Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə30/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   26   27   28   29   30   31   32   33   ...   179

Ərəb dilində bağlayıcılar və onların ayəti-kərimələrdə işlədilməsinin leksik- qrammatik xüsusiyyətləri 

79 


bağçalar,  (növbənöv)  meyvələr  və  ot-ələf  yetişdirdik.  Bütün  bunlar  sizin  və 

heyvanlarınızın istifadəsi üçündür. ) 

Müəllif ilk öncə bu ayəti-kərimdə işlədilmiş isimləri, sonra feilləri və nəhayət, 

köməkçi nitq hissələrini sadalamaqla ərəb ədəbi dilində nitq hissələrinin isim, feil və 

“harf”  olmaqla  üç  yerə  bölündüyünü  göstərir.  “Harf”  istilahı  ilə  köməkçi  nitq 

hissələrini nızırdə tutur. 

12

 

Әrəb  dilində  bağlayıcılardan  və  onların  leksik-qrammatik  xüsusiyyətlərindən 



bəhs edərkən qeyd edir ki, qrammatik mənaya xidmət göstərən bağlayıcılar tabelilik 

və tabesizlik əlaqələri əsasında söz, söz birləşmələri və cümlələrin əvvəlində, eləcə 

də ortasında istifadə olunur.  

Bağlayıcılar  نايبلا  فطع  və 

فطع

 

قسنلا



  kimi  mənaca  iki  qismə  ayrılır.  Әvvəlcə  

فطع


 

نايبلا


  istilahı “bəyan etməyə meyl etmə” mənasına uyğun gəlir və bağlayıcılar 

özü  burada  ayrıca  bir  qrammem  kimi  iştirak  etmir.  Burada  فطع    termini  bir  növ 

appozitiv  xarakterli  söz  birləşmələrini  leksik-cəhətdən  bir-birinə  bağlamaq 

məqsədini  güdür. 

فطع

 

نايبلا



  dedikdə  ərəb  dilində  təyin  rolunda  çıxış  edərək 

təyinlənənlə uzlaşan təyini söz birləşməsi yaradan appozitiv söz birləşmələri nəzərdə 

tutulur. Məşhur sovet şərqşünası B. M. Qrande bu tip birləşmələri bağlayıcısız, yəni 

“приложение  соединительное  разъяснительное”

13

  məhfumu  ilə  ifadə  edərək 



onları appozitiv ismi birləşmələrə aid etsə də, təyinin isimlə və sifətin digər mənaca 

növləri  ilə  ifadə  olunmuş  birləşmələrin  eyni  olmadığını  vurğulayaraq  göstərir  ki, 

təyinlənəndən  sonra  gələn  isim  qrupu  əsasən  izafət  formasında  olaraq  təyin  etdiyi 

sözlə yalnız hala görə uyğunlaşır; 

كوخأ ينءاج

 

ديز



 - Qardaşın Zeyd yanıma gəldi.  

Müəllifin fikrincə, insanın qardaşı çox ola bildiyindən məhz Zeyd adlı qardaşın 

gəldiyi nəzərdə tutulur. Digər bir nümuməyə müraciət edək: 

Aləmlərin Rəbbi Allaha həmd olsun!

دمحلا

 

لله



 

بر

 



نيملاعلا

 

!



   

Burada 


بر

 

نيملاعلا



  ifadəsi الله  sözünün təyini rolunda çıxış edir. Bu qəbildən olan 

söz birləşmələrinin tərəfləri arasındakı uzlaşma əlaqəsi bəzi hallarda müəyyənlik və 

kəmiyyətə  görə  baş  verir.  Söz  birləşmələrinin  tərəfləri  arasındakı  qrammatik 

bağlılıq, təbii ki, məna cəhətdən olur və tabe sözlərə aid edilir.  

Bu  növ  söz  birləşmələrində  təyin  edən  söz  tabeedici  olmaqla  yanaşı  digər 

tabeedici sözlərdən fərqli və oxşar cəhətlərə malikdir.  

                                                 

12

21 -29 تايلاا ، سبع ةروس  



13

  Гранде  В.  М.  Курс  арабской  грамматики  в  сравнительно-историческом  освещение. 

