Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu 20 Faydalı qazıntıların yeraltı istehsalı zamanı pozulmuş sahələrin rekultivasiyası



Yüklə 137,16 Kb.
səhifə33/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 20 Faydalı qazıntıların yeraltı istehsalı zamanı pozulmuş sahələrin rekultivasiyası.

Plan:
1. Eroziyaya uğramış sahələrin rekultivasiyası
2. Neftlə çirklənmiş torpaqların rekultivasiyası
3. Azərbaycanın neftlə çirklənmiş torpaqları

Texniki tərəqqi əsrində, dünyanın bir sıra ölkələrində sənayenin yüksək inkişaf etməsilə əlaqədar torpaq örtüyünün pozulması, dağılması fəlakətli miqyas almışdır. Əvvəllər kənd təsərrüfatı bitkiləri becərilən sahələr, məhsuldar meşələr, çəmənlər, otlaqlar altında olan münbit torpaqların yerində karxanalar qazılmış, yararsız laylarla örtülmüş, yollar, borular salarkən dağıdılmışdır. İnsan fəaliyyəti ilə relyefi, hidroloji rejimi dəyişmiş, torpaq örtüyü dağılmış və çirklənmiş, bitki örtüyü məhv edilmişdir, belə yerlər pozulmuş sahələr adlanır. Bu zaman həm də sular və atmosfer də çirklənməyə məruz qalır. Sənaye tərəfindən pozulmuş ərazilərdə nisbətən qısa bir vaxtda insan təlabatını təmin edən yeni məhsuldar və davamlı təbii ərazi kompleksləri yaratmaq üçün insanın aktiv və məqsədyönlü iş görməsi lazım gəlir. Sənayenin neqativ nəticələrini aradan qaldırmaq üçün hazırda sənaye inkişaf etmiş ölkələrdə torpağın rekultivasiyası kimi aktual problem irəli sürülür. Pozulmuş torpaqların, ərazilərin bərpası prosesi rekultivasiya adlanır.


«Rekultivasiya» termini faydalı qazıntılarda açıq üsulla istehsalın inkişafı ilə əlaqədar geniş yayılmışdır. Sənaye tərəfindən pozulmuş ərazilərin rekultivasiya işlərinə ilk dəfə XIX əsrin ortalarında Almaniyada başlanmışdır. XX əsrin əvvəllərində isə bu işlər İngiltərə və ABŞ –da aparılmışdır. Avropa və ABŞ-da rekultivasiya işləri II Dünya müharibəsi başlamamış və əsasən müharibədən sonra daha geniş vüsət almışdır.
Dünya ölkələrinin əksəriyyətində texnogen landşaftların sonrakı istifadə məqsədindən asılı olaraq aşağıdakı əsas rekultivasiya istiqamətləri məlumdur . 1) Kənd təsərrüfatı istiqaməti: pozulmuş ərazidə əkin (səpin), aparmaq, bağ salmaq, çəmən və otlaq kimi istifadə etmək; 2) Meşə təsərrüfatı istiqaməti: a) məqsədyönlü meşəliklər (torpaqqoruyucu, su tənzimləyici) salmaq; b) istismar əhəmiyyətli meşəlik salmaq. 3) Yaşıllaşdırma və səhiyyə-gigiyena istiqaməti: – istirahət zonası yaratmaq, park yaşıllığı salmaq, ətraf mühiti çirkləndirən tullantı layların konservasiyası və ya yaşıllaşdırılması; 4) Müxtəlif təyinatlı su hövzələri yaratmaq (sutənzimləyici hovuzlar, su anbarı, idman hovuzu, balıq və ov yetişdirmək üçün göl və s.). 5) Pozulmuş ərazidə yaşayış və digər tikililər yaratmaq. Yuxarıda göstərilən istiqamətlər bir-birilə sıxı əlaqədədir və pozulmuş landşaftların kompleks optimallaşdırılması prosesində eyni vaxtda həyata keçirilir. Torpaqların rekultivasiyası adətən bir neçə ardıcıl mərhələdə həyata keçirilir .

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə