Bakı şəhərində Neft Muzeyinin yaradılmasının Konseptual planı Məqsəd və vəzifələr



Yüklə 445 b.
tarix04.11.2017
ölçüsü445 b.


Bakı şəhərində Neft Muzeyinin yaradılmasının Konseptual planı


Məqsəd və vəzifələr:

  • Bakı şəhərində Neft muzeyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ilin fevral ayının 4-də imzaladığı müvafiq Sərəncamı əsasında yaradılır.

  • Neft Muzeyi Azərbaycan neftinin və 160 illik neft sənayesinin əfsanəvi tarixini özündə əks etdirən tarixi-mədəni bir kompleks olmalıdır.

  • Muzeyin əsas məqsədlərindən biri xalqımızın həyat salnaməsinin ayrılmaz və mühüm tərkib hissəsi, ölkəmizin iqtisadi qüdrətinin və nailiyyətlərinin əsas amili olan neftin təbliğidir.

  • Muzey, həm də gənc nəslin milli sərvətlərimizə dərin hörmət və ehtiram ruhunda tərbiyə edilməsinə xidmət etməlidir.



Muzeyin yaradılması mərhələləri

  • Konseptual Plan Neft Muzeyinin yaradılmasını üç mərhələdə nəzərdə tutur.



Bu mərhələdə muzeyin Baş Layihə Planının hazirlanması, onun tərkibinə daxil olan obyektlərin siyahısının, sərhədlərinin və qorunan ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

  • Bu mərhələdə muzeyin Baş Layihə Planının hazirlanması, onun tərkibinə daxil olan obyektlərin siyahısının, sərhədlərinin və qorunan ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.



İkinci mərhələdə muzeyin Tematik Planının hazırlanması, onun fəaliyyəti üçün zəruri olan eksponatların və digər əşyaların müəyyən edilməsi və onların muzeyin mülkiyyətinə verilməsi, eksponatların qiymətləndirilməsi və satın alınması üzrə fond-satınalma komissiyasının yaradılması planlaşdırılır.



Üçüncü mərhələ

  • Bu mərhələdə aşağıdakı addimlarin həyata keçirilməsi nəzərdə tutulur:

  • neft muzeyi kompleksinin dizayn-memarliq layihəsi müsabiqəsinin keçirilməsi;

  • qalib layihənin müzakirəsinin təşkil edilməsi;

  • layihənin müvafiq qaydada təsdiqi;

  • layihənin praktik icrası;

  • neft muzeyinin Əsasnaməsinin təsdiqi.



Birinci mərhələ üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Muzeyin sərhədlərinin, eləcə də, muzey kompleksinə daxil olan və aşağıdakı zonaları əhatə edən ərazilərin müəyyən edilməsi:

    • 1.1 ən dəyərli tarixi-mədəni komplekslərin və ayrı-ayrı obyektlərin saxlanıldığı və qorunduğu toxunulmaz zona;


1.2 muzey əşyalarının stasionar nümayişi və təbliği məqsədi ilə yaradılan ekspozisiya zonası;

    • 1.2 muzey əşyalarının stasionar nümayişi və təbliği məqsədi ilə yaradılan ekspozisiya zonası;
    • 1.3 elmi-tədqiqat işlərinin aparılacağı elmi zona;
    • 1.4 muzeyə gələnlərə xidmət göstərilməsi və onların istirahəti üçün nəzərdə tutulmuş rekreasiya zonası;
    • 1.5.yardımçı təsərrüfat obyektlərinin yerləşəcəyi təsərrüfat zonası.


2. Muzeyin hüdudlarında bütun kənar tikintilərin dayandırılması:

  • 2. Muzeyin hüdudlarında bütun kənar tikintilərin dayandırılması:

  • 2.1 mövcud olan tikililərin sökülməsi və muzeyin inşası üçün ərazinin hazırlanması;

  • 2.2 muzey ərazisində yarımçıq qalmış tikililərin ləğv edilməsi;

  • 2.3 qeyri-profilli obyektlərin ərazidən kənara çıxarılması.



1.Muzeyin yaradılması konsepsiyasının təsdiq edilməsi; 2. Eksponatların qiymətləndirilməsi və satın alınması üzrə fond-satınalma komissiyasının yaradılması; 3. Muzeyin Tematik Planının hazırlanması; 4. Muzeyin mülkiyyətinə keçməli olan eksponatların siyahısının tərtib edilməsi.



  • Muzeyin layihələndirilməsinin texniki tapşırıqlarının hazirlanması;

  • Neft muzeyi kompleksinin dizayn-memarliq layihəsi üzrə müsabiqənin keçirilməsi;

  • Neft muzeyi kompleksinin layihəsi tenderinin keçirilməsi;

  • Muzeyin inşası ilə bağlı məsələlərin müvafiq təşkilatlarla razılaşdırılması.



Neft Muzeyinin Əsasnaməsinin təsdiqi.

    • Əsasnamə özündə aşağıdakı məlumatları əks etdirməlidir:
    • muzeyin adı, statusu, təsisçiləri, onların hüquq və vəzifələri;
    • təşkilati strukturu, təyinatı və fəaliyyət istiqamətləri;
    • daxil olan vəsaitlərin mənbələri, onlardan istifadə olunması qaydaları, muzey mülkiyyətinin tərkibi, onun yenidən qurulması, ləğvi, ləğv edildiyi halda muzey kolleksiyasının saxlanılması şərtləri;
    • muzeyin fəaliyyətinin digər şərtləri.


Qalib gəlmiş layihənin həyata keçirilməsi üçün fondun yaradılması; Layihənin həyata keçirilməsi, o cümlədən:

          • muzey kolleksiyasının formalaşdırılması;
          • ekspozisiya və elmi işçilərin fəaliyyəti üçün binanın inşası;
          • muzeyin fondunun saxlanması üçün müvafiq yerin (yerlərin) təmin edilməsi;
          • muzeyin normal fəaliyyətini təmin etmək üçün müvafiq maliyyələşmə və kadr məsələlərinin həlli.


Muzeyin yerləşdiyi yer: Bakı şəhəri, Səbail rayonu, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin ərazisi.



Memarlıq həlli

  • Muzeyin binası öz unikallığı və təkrarolunmaz memarlıq üslubu ilə diqqəti cəlb etməli, memarların, landşaft dizaynerlərinin və şəhərsalma mütəxəssislərinin təklifi ilə salınacaq muzey zonaları ilə vəhdət yaratmalıdır.



Ekspozisiya-sərgi fəaliyyəti

  • Muzeyin Konsepsiyasına uyğun olaraq muzeydə mütəmadi sərgi fəaliyyəti həyata keçiriləcəkdir. Bu iş müxtəlif çeşidli tədbirlər və maarifləndirmə işləri ilə birgə aparılacaqdır.

  • Neft muzeyi Azərbaycanda muzey işinin müasirləşməsinə təkan verəcəkdir.



Muzey kompleksinin struktur tərkibi:

  • Eksponatların nümayişi üçün qalereyalar;

  • Bədii layihə məkanları (layihə otaqları);

  • İnformasiya texnologiyaları və kompüter informasiyası zalı;

  • Multipleks tipli kinozallar;

  • İclasların, seminar və konfransların, digər tədbirlərin keçirilməsi üçün zal və otaqlar;

  • Tədris və tədqiqat otaqları; 

  • Kitabxana;

  • Uşaq muzeyi və intellekt klubu;

  • Internet klub;

  • Uşaqlar üçün əyləncə parkı (neft sənayiesi ilə bağlı əyləncələr);

  • Mədəni-maarif təyinatlı parklar kompleksi;

  • Muzey üzvlərinin Klubu;

  • ARDNŞ-nın mərkəzləşdirilmiş arxivi;

  • Kafe; 

  • Neftlə bağlı suvenirlərin satilacağı mağazalar;

  • Qonaq evi;

  • Muzey ərazisində hərəkət edən nəqliyyat üçün, xidməti və qonaq maşınları üçün avtopark.



Turizm mərkəzi

  • Muzey həmçinin Azərbaycanın qonaqları üçün turizm mərkəzinə çevriləcəkdir. Muzey binasında turistləri Azərbaycanın mədəni və təbii sərvətləri ilə tanış edəcək xüsusi ekspozisiya nəzərdə tutulacaqdır. Bu ekspozisiyada zəruri servis də daxil olmaqla, multimediya rejimində əsas turizm informasiyası təqdim ediləcəkdir.



Muzeyin funksional strukturu

  • Muzeyin funksional strukturu ümumi sahəsi 45 000 kv.m olan açıq zonadan, sahəsi 10 000 kv.m olan əsas və inzibati binalara bölünən qapalı zonadan ibarətdir.



Açıq zonalar - neftin təşəkkülünü və Azərbaycanın neft sənayesinin inkişafının müxtəlif mərhələlərini özündə əks etdirəcəkdir:



2. Zərdüştlüik dövrünün parkı – 1964-cü ildə Qız Qalasının yaxınlığında aşkar edilmiş, yaşı 4 min ildən çox olan əbədi müqəddəs alov mehrabının maketinin, Atəşgah və Yanardağ Məbədlərinin analoqlarının nümayiş etdirilməsi

  • 2. Zərdüştlüik dövrünün parkı – 1964-cü ildə Qız Qalasının yaxınlığında aşkar edilmiş, yaşı 4 min ildən çox olan əbədi müqəddəs alov mehrabının maketinin, Atəşgah və Yanardağ Məbədlərinin analoqlarının nümayiş etdirilməsi



3. Döyüşçülərinin işıqlandırma üçün istifadə etdikləri Abşeron neftini tuluqlarda və gil qablarda daşıdıqları Makedoniyalı İsgəndər dövrünün parkı

  • 3. Döyüşçülərinin işıqlandırma üçün istifadə etdikləri Abşeron neftini tuluqlarda və gil qablarda daşıdıqları Makedoniyalı İsgəndər dövrünün parkı



4. Neftin karvanlarla Bakıdan Böyük İpək Yolu ilə Yaxın Şərq ölkələrinə daşınması dövrünün parkı

  • 4. Neftin karvanlarla Bakıdan Böyük İpək Yolu ilə Yaxın Şərq ölkələrinə daşınması dövrünün parkı



5. Neftin şəhər və qalaların mühafizəsi zamanı hərbi-müdafiə məqsədləri ilə, eləcə də məişətdə istifadəsi dövrünün parkı

  • 5. Neftin şəhər və qalaların mühafizəsi zamanı hərbi-müdafiə məqsədləri ilə, eləcə də məişətdə istifadəsi dövrünün parkı



6. Neftin kəhriz üsulu ilə hasilatı dövrünün parkı – Abşeronda ilk neft mənbəyi hesab edilən, 1594-cü ildə Allahyar Məmmədəli Nur oğlunun Balaxanıda qazılmış, dərinliyi 35 metr olan neft quyusunun, eləcə də Bibiheybət Buxtasında, dəniz sahilinin 18 və 30 metrliyində yerləşən, 1803-cü ildə ilk dəfə neftin dəniz hasilatının həyata keçirildiyi iki quyunun imitasiyası

  • 6. Neftin kəhriz üsulu ilə hasilatı dövrünün parkı – Abşeronda ilk neft mənbəyi hesab edilən, 1594-cü ildə Allahyar Məmmədəli Nur oğlunun Balaxanıda qazılmış, dərinliyi 35 metr olan neft quyusunun, eləcə də Bibiheybət Buxtasında, dəniz sahilinin 18 və 30 metrliyində yerləşən, 1803-cü ildə ilk dəfə neftin dəniz hasilatının həyata keçirildiyi iki quyunun imitasiyası



7. Neftin sənaye üsulu ilə hasilatının başlanğıc dövrünə həsr olunmuş park – Neftin tartal üsulu ilə hasilatı üçün nəzərdə tutulmuş taxta neft buruğunun, zərbəli qazıma dəzgahının və sair avadanlığın nümayiş etdirilməsi (bunlardan əlavə, muzey ərazisində yerləşən və fəaliyyətdə olan neft hasil edən quyular saxlanacaq və onların istismarı davam edəcək).

  • 7. Neftin sənaye üsulu ilə hasilatının başlanğıc dövrünə həsr olunmuş park – Neftin tartal üsulu ilə hasilatı üçün nəzərdə tutulmuş taxta neft buruğunun, zərbəli qazıma dəzgahının və sair avadanlığın nümayiş etdirilməsi (bunlardan əlavə, muzey ərazisində yerləşən və fəaliyyətdə olan neft hasil edən quyular saxlanacaq və onların istismarı davam edəcək).



Qapalı zonalar – muzeyin binası, o cümlədən:

  • 1. Daimi və müvəqqəti (dəyişilən) muzey ekspozisiyaları üçün sərgi otaqları və müvəqqəti sərgilər üçün qalereyalar;



2. Kitab mağazasını, bədii layihə məkanlarını, tədbirlərin keçiriləcəyi zonaları (multifunksional otaq, konfrans zalı), kafeləri, kitabxananı, kinozallarini və muzey mağazalarını birləşdirən geniş foye. Muzey mağazalarında ənənəvi çeşiddən əlavə hazırlanması zamanı neftdən istifadə olunmuş əşyalar da satılacaqdır.

  • 2. Kitab mağazasını, bədii layihə məkanlarını, tədbirlərin keçiriləcəyi zonaları (multifunksional otaq, konfrans zalı), kafeləri, kitabxananı, kinozallarini və muzey mağazalarını birləşdirən geniş foye. Muzey mağazalarında ənənəvi çeşiddən əlavə hazırlanması zamanı neftdən istifadə olunmuş əşyalar da satılacaqdır.

  • 3 . Maarifləndirmə xidmətləri ilə əlaqəli Uşaq muzeyi;

  • 4. Elmi-tədqiqat Mərkəzi;

  • 5. Daxili infrastruktur: muzeyin fondları, bərpa sexləri və digər emalatxanalar, saxlanclar, çatdırma və yükləmə xidmətləri;

  • 6. Müdiriyyət.



Eksponatların xarakteri:

  • Qədim qazıma avadanlığı, taxta neft buruqları, qazıma buruğunun işləyən modeli, neft quyularından çıxarılmış neft və dağ süxurlarının nümunələri, topoqrafik xəritələr, neft kəşfiyyatında iştirak edən şirkətlər haqqında məlumat, ölkənin neft hasilatı sənayesinin tarixi haqqında sərgilər, müxtəlif avadanlıqların nümunələri, sənədlər, köhnə şəkillər, neft platformalarının işləyən modelləri və ya maketləri, unikal arxiv şəkilləri, hazırlanmasında neftdən istifadə olunmuş xalq istehlakı malları və əşyaları.

  • Müalicəvi naftalan neftinin tarixini əks etdirən geniş sərgi stendləri.



İnformasiya texnologiyaları və kompüter informasiyası

  • Bu bölmədə neft və neft yataqları haqqında açıq kompüter informasiyalarının toplanması və sistemləşdirilməsi həyata keçiriləcək, 3D max proqramı ilə təchiz olunmuş internet klubu fəaliyyət ğöstərəcək.



Muzeyin əsas məlumat bazasında Azərbaycanın bütün, eləcə də yaxın və uzaq xarici ölkələrin bir çox yataqları haqqında coğrafi, geoloji, kimyəvi və texnoloji məlumatlar yerləşdiriləcəkdir. Muzeydə onlarla mədən və yataq barədə kartoqrafik və cədvəl materialları da olacaqdır. Muzeyin Elmi-tədqiqat Mərkəzində hazırlanacaq proqram paketlərindən istifadə olunacaq. Muzeyin eksponatları, kompüterin yaddaşına daxil edilən məlumat və neft nümunələrinin “dosyeləri” muzeyin əməkdaşları və elmi-tədqiqat mərkəzləri ilə birgə hazırlanacaqdır. İnformasiya texnologiyaları və kompüter informasiyası bölməsi həm də muzeyin Elmi-tədqiqat Mərkəzi tərəfindən hazırlanmış fandreyzinq strategiyasının həyata keçirilməsi üçün məlumat bazasının yaradılması ilə məşğul olacaq.

  • Muzeyin əsas məlumat bazasında Azərbaycanın bütün, eləcə də yaxın və uzaq xarici ölkələrin bir çox yataqları haqqında coğrafi, geoloji, kimyəvi və texnoloji məlumatlar yerləşdiriləcəkdir. Muzeydə onlarla mədən və yataq barədə kartoqrafik və cədvəl materialları da olacaqdır. Muzeyin Elmi-tədqiqat Mərkəzində hazırlanacaq proqram paketlərindən istifadə olunacaq. Muzeyin eksponatları, kompüterin yaddaşına daxil edilən məlumat və neft nümunələrinin “dosyeləri” muzeyin əməkdaşları və elmi-tədqiqat mərkəzləri ilə birgə hazırlanacaqdır. İnformasiya texnologiyaları və kompüter informasiyası bölməsi həm də muzeyin Elmi-tədqiqat Mərkəzi tərəfindən hazırlanmış fandreyzinq strategiyasının həyata keçirilməsi üçün məlumat bazasının yaradılması ilə məşğul olacaq.



Elmi-tədqiqat Mərkəzi

  • Muzeyin nəzdində Elmi-tədqiqat Mərkəzi yaradılacaqdır. Bu Mərkəzdən Azərbaycanın ərazisində neftdən istifadə ilə bağlı bir çox suallarla əlaqədar qərarların qəbul olunması üçün informasiya təminatının mənbəyi kimi istifadə ediləcək.

  • Əsas tədqiqat predmetləri neftin öyrənilməsi və istifadəsi tarixi, neft yataqların kəşfi və istifadəsi, neft və qaz yataqlarının axtarılmasında, qazılmasında və işlənməsində elmi-texniki tərəqqinin təbliğatı, Azərbaycan ərazisində neft bazasının inkişafı perspektivləri, ekologiya, yerin təkinin və ətraf mühitin mühafizəsi və sair olacaqdır.

  • Elmi-tədqiqat mərkəzi, eləcə də ölkənin neft idarələrinə peşəkar məsləhətlər verəcək, muzeyin fandreyzinq strategiyası ilə məşğul olacaqdır.



Audiovizual vasitələr.

  • Muzeydə interaktiv sərgilər, video, işlək modellər, oyunlar, fotolar və s. nümayiş etdiriləcəkdir. Neft mövzusuna uyğun daimi eksponatlardan başqa neft sahəsi ilə bağlı incəsənət və tarix nümunələri, elmi nailiyyətlər, diaqramlar, tarixi eksponatlar və maddi mədəniyyət əşyalarının əsilləri, Azərbaycanın neft şirkətləri, Əsrin Müqaviləsinə qatılmış xarici neft şirkətləri, eləcə də mədənlərin və neft qəsəbələrinin gündəlik həyatı barədə məlumat verən eksponatlar təmsil olunacaqdır;

  • Vulkanların fəallaşması dövrü – planetdə baş verən tektonik dəyişmələrin, Abşeron ərazisində palçıq vulkanlarının əmələ gəlməsinin, o cümlədən Yer kürəsi qabığının müxtəlif dərinliklərində neftin yaranmasına gətirən proseslər nümayiş etdiriləcəkdir;

  • Qobustan qaya şəkillərində oda sitayişi əks etdirən daşlarin imitasiyası göstəriləcəkdir. Azərbaycan neftinin, ayrı-ayrı neft yataqlarının mənimsənilməsi tarixi əks olunacaqdır;

  • Seyrçi xüsusi düyməni basmaqla neft hasilatının canlı şahidi ola biləcəkdir;

  • Muzeyin ərazisində yerləşən və neft hasil edən bir neçə real neft quyusundan da istifadə edilməsi nəzərdə tutulur;

  • Muzeydə həm də neft emalı, maşınqayırma və neft kimyası sənayelərinin inkişafının başlanğıc dövrünün tarixi göstəriləcəkdir.



Muzeyin maliyyələşmə mənbələri:

  • Fandreyzinq (əlavə maliyyə mənbələrinin tapilması –donor təşkilatları, xeyriyyə fondları və s.);

  • muzey mağazaları,

  • qonaq evi;

  • korporativ və fərdi üzvlük institutu;

  • şəxsi ianələr;

  • muzey və sərgilərə giriş haqları;

  • təşkilat, idarə və müəssisələrin, eləcə də ayrı-ayrı vətəndaşların sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və digər görülmüş işlərin müqabilində daxil olan vəsaitlər;

  • reklam və suvenir məhsullarının satışından, nəşriyyat fəaliyyətindən əldə edilən gəlirlər;

  • muzey ərazisində video və foto çəkilişlərin aparıldığı üçün ödəmələr.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə