Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri



Yüklə 137,16 Kb.
səhifə52/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri Nüvə silahı (atom silahı) nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahlara deyilir. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərin (zərbə dalğası, işıq şualanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir: inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Xirosima və Naqasaki şəhərlərinin bombardman edilməsi şəhərlərdə nüvə silahlarının partlayışının nəticələrini bilavasitə öyrənmyə imkan verir. Bu faciəli hadisələr nüvə müharibəsinin potensial fiziki, bioloji və sosial nəticələri müxtəlif məlumatlar əldə etməyə imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, adı çəkilən şəhərlərin hər biri yalnız bir atom partlayışına məruz qalmışdır və ora atılan bombaların gücü dünyanın bugünkü nüvə arsenalında toplananlardan olduqca azdır. Nəticədə hazırda 50 min vahid nüvə silahı mövcuddur, həm də onların hər birinin gücü Xirosimada partladılan bombanın gücündən dəfələrlə (500 dəfə) çoxdur. Nüvə bombasının gücü İkinci Dünya müharibəsində isttifadə olunan ən güclü bombadan 100 min dəfə güclüdür.
Nüvə partlayışının digər nəticələri 1. Nüvə partlayışı zamanı əmələ g ələn azot oksidləri atmosferə qalxaraq, ozon qatının azalmasına (nazilməsinə) səbəb ola bilər. Hesablamalara əsasən ozon qatı altı ay, hətta il ərzində Şimal yarımkürəsində 2030% azala bilər. Qısa müddətlərdə «ozon deşikləri» də yarana bilər və burada ozon qatının qalınlığı «normanın» 30%-ni təşkil edər. Açıq havada təhlükəli ultrabənövşəyi şüalanmanın intensivliyini artırar, hərçənd bir neçə ay ərzində atmosferin tüstülənməsi ona maneə (sədd) ola bilər. Lakin hisin atmosferə daxil olması da bilavasitə və ya havanın temperaturunun dəyişməsi və atmosfer sirkulyasiyası nəticəsində ozon qatının dağılmasına səbəb ola bilər.

  1. Nüvə z ərbəsindən sonra atmosferə külli miqdarda kimyəvi maddələr, o cümlədən karbon oksidləri, müxtəlif karbohidrogenlər, azot və kükürd oksidləri, sulfat turşusu, ağır metallar və bir sıra digər toksiki maddələr düşərək, ətraf mühitin çirklənməsinə səbəb olacaqdır. Bu maddələr bilavasitə və dolayı yollarla insana və bütün canlı orqanizmlərə böyük ziyan yetirəcəkdir, həm də onun təsiri illərlə davam edə bilər. Bu və ya digər faktorlardan asılı olaraq yağış sularının turşuluğu xeyli artacaq, yalnız bir ayda çirklənmiş sənaye rayonlarında onun mövcud səviyyəsini 10 dəfə artıracaqdır. Yer səthini ay ərzində «turşulu dumanlar» bürüyəcəkdir Yavaş-yavaş davam edən (alovsuz) yanğınların mənbələri havada toksiki qarışıqlar əmələ gətirib insan sağlamlığı üçün təhlükəlidir.



Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə