Baki 2022 Fakültə: Mexanika -riyaziyyat Qrup: Rm-116 Tələbə: Soltanov Raidə



Yüklə 442,47 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix15.03.2022
ölçüsü442,47 Kb.
#84510
  1   2
BAKI 2022-converted



 

 

 



 

 

 

BAKI 2022 

Fakültə:Mexanika

-riyaziyyat

Qrup:Rm-116

Tələbə: Soltanov Raidə

Mövzu: Təhsildə İKT

-nin rolu . 

Distant təhsil


Hazırda  respublikamızda  bütün  sahələrdə  mütəxəssislərin  informasiya  və 

kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək 

bacarığına çox böyük önəm verilir. Hamı razılaşar ki, İKT savadı olmayan şəxsin bu 

gün dövlət və ya özəl sektorlarda perspektivli iş tapması yalnız təsadüf nəticəsində 

mümkündür.  İKT  biliyinə  mükəmməl  yiyələnməyin  ən  yaxşı  yolu  isə  elə  orta 

məktəbdən başlayır. İbtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması, 

şagirdlərə  ənənəvi  dərslərlə  yanaşı  ilkin  informatik  biliklərin  öyrədilməsi, 

məktəblilərin  kompyuterlə,  internetlə  işləməyə  psixoloji  hazırlanması  uşaqların 

savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynaya bilər. 

Qeyd  etmək  lazımdır  ki,  ümumilikdə  təhsil  sisteminin  İKT  əsasında 

təkmilləşdirilməsi  informasiya  cəmiyyətinin  əsas  xüsusiyyətlərindən  biridir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il 

tarixində  təsdiq  etdiyi  “Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəblərinin 

informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci 

illər)” ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində 

ölkə  başçısı  tərəfindən  qəbul  edilmiş  “2008-2012-ci  illərdə  Azərbaycan 

Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə 

İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni 

təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil 

sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya 

qoyub. 

Artıq  təhsil  sisteminin  informasiyalaşdırılması  ilə  əlaqədar  əsas  hədəflər 

müəyyənləşdirilmiş,  nəzərdə  tutulan  tədbirlərin  xeyli  hissəsi  həyata  keçirilmişdir. 

Əlamətdar hadisələrdən biri odur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 

2010-cu ili ölkəmizdə “Təhsildə İKT ili” elan edib və bu kampaniya çərçivəsində 

konfranslar,  seminarlar,  müxtəlif  stimullaşdırıcı  və  həvəsləndirici  aksiyalar, 




müsabiqələr  həyata  keçirilir.  Təqdirəlayiq  haldır  ki,  bu  işlərdə  müxtəlif  fondlar, 

şirkətlər,  firmalar  da  yaxından  iştirak  edirlər.  Məktəblərin  İKT  avadanlığı,  o 

cümlədən  kompyuter,  noutbuk,  interaktiv  lövhələr  ilə  təchizatı  isə  hazırda  uğurla 

davam etdirilir. 

Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli 

məktəbin  pedaqoji  heyəti  qarşısında  da  yeni  tələblər  və  vəzifələr  qoyur.  Bu  gün 

pedaqoji  professionallığın  informatik  keyfiyyətini  artırmadan  İKT-nin  təhsil 

sisteminə  səmərəli  tətbiqinə  nail  olmaq  qeyri-mümkündür.  Bu  səbəbdən 

müəllimlərin  tək  öz  seçdikləri  fundamental  biliklər,  pedaqogika  və  psixologiya 

sahəsində  deyil,  həm  də  informasiya  sahəsində  yenidən  təlim  alması  olduqca 

aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur 

məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, 

şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq 

etmək tələb olunur. 

 



Tədrisdə  yeni  texnologiyalardan  müvəffəqiyyətlə  istifadə  edən  müəllimlərin 

sözlərinə  görə,  İKT  vasitələri  öz  geniş  imkanları  ilə  təhsil  prosesini  xeyli 

sadələşdirir, onu dinamik və çevik edir. “Müəllim - şagird - dərslik” tədris modelinə 

kompyuterin  də  əlavə  edilməsi  tədris  prosesini  individual  proqram  üzrə  təşkil 

etməyə,  uşağın  dərsə  marağını  və  istəyini  stimullaşdırmağa  imkan  verir. 

Kompyuterlə  aparılan  dərslər  uşaqlar  üçün  çox  cəlbedici  və  yaddaqalan  olur. 

Multimedia  vasitələri,  avtomatlaşdırılmış  öyrədici  sistemlər,  kompyuter  tədris 

proqramları,  animasiya  qrafikası,  rəngarəng  illüstrasiyalar  uşaqların  idrak 

aktivliyinə  müsbət  təsir  göstərir  və  yekun  etibarilə  şagirdlərin  olimpiadalarda, 

müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır. 

Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən 

birini,  onun  əyaniliyini  təmin  edir.  Elektron  lövhənin  sensorlu,  yəni  hissiyyatlı 

səthinə  xüsusi  qələmlə  və  ya  barmaqla  yavaşca  toxunmaqla  onun  üzərində 

kompyuterdə  mümkün  olan  bütün  əməliyyatları  interaktiv  rejimdə  aparmaq  olar. 

“Ağıllı”  lövhə,  həmçinin  kompyuterə  qoşulan  mikroskop,  skaner,  pəqəmli 

fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə 

qəbul  edə  bilir  ki,  bu  da  məktəblərdə  virtual  laboratoriyaların  təşkilində  mühüm 

əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi 

proseslərin  izahını  və  videogörüntülərini,  müxtəlif  cihazların,  qurğuların,  texniki 

vasitələrin işləmə prinsiplərini “möcüzəli” ekranda izləyə bilərlər. Bu isə şagirdlərin 

nəzəri-metodoloji  biliklərini,  praktiki  bacarıq  və  təcrübələrini  inteqrasiya  etməklə 

tədrisi  xeyli  canlandırır,  uşaqlarda  yaradıcı  yanaşma,  düşünmə,  təşəbbüskarlıq, 

tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır. 

“Ağıllı” lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun 

üzərində  aparılan  bütün  əməliyyatları,  dərsin  gedişini,  hazırlanmış  şablonları, 

modelləri kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. 




Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan 

uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin 

elektron  variantı  ilə  sonradan  tanış  ola  bilər  və  ya  təlimdən  geri  qalanlar  həmin 

materialı tam qavrayana kimi təkrar-təkrar kompyuterdə izləyə bilərlər. 

İKT-nin  imkanlarından  tədrisdə  uğurla  istifadə  edən  müəllimlər  qeyd  edirlər  ki, 

interaktiv  rejimdə  keçilən  dərslərdə  şagirdlərin  mərkəzi  fiqur  olması  təmin  edilir. 

Müəllim,  əsasən,  şagirdin  konsultantı,  onun  fərasətini  və  orijinal  bacarığını 

qiymətləndirən,  şagirdi  aktivliyə,  müstəqilliyə,  təşəbbüskarlığa  həvəsləndirən 

rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün 

tapşırıqlarını  yerinə  yetirməkdə  həvəsli  olurlar.  İnteraktiv  rejimdə  keçilən  dərslər 

bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru 

olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Bəzən olur ki, adi 

dərslərdə suala səhv cavab verən şagird digər uşaqların yanında müəllimin ona etdiyi 

məzəmmətə  ağrılı  reaksiya  verir  və  sıxıntı  hissləri  keçirir.  İnteraktiv  rejimdə  isə 

müəllim  şagirdin  etdiyi  səhvləri  bütün  sinifə  deyil,  onun  özünə  fərdi  qaydada 

göstərməklə səhvlərin nədən ibarət olduğunu və onları necə düzəltməyi çox aydın 

başa sala bilər. Belə tədris uşağın özünə inamını artırmaqla bərabər, həm də onda 

olan  psixoloji  maneələri  və  fənn  qarşısındakı  qorxunu  yox  edir.  Məlumdur  ki, 

birdən-birə  ev  şəraitindən  məktəb  mühitinə  düşən  uşaqların  ilk  vaxtlar  yüksək 

emosiya  dərəcələri  ciddi  təhsil  prosesləri  çərçivəsində  boğulur.  İnteraktiv  dərslər 

belə  emosiyaların  boşalmasına  xidmət  etməklə  təhsilin  motivasiyasını  daha  da 

yüksəldir.  1-4-cü  sinif  şagirdlərinin  güclü  əyani,  bədii,  canlı  təfəkkürə  malik 

olduğunu  nəzərə  alsaq,  onlar  üçün  keçilən  dərslərdə  uşaqların  görmə,  eşitmə 

duyğularını,  emosiya  və  təsəvvürlərini  cəlb  edən  metodların  istifadə  edilməsi 

olduqca əhəmiyyətə malikdir. Dərslərin məhz interaktiv rejimdə deyilməsi bu işdə 

çox faydalı olur. İnformatikanın əsaslarının ibtidai siniflərdə təlimi artıq 3 və 4-cü 




siniflərdə  şagirdlərə  mətn  redaktorlarında  elementar  işləri  görmək,  İnternet 

şəbəkəsində  axtarışlar  aparmaq,  Power  Point  proqramında  sadə  prezentasiyalar 

yaratmaq imkanı verir. 

Bunlardan  əlavə,  müəllimlər  İKT-nin  köməyi  ilə  bir  dərs  prosesində  müxtəlif 

hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə 

qavrama  qabiliyyətlərinə  uyğun  tapşırıqlar  verə  bilər.  Uşaqların  sinifdə  statusuna 

uyğun  onları  qruplara  ayırmaqla  kompyuterdə  optimal  iş  rejimi  də  qurmaq  olar. 

Müəyyən  fənlər  üzrə  məsələlərin,  tədqiqat  xarakterli  çalışmaların  həllində  belə 

qruplaşdırma xüsusi effekt verir. Kompyuter qarşısında təhsil alan şagird materialın 

verilmə və mənimsəmə sürətini özünə rahat formada müəyyənləşdirə bilər. Öz sürət 

rejimində uşağın işləməsi yaxşı nəticə verir, onun özünə inamı artır, bu isə təlimə 

əlverişli  psixoloji  atmosfer  verir.  Müəllimin  verdiyi  suala  sinifdəki  şagirdlərin 

hamısı  kompyuter  vasitəsilə  eyni  zamanda  cavab  verməklə  dərs  prosesində  aktiv 

iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub 

saxlaya bilirlər. 

Təhsildə İKT-nin bir faydalı cəhəti də var ki, istedadlı pedaqoqlar kompyuter 

vasitəsilə  öz  tədris  işlərini  və  yaradıcılıq  fəaliyyətlərinin  nəticələrini 

individuallaşdıra  bilirlər.  Müəllim  standart  dərsliklərdə  olmayan,  özü  tərəfindən 

düşünülmüş  maraqlı  məsələ  və  tapşırıqları  kompyuterdə  prezentasiya  şəklində 

hazırlaya bilər. Pedaqoji praktikada toplanmış təcrübələr əsasında hazırlanmış belə 

materiallar digər müəllimlər üçün də çox faydalıdır. Yeri gəlmişkən, bu yaxınlarda 

Təhsil  Nazirliyinin  həyata  keçirdiyi  “Elektron  təhsil”  respublika  müsabiqəsi  də 

göstərdi  ki,  istedadlı  müəllimlərin  hazırladıqları  elektron  layihələr,  dərsliklər, 

internet resursları olduqca maraqlı və dəyərlidirlər. http://musabiqe.edu.az/ saytında 

yerləşdirilmiş  bu  layihələrin  çoxundan  tədris  zamanı  əlavə  elektron  dərslik  kimi 

istifadə etmək olar. 




Təhsil  sisteminin  informasiyalaşdırılmasında  əsas  vəzifələrdən  biri  də  ölkə 

miqyasında müəllimlərin, şagirdlərin, valideynlərin və təhsillə maraqlanan hər bir 

kəsin  mənafeyinə  xidmət  edən,  özündə  təhsil-tərbiyə  proseslərinin  müxtəlif 

aspektləri barədə məlumatları cəmləşdirən vahid təhsil şəbəkəsinin yaradılması və 

təhsil müəssisələri arasında operativ informasiya mübadiləsinin təmin edilməsidir. 

Bu  istiqamətdə  hər  məktəbin  internet  saytının  yaradılması,  həmin  saytda  məktəb, 

pedaqoji heyət, oxuyanlar  haqqında  ətraflı  məlumatların  yerləşdirilməsi, müəllim, 

uşaq  və  valideynlər  üçün  xüsusi  forumların  təşkil  edilməsi,  forumlarda  təhsilin 

aktual problemləri, yeniliklər, təzə kitablar və s. haqqında müzakirələrin aparılması 

mühüm  əhəmiyyətə  malikdir.  Məktəbin  internet  saytında  dərs  planlarının, 

cədvəllərinin,  məktəbdə  keçiriləcək  tədbirlər  barədə  məlumatların  və  soraq 

xarakterli  informasiyaların  yerləşdirilməsi  də  məqsədəuyğundur.  Vahid  təhsil 

şəbəkəsinin ümumdünya informasiya məkanına inteqrasiya etdirilməsi isə müəllim 

və  şagirdlərin  təhsil  üçün  faydalı  olan  dünya  internet  resurslarına  daxil  olmasına, 

virtual kitabxanalardan, fayl arxivlərindən, verilənlər bazasından istifadə etməsinə 

və  xarici  təhsil  müəssisələri  ilə  yaxından  əlaqə  saxlamasına  əlverişli  şərait 

yaradacaqdır.  Valideynlər  təhsil  şəbəkəsindən  öz  uşaqlarının  davamiyyəti  və 

müvəffəqiyyəti barədə də operativ informasiya ala biləcəklər. 

Bütün  bunlardan  əlavə,  İKT  istifadə  etməklə  təhsildə  idarəetməni  də  xeyli 

təkmilləşdirmək  mümkündür.  Administrasiya  sistemində  tez-tez  təkrar  olunan 

əməliyyatları  müəyyənləşdirməklə  onları  avtomatlaşdırmaq  olar.  Məktəbin 

informasiya  bazasında  toplanmış  məlumatları  analiz  etməklə,  rəhbərlik  tədrisin 

hansı  səviyyədə  getdiyini,  dərs  proseslərinin  necə  keçdiyini  izləyə  bilər  və 

çatışmazlıq aşkar etdikdə operativ tədbirlər görməklə onları aradan qaldıra bilər. 

Göründüyü kimi İKT-nin təhsil sisteminə səmərəli tətbiq etməklə tədris prosesinə 

tamamilə  yeni  ruh,  yeni  nəfəs  vermək,  uşaqlar  üçün  çox  cəlbedici,  onların 




maraqlarına  hesablanmış  sadə  və  keyfiyyətli  yeni  təhsil  modelini  qurmaq  olar. 

Lakin, bütün bunlara nail olmaq göründüyü qədər də asan məsələ deyildir. Bir faktı 

nəzərə almaq lazımdır ki, bu gün texnoloji avadanlığın sürətlə köhnəlməsi prosesi 

gedir. Əgər, əvvəllər məktəblərin yalnız kompyuterlə və internetlə təchiz olunması 

nəzərdə  tutulurdusa,  bu  gün  isə  artıq  söhbət  noutbukların,  interaktiv  lövhələrin 

alınmasından, simsiz rabitə sistemlərinin qurulmasından gedir. Dünya standartlarına 

uyğun müasir növ İKT vasitələrinin alınması isə, təbii ki, böyük maliyyə vəsaiti tələb 

edir. 


Bir  məsələni  də  qeyd  etmək  lazımdır  ki,  təhsil  müəssisələrində  mövcud  olan 

texnologiyadan, o cümlədən kompyuter və internetdən səmərəli istifadə olunmaması 

elektron  təhsil  quruculuğuna  ləngidici  təsir  göstərir.  İKT-nin  sağlamlığa  zərər 

vurması,  uşaqlarda  kompyuter  asılılığının  əmələ  gələ  bilməsi  barədə  cəmiyyətdə 

mənfi  fikirlərin  olması,  elektron  təhsildə  bir  sıra  müəllimlərin  öz  avtoritetlərinin 

aşağı  düşəcəyindən  qorxması,  yaşlı  müəllim  heyətinin  kompyuterdə  işləməyə  az 

meyilli olması da neqativ amillərdəndir. 

Bunlardan  əlavə,  bəzən  məktəblilərin,  xüsusən  yuxarı  sinif  şagirdlərinin 

kompyuterdən  istifadə  qaydalarını  müəllimlərdən  daha  yaxşı  bilməsi  dərs  zamanı 

uşaqların əylənməsinə yol aça bilər. Artıq belə problem MDB məktəblərində ortaya 

çıxır.  Məlum  olub  ki,  bəzi  məktəblərdə  interaktiv  rejimdə  aparılan  tədrislərdə 

şagirdlər  dərslə  deyil,  bir-birlərinə  mesaj  göndərməklə,  çatlaşmaqla  və  ya  oyun 

oynamaqla məşğul olurlar. İnformatik savadı aşağı olan müəllimlərin isə şagirdlərin 

belə  “hiylələrindən”  xəbəri  olmayır.  Ona  görə  də  bu  gün  pedaqoqların  Microsoft 

Windows  XP  əməliyyat  sistemi,  MS  Office  paketi,  multimedia,  qrafika,  dizayn 

proqramları  ilə  yaxından  tanış  olması,  interaktiv  lövhədə  işləmək  və  internetdən 

səmərəli  istifadə  etmək  qaydalarını  yaxşı  bilməsi  artıq  zamanın  tələbidir. 

Kompyuterin  bütün  incəliklərinə  dərindən  bələd  olmaq  üçün  pedaqoqlar 




dərsdənkənar əlavə vaxt və xeyli enerji sərf etməlidir. Ona görə də onların əməyini 

hər hansı bir formada stimullaşdıran sistemin olması da məqsədəuyğun olardı. 

Hazırda  informasiya  cəmiyyətinə  istiqamətlənmiş  yolu  bəşəriyyətin  gələcəyinə 

gedən  yol  kimi  dəyərləndirirlər.  Digər  sahələrdə  olduğu  kimi,  İKT  sahəsində  də 

regionda  liderlik  edən  Azərbaycan  bu  yolla  uğurla  irəliləyir.  Artıq  alimlərin 

proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların 

əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün 

respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni 

zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya 

toplamaq,  analiz  etmək,  ötürmək  qabiliyyətinin  formalaşdırılması  balalarımızın 

gələcəkdə  informasiya  cəmiyyətinin  qiymətli  üzvlərinə  çevrilməsində  mühüm  rol 

oynaya bilər. 

 

Təhsil  sisteminin  informasiyalaşdırılmasının   əsas  məqsədi  müasir  informasiya 



mədəniyyətinə malik  şəxsiyyətlər  yetişdirmək,  ölkədə  vahid  təhsil  və  informasiya 

mühitini formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından istifadə 

etməklə aşağıdakıları təmin etməlidir:   

        Təhsilin keyfiyyətinin artırılması; 



        Yeni informasiya mədəniyyətinin formalaşdırılması; 

        Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi; 



        Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil 

məkanına  inteqrasiyasının təmin edilməsi. 



Göstərilən məqsədlərə nail olmaq  üçün aşağıdakı mühüm vəzifələrin kompleks 

şəkildə həll olunması zəruri şərtlərdəndir: 

         Vahid  təhsil-informasiya  sisteminin  yaradılması.  Bu  sistem  bütün  səviyyəli 



təhsil və informasiya  sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, 

metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir; 

         İnformasiya  texnologiyalarının  tədris  prosesinə  inteqrasiyasının  təmin  edil-



məsi.  Milli  elektron  dərsliklərin  hazırlanması  və  onların tədris  prosesində  tətbiqi, 

ənənəvi  dərs  vəsaitləri  ilə  inteqrasiyası,  habelə  köməkçi  metodiki  vasitələrin 

hazırlanması. Keyfiyyətin  təmin  edilməsi,  tədris  məqsədli  informasiya 

texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası; 

        Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq 



sisteminin və resurs mərkəzinin yaradılması; 

         Təhsil  ocaqları  üçün  pedaqoji  və  İKT  kadrlarının  hazırlanması  sisteminin 



yaradılması.  Onlara  tədris  prosesində  ən  yeni  informasiya  texnologiyalarından 

istifadə etmək bacarığının aşılanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT 

bacarıqlarına  yiyələnmək imkanının yaradılması; 

        Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet/İntranet şəbəkəsi ilə 



təmin olunması; 

        İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid standart 



kimi tətbiq olunması; 

        Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya 



texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;    


         Təhsil  sahəsində  dövlət  idarəçiliyi  və  tənzimləmə  sisteminin  vahid  infor-

masiya infrastrukturunun yaradılması; 

         İnformasiya  təhlükəsizliyinin  təmin  olunması  və  təhlükə  doğuran  halların 



aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali 

proqramlardan istifadə olunmasına keçid.  




Yüklə 442,47 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə