Türkmanın əsərində Çəpni əmirlərindən 1595-ci ildə Fumənə hakim
təyin edilən Uğurlu sultanın adı çəkilir.
1
Özbəklər Nişapuru 1594-cü
ildə yenidən tutduqda, buranın hakimi Dərviş Məhəmməd xan Rumlu
Gilanda Lahicana (Biye Piş) əmir ül-üməra təyin edilir və o, burada
çox böyük başarılar göstərmişdir.
2
«Təzkirət əl-müluk»da adı qeyd olunan Kirman isə Güney-
Doğuda olub, sərhəd vilayəti deyildi, xassə əmlakı tərkibinə daxil
olub, sərkare xassey-i şərifə tərəfindən idarə edilirdi.
3
«Təzkirət əl-müluk»da adı çəkilən İraq ayrıca vilayət idi.
4
Adam Oleari yazır ki, o birisi İraq iki ölkənin ortasında (Yəni
Azərbaycanla Fars arasında – Z.B.) yerləşir və Farsla yaxud Persiya
ilə həmsərhəddir. Birincidən fərqli olaraq o, Əcəm İraqı adlanır.
Əhəmiyyətinə görə ən mühüm şəhəri İsfahandır. Senkan, Kaşan,
Savə, Rey, Həmədan, Qum, Şəhrizor, Dərəcəzeyn, Tehran və
Qülpayeqan da Əcəm İraqındadır.
5
«Təzkirət
əl-müluk»da
Qələmrov
(tabe
olan
ərazi)
bəylərbəyiliyinə tabe olan mahal və ulkaların Kərus, Zərinkəmər
ulkası və Tğanmin (?), Həştadcüft ulkası, Hersin, Kəlhor, Xar və
Simnan, Savə və Havə, Rey ulkasından ibarət olduğu göstərilmişdir.
6
İsgəndər bəy Münşiyə görə Nəhavənd də Həmədana tabe olub,
əhalisinin çoxu türk idi.
7
Həmədan Səfəvilər dövrünün qaynaqlarında
Qələmrov adı ilə yazıya alınmışdır. Ancaq Qaraqoyunlular dövründə
Həmədana Əlişəkər deyilirdi.
8
«Təzkirət əl-müluk»da Səfəvi dövlətinin qərb vilayətindən olan
Kürdüstanın Xorxor,Cavanrud və Urman mahallarından ibarət
olduğu göstərilir.
9
1
Yenə orada. s.514-515
2
İsgəndər bəy Münşi.. Tarix-i aləm aray-i Abbasi, s.501
3
Təzkirət əl-müluk.s.83; V.Minorski. Göstərilən əsəri, s.201
4
Yenə orada.
5
Адам Олеарий. Подробное…, с.607
6
Təzkirət əl-müluk.s.74, 75
7
İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi, s.634
8
V.Minorski. Göstərilən əsəri, s.202
9
Təzkirət əl-müluk.s.85
Luristan Feyli (Feyli-Lur tayfalarının adıdır) Kirmanşah və
Həmədanın cənubunda olub, Bəxtiyarı və Bane mahalları ona tabe
idi.
1
«Xolde-bərin»də II Şah İsmayıl tərəfindən Türk-Qızılbaş Təkəli
elindən Solaq Hüseynə xanlıq titulu verilməsi və onun Luristan
vilayətinə hakim təyin edilməsi qeyd olunmuşdur.
2
Fars-Kuhgiluyə bəylərbəyilinə tabe olan ulka və mahallar
Bəhreyn, Zeydabad, Duruğ, Sərvistan, Bəndər Abbas, Dəştistandan
ibarət olub, Kuhgiluyə isə əslində Fars, Xuzistan, Bəxtiyari arasıdakı
ərazidir. XVI-XVII yüzilliyin qaynaqlarında Fars vilayəti, bəzən
Kuhgiluyə adı ilə verilir. 1602-ci ildən Bəhreyn də Kuhgiluyə xanına
tabe edilmişdi.
3
Səfəvilər dövründə Fars vilayətinin əhalisinin müəyyən
hissəsini müxtəlif dövrlərdə burada məskunlaşmış türk elləri təşkil
edirdilər. Hələ Səlcuqlular dövründə Türkmən Əfşar tayfasından
xeyli əhali köçüb Kuhgiluyədə məskunlaşmışdı.
4
1617-ci ildə
İspaniya elçisi Don Qarsiya de Silva Larla Şiraz arasında dəfələrlə
Türkman obaları ilə qarşılaşdığını qeyd etmişdir. Səfir Lar mahalında
onları qarşılayan əsilzadələrdən Gülxanım adlı hündür boylu, donqar
burunlu, iti və sərt baxışlı Türkman xanımı haqqında məlumat verir.
O, Larda bir neçə kəndin ömürlük sahibi və həm də hakimi idi.
5
Məlum olduğu kimi, Zülqədərlərin yurdu əskidən bəri Fars bölgəsi
olub, onların bir çoxunun ulkası isə Əcəm İraqında idi.
6
I Şah İsmayıl
Farsı fəth etdikdən sonra bir qayda olaraq Şiraz valiliyi Zülqədər
əmirlərinə verilir və onların burada hakimiyyəti bu tayfanın
əmirlərinin xüsusi imtiyazı olaraq irsi mahiyyət kəsb edirdi.
“Təzkirət əl-müluk”da Ərəbistan valiliyi və Farsla İsfahan
arasındakı Simrumun
7
yalnız adı çəkilir.
1
Yenə orada.
2
Məhəmməd Yusif Qəzvini. Xolde-bərin, s.557
3
Təzkirət əl-müluk.s.85-86; V.Minorski. Göstərilən əsəri, s.205, 206
4
Yenə orada.
5
Səfərname-ye Don Qarsiya de Silva. Fiqeroa. Tərcome-ye Qulamrza
Səmii, Tehran: Çapxane-ye Kətibe, h.1363, s.115,122, 123, 125, 398
6
F.Sümər. Göstərilən əsəri, s.45
7
Təzkirət əl-müluk. s.86
Dövrün mənbələrini diqqətlə nəzərdən keçirdikdə tam aydın
olur ki, XVI-XVII əsrlərdə Səfəvilərin demək olar ki, bütün vilayət
və mahallarında Qızılbaş türk tayfa əmirləri hakimiyyətdə
olmuşdular. Məsələn, Qarabağ və Astrabadda Qacar, Azərbaycanda
Təkəli və Türkman, Çuxur-Səddə Ustaclı, Farsda Zülqədər,
Kirmanda Əfşar, Həmədanda Təkəli, Heratda Şamlı əmirləri
bəylərbəyi olurdular.
1
Nadir hallarda yeni hərbi əsilzadələrdən
bəylərbəyi təyin edilsə də, bu təcrübə özünü doğrultmamışdır.
Onu da qeyd etmək lazımdır ki, inzibati vahidlərin ərazisi sabit
qalmamış, dəfələrlə şəhər, hətta bütöv bir mahal bir vilayətdən
alınmış, digərinə verilmişdir.
Fəslin ikinci bölümündə mötəbər mənbələrdən əldə edilən
materiallar təhlil edilmiş və vilayətlərə bir qayda olaraq türk tayfa
əsilzadələrindən təyin edilməsi əsaslandırılmışdır. Bu hakimlərin hər
biri təyin olunduqları vilayətin bəylərbəyi olmaqla yanaşı, həm də
burada sakin olan türk tayfalarından birinin əmiri, ağsaqqalı və
başçısı idi, onun mülki-inzibati hakimiyyəti həm də hərbi mahiyyət
kəsb edirdi.
Vilayət hakimi, həm də buradakı tayfa başçısı olan əmir
öldükdə və ya öldürüldükdə onun yerinə həmin tayfanın mötəbər
şəxslərindən başqa biri o tayfaya ağsaqqal (əmir) seçilir, ona sultan
və ya xan titulu verilib, bəylərbəyi təyin edilirdi.
Engelbert Kempferin yerli hakimlərin vəzifə və titullarına görə
tərtib etdiyi siyahıda xassə əmlakı olan şəhər və vilayətə vəzir və
darğanın hakim statusu ilə təyin olunmasına işarə də edilir. O qeyd
edir ki, vaxtilə bəylərbəyilər tərəfindən idarə olunan məntəqələrin
çoxu bu gün xassə əmlakıdır. Bu əmlakı idarə edən vəzirlər birbaşa
Şaha tabe olub, öz vəzifələrini onun nəzarəti altında yerinə yetirirlər.
2
Xassə əmlakına hakim statusu ilə təyin olunan vəzir, yaxud darğanın
hüquq və səlahiyyəti divan ərazisi tərkibindəki vilayət hakimlərinin
hüquqları ilə müqayisədə daha məhdud idi.
Hakimiyyətin həyata keçirilməsi və yerli idarəetmə qaydalarına
uyğun olaraq hakimlər əyalətdə mülkü, hərbi-siyasi orqanların
1
И.П.Петрушевски. Очерки…, с.121
2
Engelbert Kempfer. Dər dərbare..., s. 157, 158.
Dostları ilə paylaş: |