Издательство Восточной литературы, Москва, 1963, стр. 34-349 



 Süsən Yusif qızı Aslanova 

80 


Məlumdur  ki  نايبلا  فطع  təyinolunan  sözlərin  aydınlaşdırılması  və  ya  xüsusi 

şəkildə  vurğulanması  baxımından  “həqiqi  təyinə”  bənzəsə  də,  ondan  onunla 

fərqlənir ki, təyinin digər növü olan sintaktik keçid xarakterli “səbəbi təyin” bitişən 

əvəzliklərlə də işlənə bildiyi halda, 

لطع

 

نايبلا



  xarakterli təyinlər əsasən təyin etdiyi 

isimlə  bağlı  fəxri  ad,  ləqəb,  təxəllüslə  eyni  mənalı  söz  birləşməsi  deyil,  ayrı-ayrı 

mənalı iki sinonim söz yaradır.  

Әrəb dilində appozitiv xarakterli bu növ söz birləşmələri xarakterli bu növ söz 

birləşmələri ərəb dilində təyin kimi işlədilən əlavə isimlərlə (لدبلا), xüsusən onun bir 

növü olan 

لكلا

 

 



 لامتشا

ya 


لدب

 

نم لكلا



 

لكلا


 növü ilə qarışdırıla bilir ki, yeri gəldikdə bu 

fərqli cəhətlər açıqlanacaqdır.  

Әrəb  dilində  sintaktik  uzlaşma  məsələsinə  bir  qədər  fərqli  yanaşılmalıdır. 

Məsələ ondadır ki, ənənəvi ərəb dilçiliyinə görə ərəb dilində cümlədəki bütün adlar 

fleksiya  əlamətlərinin  dəyişməsinə  görə  iki  yerə  bölünür:  a)  “idarə  olunanlar” 

(تلاومعم),  yəni  təsiredici  qrammatik  amillərin  nəticəsində  təsir  altında  olanlar;  b) 

“uzlaşanlar”  (عباوت),  yəni  öz  fleksiyalarına  görə  digər  sözlərlə  uzlaşanlar.  Deməli, 

ərəb  dilində,  ərəb  dilçilərinin  fikrincə,  idarə  olunan  söz  bu  və  ya  digər  leksiyanı 

əsasən  idarəedici  söz  qismində  çıxış  edən  “təsiredici  amilin”  fəaliyyəti  nəticəsində 

qəbul edir. Buna قباطت  “uzlaşma” deyilir.  

“Uzlaşma” anlamına uyğun gələn qrammatik kateqoriyada isə əlaqələr fərqlidir. 

Bu  kateqoriyada  sözlər  bu  və  ya  digər  hal  fleksiyasını  “idarəedici  amilin”təsiri 

altında  olan  digər  sözün  qrammatik  formasına  uyğun  qəbul  edir.  Buna  görədir  ki, 

عباوت  termini  “ardıcıllar”,  “müşayət  edənlər”,  “uzlaşanlar”,  “başqasının  izi  ilə 

gedənlər” kimi səslənir. Әrəb qrammatikləri “tabe olanlar” qəbilindən olan sözlərin 

beş  növünü  qeyd  edir:    تعن(  atributiv  əlavəli),  فوحلاب  فطعلا  (bağlayıcılı  birləşdirici 

əlaqə),  ديكاتلا    (qüvvətləndirici  əlavə),    لدبلا  (  əvəzedici  əlavə), 

لفطع


 

نايبلا


  (izahedici 

əlavə),  ةفص və ya تعن terminləri ilə isə ərəb dilçiləri özündən əvvəlki mənaca tam 

uzlaşan söz və ya söz birləşməsini adlandırırlar və bu növ birləşmələr توعنص و تعن 

bölməsində  açıqlanır.  Onların  fikrincə,  yalnız  ةفص  ,  yaxud  تعن  önündəki  sözü  tam 

təsvir  və  xarakterizedə  bilər,  digər  dörd  əlavə  isə  həmin  sözlə  ancaq  birləşə,  onu 

qüvvətləndirə, əvəz, yaxud izah edə bilər.  

Әrəb  dilində  tabe  sözlərə 

فطع


 

قسنلا


    tabesizlik  bağlayıcıları  da  daxildir.  İdarə 

olunan sözlər تلاومعم isə qrammatik amilin idarəedici təsiri altında olan sözlərdir ki, 

buraya  bütün  isimlər  və  feilin  indiki-gələcək  zamanı  daxidir.  İdarə  olunan  sözlər 

تلاومعم


 

ةلاصلااب


  “birbaşa  idarəolunanlar”  və 

تلاومعم


 

ةيعبتلاب


  “idarəçi  sözlər  vasitəsilə 

idarə  olunanlar”  kimi  iki  qismə  ayrılır.  Birincilərə  fail,  nəib-fail,  mübtəda,  xəbər, 




Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə