar görkəmli ictimai yerlərdə siqaret reklamlarından istifadə etməməyi öhdələrinə götürmüşlər. ABŞ-da idarələr, parklar, şəhərlər və çaylar tüstüsüz zona elan olunur. Kanadada hərbi qulluqda, aeroportlarda, vağzallarla, Toranto və Ottavada hətta restoran və barlarda siqaret çəkmək qadağan olunmuşdur. Qaydanı pozanlar 250-dən 5000 Kanada dolları məbləğində cərimə olunur. Tütün kompaniyalarına, idman və müxtəlif mədəni tədbirlərə sponsorluq etmək qadağan edilmişdir. İtaliyada siqaret çəkməklə bağlı hər il 90 min adam ölür. Burada siqaret çəkməklə mübarizə hər yerdə aparılır. Rusiyadan fərqli olaraq İtaliyada 11-15 yaşlı məktəblilərin yalnız 16%-i siqaret çəkir. Avropanın bütün ölkələrində, Kanadada, Avstraliyada, ABŞ-ın əksər ştatlarında tütün məmülatlarının reklam olunması praktiki olaraq qadağan edilmişdir. 1998-ci ildə ÜST-nin başlıca vəzifəsi – xüsusilə üçüncü dünyanın ölkələrinin uşaqları və yeniyetmələrinin siqaret çəkməsilə mübarizə aparmaqdır. ÜST üçüncü dünyanın ölkələrində tütün məmulatlarının reklamına tam qadağan edilməsini qarşısına məqsəd qoymuşdur.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə