Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə40/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Lənkəran zonası Azərbaycanın digər ərazilərində yaşayan heyvanlardan başqa bu zonanın xarakterik endem və relikt heyvan növlərinə daha çox rast gəlinir. Tarixi materiallar təsdiq edir ki, keçmişdə Talış zonası ov heyvanları ilə zəngin olub, vaxtilə Talış meşələrində pələng də yaşayırmış. Axırıncı pələng 1932-ci ildə ovlanmışdır. Talış meşələri üçün xarakterik heyvanlardan cüyür, bəbir, meşə pişiyi, çöl donuzu, qaya dələləri, vaşaq, radde yereşəni, adi kirpi, süleysin, kor köstəbəyi göstərmək olar. Süleysinlər bağlara ziyan vurduqları üçün zərərli sayılır, xeyirli cəhəti bəzi həşəratları məhv etməkdir. Talış meşələrinin sayı azalmaqda olan ən iri yırtıcı heyvanı, çəkisi 480kq-a çatan qonur ayıdır. Lənkəran-Astara zonası dənizə yaxın yerləşdiyindən oradakı gölməçə və bataqlıqlarda quşlardan – qaşqaldaq, qamışlıq quşu, qamışlıq remezi, dəniz qartalı və s. yayılmışdır. Düzən meşələrində bildirçin, meşə göyərçini, qurqur, sultan toyuğu, qaratoyuq, yoğundimdik, yulaf quşu, kiçik bozca, qırqovul, arıquşu, turac, yaşıl qızlarquşu və s. yayılmışdır. Dağətəyi meşələrdə talış qırqovulu, qırmızıbaş, alaçəhrə, turac, talış əlvan ağacdələni, hirkan sərçəsi və s. rast gəlinir. Dağ və dağətəyi meşələrində 8 növ endem və relikt məməli heyvan, 32 növ Cənubi Azərbaycan, Kiçik Asiya və 19 Avropa növlərinə rast gəlinir. Endem quşlardan hirkan zığzığı, hirkan payız bülbülü, cənubi xəzər arıquşu, hirkan zaryankası, cənubi xəzər zaryankası, cənubi xəzər yapalağı, qırmızıdimdik balıqcıl, hind alaçəhrəsi, ağboyun bülbül və s. göstərmək olar.
Kür-Araz ovalığı Tarixi məlumatlara görə vaxtilə Kür-Araz ovalığı və tuqay meşələri heyvanat aləmi ilə olduqca zəngin olmuşdur. Yaxın keçmişdə (XVII-XIX əsrlərdə) Kür və Arazboyu tuqay meşələrində çöl donuzu, maral sürüləri, meşəkənarı açıqlıqlarda isə kulan və ceyran yaşayırmış. XX əsrin əvvəllərində Qarayazı meşələrində maralın mövcudluğu qeyd olunur. Hazırda tez-tez rastlaşdığımız zaqafqaziya kirpisi, tarla və meşə siçanları, kür boz dovşanı, çöl donuzu və qamış pişiyi tuqay meşələrinin xarakterik heyvanları sayılır. Burada məməli heyvanlardan yarasalar da yaşayır. Onlar gecə zərərverici həşəratları məhv edərək meşənin dostu hesab olunur. Digər məməli heyvanlardan porsuq, oxlu kirpi, qunduz, çay suiti, çaqqal, yenotabənzər it və s. göstərmək olar. Həşərat və gəmiriciləri məhv etdikləri üçün kirpilər faydalı sayılır

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə