Бакалавр щazırlыьы цчцн “marketinq təDQİqatlari” фяннинин т я д р и с п р о г р а м ы


Mювзу 5. Mаркетинг тядгигатында юлчмяляр



Yüklə 121 Kb.
səhifə4/9
tarix07.04.2023
ölçüsü121 Kb.
#104518
1   2   3   4   5   6   7   8   9
Market.-tedqiqat.

Mювзу 5. Mаркетинг тядгигатында юлчмяляр
Marketinq tədqiqatlarında informasiyaların və ölçmələrin yazılması üçün istifadə edilən formalar.Anket məlumatların yazılması forması kimi. Anketlərin funksiyaları. Anketlərin işlənib hazırlanması prosesi və onun mərhələləri. Müşa-hidənin nəticələrinin yazılması üçün formaların işlənib hazırlanması.
Marketinq tədqiqatları obyektlərinin xarakteristikaların ölçülməsi problemi. Obyektlərin obyektiv və subyektiv xarakteristikaları. Tədqiqat obyektlərinin xarak-teristikalarının ölçülməsi məqsədi liə tətbiq olunan şkalalar: nominal, sıra, interval və nisbi şkalaları. Müxtəlif şkalaların tətbiqi vasitəsi ilə toplanmış məlumatlar üzərində mümkün olan statistik əməliyyatlar.
Marketinq tədqiqatlarında tədqiqat obyektinə münasibətin ölçülməsi məqsədi ilə sualların formalaşdırılması. Tədqiqat obyektinə münasibtin müəyyənləşdirilməsi məqsədi ilə tətbiq olunan şkalalar: özünə hesabat şkalası; ranjirləşdirmə şkalası; cüt-cüt müqaisə metodu; sabit cəm metodu; semantik differensial şkala; qavrama şkalası və s.
Mювзу 6. Sечмянин лайищяляндирилмяси вя мялуматларын йыьылмасы
Marketinq tədqiqatlarında seçmə metodunun tətbiqinin zərüriliyinin əsas-landırılması. Seçmənin tipləri: ehtimallı və qeyri-ehtimallı seçmələr.
Ehtimallı seçmə növləri: sadə təsadüfi; təbəqələşmiş seçmə; qrup seçmə və s.
Qeyri-ehtimalı seçmə növləri: təsadüfi(reprezentativ olmayan) seçmə, bilərək-dən seçmə və kvota seçmə.
Seçmənin layihələndirilməsi və onun mərhələləri: baş məcmunun element-lərinin dəqiqləşdirilməsi; seçmənin əsaslarının müəyyənləşdirilməsi; seçmə qayda-larının müəyyənləşdirilməsi;seçmə həcminin müəyyənləşdirilməsi;seçmə məc-muya elementlərin ayırılması;seçmə məcmuya ayırılmış elementlərin “müayinə”si.
Seçmə məcmunun həcminin müəyyənləşdirilməsi və ona yanaşmalar: baş məcmunun elementlərinin müəyyən faizinin seçmə məcmuya ayırılması; baş məcmunun müəyyən sayda elementlərinin seçmə məcmuya ayırılması; marketinq büdcəsindəki vəsaitlərə əsaslanmaqla seçmə məcmunun həcminin müəyyənləş-dirilməsi; statistik təhlil əsasında seçmənin həcminin müəyyənləşdirilməsi.
Məlumatların yığılmasının təşkili və və ona yanaşmalar. Məlumatların yığılması zamanı baş verən xətalar və onların növləri. Yığılan məlumatların keyfiyyətinə nəzarətin təşkili.

Yüklə 121 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə