Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə57/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   53   54   55   56   57   58   59   60   ...   204

102 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

Mihri Müşfik'in "kadın sanatçı" kimliği "kadın" kimliğinin oluşumunun sonucu ortaya çıkmış bir 

kimliktir.  Mihri  Müşfik,  Osmanlı'dan  Cumhuriyet'e  geçiş  döneminin  tüm  çalkantı  ve  dinamiklerini,  ait 

olduğu  sosyal  sınıf  ve  ilişkilerden  dolayı  kaçınılmaz  olarak  içselleştirmiş  olan  bir  kimliğe  sahiptir. 

Toplumsal  cinsiyet  ideolojisinin  dönüşümüne  denk  gelen  bir  tarihsel  süreçte  yetiştiği  gibi,  değişim 

sancılarının  yaşandığı,  yeni  toplumsal  ve  kişisel  ideallerin  benimsendiği  bir  ortamda  yaşamıştır. 

Cumhuriyet ideolojisi ve Atatürk'ün kişi "kült"ü sanatçının kimliğinin şekillenmesinde dinamik bir gücü 

temsil  eden  bir  inançtır.  Müşfik,  sanatçı  olabilmesinin  alt  yapısını  hazırlayan  kültür  birikimini  ve 

sosyalleşmesini  sağlayan  eğitimi,  Osmanlı'nın  batılılaşmayı  benimsemiş  varlıklı  ve  kültürlü  bir ailesine 

mensup olmakla elde etmiştir. Tarihsel dönemlere göre keskinleşebilen veya görece azalan cinsel ayırım 

ve  baskı,  kadının  sanattaki  rolünü  derinden  etkilemiştir.  Mihri  Müşfik'in  sanatçılığının  sanat  ortamında 

kabul  görmesi,  tarihsel  dönemin  toplumsal cinsiyet ideolojisi  ve  dönemin  sanat  ortamının  ve  sanatçılık 

anlayışının özellikleriyle açıklanır.  

Müşfik Tanzimatla birlikte başlayan, Meşrutiyet'le gelişen ve Cumhuriyet'in ilanıyla devam eden 

ve  Osmanlı/Türk  Aydınlanması  olarak  anılan  batılılaşma/modernizm  hareketiyle  tanımlanan  dönemde 

yetişmiş bir kadın birey ve kadın sanatçı olarak; sanatını yaşadığı ve içselleştirdiği bir kültür birikimine 

dayandığını savunmuştur. Bu duruşuyla, kısaca, yaşamı, yapıtları ve öncü kimliği ile tarih içinde sosyal 

ve  sanatsal  açıdan  önemli  bir  yer  edinmiş  olan  sanatçı,  bugün  bile  gençlere  ilham  vermekte  ve  örnek 

oluşturmaktadır. 



Resimler 

 

Resim 1. “Atatürk”, 1922 Resim 2. “Nü”, 1914 Resim 3. “Çingene”, 1922

 

 

Resim 4. “Letta Hanım”, 1911-12 Resim 5. “Naile Hanım”, 1908-09 Resim 6. "Genç Kadın 



Portresi"

 

 

Resim 7. “Bebek Portresi" Resim 8. “İstakozlu Naturmort” Resim 9. “Yaşlı Kadın Portresi” 



KAYNAKÇA 

Tansuğ, S. (1996). Çağdaş Türk Sanatı, İstanbul: Remzi Kitabevi/Sanat Dizisi 

İleri, S. (1998). Mihri Müşfik: Ölü Bir Kelebek, İstanbul: Oğlak Yayıncılık/Oyun Dizisi  

İleri, S. (2010). Amcazadem Mihri Hanım, İstanbul: www.zaman.com.tr 

İnankur, Z. (2001). The Changing İmage of Women in 19th Century Otoman Painting, 

EJOS, IV. 

Mihri Hanım Biyografisi/Cicassiondiaspora.com 

Halilhan Dostal, (2010)./bugunbugece.com 

Sanat Tarihinde Tutkularıyla Anarşist Bir Kadın: Mihri Müşfik/lebriz.com 



TÜRKIYƏNIN CƏNUBI QAFQAZ SIYASƏTI 

Prof. Gülzar İBRAHİMOVA 

 

Xülasə:  Məqalədə  soyuq  müharibə  sonrası  Türkiyənin  Cənubi  Qafqaz  siyasəti    təhlil  edilir.  Göstərilir  ki, 



Türkiyə  bir  sıra  iqtisadi  və  texniki  sahələrdə  hökumət  və  qeyri-hökumət  səviyyələrində  əməkdaşlığı 

möhkəmləndirmək yolu ilə regionda sabitliyi təmin etmək üçün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 

təsis  edilməsinə  kömək  etmiş,  eləcə  də  Cənubi  Qafqazın  yeni  suveren  dövlətlərinin  iqtisadi  və  siyasi 

müstəqilliyi  üçün  müvafiq  islahatları  dəstəkləmişdir.  Həmçinin  Türkiyənin  Cənubi  Qafqazdakı  proseslərə 

hərbi  yolla  müdaxilə imkanı,  “Qafqaz sabitlik paktı”nın  uğursuzluğu, regional layihələrin əhəmiyyəti, etnik 

qarşıdurmalarda Türkiyənin mövqeyi, ticarət və iqtisadi məsələlər istiqamətində yürütdüyü siyasət şərh edilir. 



Açar sözlər: Cənubi Qafqaz, siyasət, iqtisadi, hərbi, regional layihələr 

Southern Caucasus Policy of Turkey 

Abstract: The  article  deals  with  the  post  cold  war  policy  of  Southern  Caucasus  of  Turkey.  It  is  noted  that 

Turkey  helped establish Black Sea Economic Co-operation Organisation for providing  regional  stability by 

means  of  strengthening  of  co-operation  in  several  economic  and  technical  fields  and  on  governmental  and 

non-governmental  levels.  The  state  also  supported  appropriate  reforms  for  economic  and  political 

independence  of  new  sovereign  states  of  Southern  Caucasus.  The  possibility  of  interference  of  Turkey 

processes in Southern Caucasus by  means of  military, fail of  “Caucasian Stability Pact”, value of regional 

projects, position of Turkey in ethnic confrontation, policy in the spheres of trade and economic  issues are 

discussed. 



Key words: South Caucasus, political, economic, military and regional projects 

Soyuq  müharibədən  sonrakı  dövrdə  Türkiyənin  geosiyasi  və  geostrateji  planda  əhəmiyyətinin 

artması və bu faktın Qərb tərəfindən tanınması Türkiyənin xarici siyasət kursunun Cənubi Qafqazda da 

aparılmasında həlledici amillərdən olmuşdur. Bu, bir neçə səbəblərlə şərtlənirdi. Əvvəla, Rusiya və İran 

tərəfindən regiona aktiv müdaxilə imkanları, eləcə də Rusiyanın Gürcüstan və Ermənistanda hərbi iştirakı 

Türkiyə  üçün  Cənubi  Qafqazın  ilk  öncə  təhlükəsizlik  baxımından  xüsusi  dəyərləndirilməsini  tələb 

edirdi.  İkincisi  isə  isə  siyasi  kontekstdə  türkdilli  dövlətlərin  özünəməxsus  lideri  və  təmsilçisi  olmaqla 

Türkiyə,  avropalıların  nəzərində  öz  mövqelərini  möhkəmləndirə  bilərdi  və  bu  durum  Türkiyənin 

beynəlxalq miqyasda təcridolunma ehtimalını da aradan qaldırardı (21, 463).   

1990-cı illərin  əvvəllərində xarici və daxili vəziyyət Türkiyənin müxtəlif siyasi qüvvələrini xarici 

siyasət  kursunun  hazırlanmasında  iştiraka  sövq  etdi  ki,  bu  da  xarici  siyasi  qərarların  qəbulu  prosesində 

yetərincə mürəkkəblik yaratdı. Konkret nazirliklərin (Mədəniyyət və Energetika nazirlikləri) və ayrı-ayrı 

dövlət şirkətlərinin  (BOTAŞ və TPAO) də XİN-in Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri ilə bağlı 

siyasətinini  dəstəkləməsində  dəyişkən  mövqe  göstərməsi  Türkiyənin  Cənubi  Qafqaz  siyasətinin  qeyri-

ardıcıllığına gətirib çıxartdı.  

1.Türkiyənin  Cənubi  Qafqaz  siyasətində  region  dövlətlərinin  ərazi  bütöblüyü  və  suverenlik 

məsələləri. Türkiyənin Cənubi Qafqazda apardığı siyasət “rəsmi xətt” adlanan istiqaməti yaradan bir sıra 

aparıcı  vəziyyətlərə  əsaslanır  ki,  (25)  burada  region  dövlətlərinin  ərazi  bütövlüyü  və  suverenliyi  ayrıca 

qeyd  olunur.  Türkiyə  Dağlıq  Qarabağ  məsələsində  Azərbaycanı  dəstəkləmiş  və  Gürcüstanın 

parçalanmasının  əleyhinə  çıxmışdır.  Ankara,  həmçinin,  Çeçenistan  və  Şimali  Qafqazın  digər 

rayonlarındakı  proseslərə  qarışmamağa  çalışmış,  Türkiyə  hökumətinin  PKK-ya  qarşı  mübarizəsində 

Moskvanın qisas ala biləcəyindən və bu partiyaya dəstək göstərəcəyindən ehtiyatlanmışdır (21). Türkiyə 

XİN  öz  fəaliyyətini  münaqişələrə  deyil,  əməkdaşlığa  istiqamətlənmiş  hərəkətlər  kimi  təsnif  edir  və 

Qafqazın  hərtərəfli  tərəfdaşlıq  obyekti  olmasına  təkid  edir:  hər  hansı  mübahisəli  vəziyyət  dinc  yollarla 

həll edilməlidir. Bu məqsədlə də Türkiyə ATƏT, BMT və NATO kimi müxtəlif beynəlxalq təşkilatlarla iş 

aparır. Bundan başqa, Türkiyə Qafqazda regional təşəbbüslərin fəal sponsopu qismində çıxış edir. Belə 

ki,  1992-ci  ildə  o,  bir  sıra  iqtisadi  və  texniki  sahələrdə  hökumət  və  qeyri-hökumət  səviyyələrində 

əməkdaşlığı  möhkəmləndirmək  yolu  ilə  regionda  sabitliyi  təmin  etmək  üçün  Qara  dəniz  İqtisadi 

Əməkdaşlıq Təşkilatının (QİƏT) təsis edilməsinə kömək etmişdir.  

                                                      

 Bakı Avrasiya Universiteti 




Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə