Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə39/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

2018-06-29 Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 500 nəfərin iştirak etdiyi növbəti ümumrayon iməciliyi keçirilib. İməcilik əsasən Bakı-Sumqayıt magistral yolunun rayon ərazisindən keçən hissəsinin kənarlarında keçirilib.


Həmin yolun ətrafında abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyətinin məsul əməkdaşları artıq aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsinə başlamışdır.
Hazırda aparılan abadlıq işləri çərçivəsində yolun kənarında yerləşən, memarlıq standartlarına uyğun gəlməyən və qəzalı vəziyyətdə olan təsərrüfat obyektlərinin təmir-bərpa işləri həyata keçirilir.
İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır, quru ağaclar təmizlənir, çoxillik güllərə qulluq göstərilir, əkilən güllərin alağı təmizlənir, suvarılır, parklar quru ot və alaqlardan təmizlənir, ərazidə olan çəmənliklərə gübrə verilir. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib.
İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.


Mövzu 24 Faunanın qorunması

Plan:
1. Lənkəran zonasının faunası
2. Böyük və Kiçik Qafqaz dağlarının faunası
3. Kür-Araz ovalığı faunası
Təbiətdə heyvan və bitkilər sıx əlaqədə olur. Heyvanlar bitkilərlə qidalanmaqla bərabər, həm də onlara xeyir verir. Havanı bitkilərin fotosintezi üçün istifadə etdiyi karbon qazı ilə zənginləşdirir, torpağı peyinlə gübrələyir, çarpaz tozlanmaya (həşəratlar) şərait yaradır, bitkilərin yayılmasına (toxumun aparılması ilə) kömək edir. və s. Yerüstü və su heyvanlarından qida məhsulları, dəri xammalı, xəz-dəri və s. almaq üçün istifadə olunur. Hazırda Yer kürəsi əhalisinin yarıya qədəri xroniki zülal aclığı keçirir. 3 mln tona qədər qiymətli heyvan zülalı, yəni 15mln ton ət çatışmır. Odur ki, heyvandarlığı inkişaf etdirməklə yanaşı, həm də ovluq balıqların, məməlilərin və quşların ehtiyatlarından səmərəli istifadə etmək lazımdır. Hər hansı heyvanın sayının dəyişməsi bir sıra səbəblərlə baş verir. Bunlardan ən başlıcası populyasiya, növ və ya bütövlükdə qruplaşmanın yaşayış şəraitinin antropogen dəyişməsi, digəri isə bəzi heyvan növlərinin bilərəkdən müəyyən məqsəd üçün ovlanması və ya məhv edilməsidir.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə