sülalərinin hakimiyyəti dövründəki idarəçilik sistemindən formaca o
qədər də fərqli deyildi və adları çəkilən sülalələrin hər üçünün
dövründə mövcud olmuş idarəçilik sistemi araşdırılıb təhlil
olunduqda onların qədim Türk dövlətçilik təcrübəsindən geniş
şəkildə bəhrələndiyi aydın görünür. Eyni zamanda Türkistan və
Osmanlı dövlətçilik ənənələrindən də istifadə olunduğu nəzərə
çarpır.
Ancaq bu günə qədər Azərbaycan Səfəvi dövlətinin quruluşu və
onun idarə olunmasında Türk-Qızılbaş əyanlarının roluna aid ayrıca
tədqiqat işi aparılmadığına görə bu problem lazımi səviyyədə
öyrənilməyibdir. Buna görə də, Azərbaycan Səfəvi dövlətinin idarə
sisteminin araşdırılması, bu dövlətin mahiyyəti və xüsusiyyətlərinin
öyrənilməsi tarixşünaslığımızın aktual məsələlərindəndir. Tədqiqat
zamanı Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunda Qızılbaş-
Türk əyanlarının XVI əsrdə olduğu kimi, XVII yüzillikdə də aparıcı
mövqeyi, sarayda, orduda, diplomatik danışıqlarda türk dilinin
işlənməsi ilə bağlı məsələlərin aydınlaşdırılması dövlətin milli
mahiyyətinin öyrənilməsində başlıca istiqamətverici amil kimi əsas
götürülmüşdür. Səfəvi dövlətinin etnik kimliyi məsələsinin hələ
indiyədək tarixşünaslığımızın gündəmindən düşmədiyini nəzərə
alaraq XVI əsrin əvvəlində meydana çıxmış bu dövlətin elə yara-
nışından Azərbaycan türklərinə məxsusluğunun ilkin qaynaqlar əsa-
sında təsdiq edilməsi, bu dövlətin XVII əsrdə də özünün türk
mahiyyətini qoruyub saxlaması gerçəkliyinin inkardilməz dəlillərlə
sübuta yetirilməsi tarixşünaslığımızda bu dövlətin XVI əsrin sonu-
XVII əsrin əvvəllərindən farslaşaraq İran dövlətinə çevrilməsi haq-
qındakı yanlış fikir və mülahizələrin təkzib edilməsi üçün çox ciddi
elmi əsas yaradır.
Türk əyanlarının dövlətin strukturunda rolu, türk dilinin dövlət
dili kimi işlədilməsi, təkcə dövlətin mahiyyət məsələsini üzə
çıxarmır, həm də Azərbaycan türklərinin bir xalq olaraq qədim və
zəngin dövlətçilik təcrübəsinə malik olduğunu göstərir.
Mövzunun öyrənilmə səviyyəsi: Günümüzə qədər mövzu
ayrıca bir problem kimi araşdırılmamışdır. Doğrudur, istər
Azərbaycan, istərsə də xarici tarixşünaslıqda Səfəvi dövlətinin
tarixinə həsr olunmuş bir çox əsərlərdə dövlət quruluşu qismən də
olsa tədqiq edilmiş, lakin bu əsərlərdə idarə sistemində Qızılbaş-Türk
əsilzadələrinin rolu diqqətdən kənarda qalmışdır.
AMEA-nın
müxbir
üzvü
O.Əfəndiyevin
tədqiqatları
1
Azərbaycanın XVI əsr sosial-iqtisadi və siyasi tarixinin konseptual
məsələlərini hərtərəfli şəkildə əks etdirir. Onun əsərləri Azərbaycan
Səfəvi dövləti tarixinin öyrənilməsi üçün çox böyük elmi
əhəmiyyətə, dəyərə malikdir. Müəllif 1981-ci ildə nəşr olunmuş
monoqrafiyasında Səfəvi dövlətinin yaranması, onun ictimai-siyasi,
iqtisadi quruluşunu, beynəlxalq əlaqələrini ilk qaynaqlardan əldə
etdiyi zəngin faktiki materialları təhlil edərək araşdırmış və düzgün
elmi məntiqi nəticələr əldə etmişdir. Onun qeyd olunan əsərindəki
«Səfəvilər dövlətinin siyasi-inzibati quruluşu» adlı sonuncu bölüm
mövzunun araşdırılıb düzgün elmi nəticələr əldə edilməsində xüsusi
əhəmiyyət kəsb etmişdir.
AMEA-nın
müxbir
üzvü
Y.Mahmudovun
«Səyyahlar
Azərbaycana gəlir», «Odlar yurduna səyahət», «Səyyahlar, kəşflər,
Azərbaycan», «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa
ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin
əvvəlləri)»
2
adlı əsərlərində Azərbaycan Səfəvi dövlətinin sosial-
iqtisadi həyatı, siyasi tarixi, mədəniyyəti ilə bağlı məsələlər
işıqlandırılmaqla yanaşı, beynəlxalq əlaqələri də hərtərəfli tədqiq
olunmuşdur. Müəllifin əsərlərində Səfəvi dövlətinin quruluşu, saray
həyatı, Qızılbaş əyanlarına aid dəyərli məlumatlar vardır. Dissertasi-
yanın yazılmasında Y.Mahmudovun əsərlərindən geniş şəkildə
istifadə olunmuşdur.
Ş.Fərzəliyevin 1983-cü ildə nəşr etdirdiyi «Azərbaycan XV-
1
Эфендиев О.А. Образование Азербайджанского государства
Сефевидов в начале ХVI века. Баку: Изд. АН Азерб.ССР, 1961;
Азербайджанское государство Сефевидов в XVI веке. Баку: Изд.
«Элм», 1981.
2
Mahmudov Y.M. Səyyahlar Azərbaycana gəlir.Bakı:«Gənclik», 1977;
Odlar yurduna səyahət. Bakı: «Gənclik», 1980; Səyyahlar, kəşflər,
Azərbaycan. Bakı: «Gənclik», 1985; Взаимоотношения государств
Аккоюнлу и Сефевидов с западноевропейскими странами. Баку:
Издательство Бакинского Университета, 1991.
XVI əsrlərdə»
1
adlı əsərində «Əhsən ət-təvarix» xüsusi tədqiqat
obyekti kimi seçilsə də, dövrün bir çox unikal mənbələrindən də
istifadə olunmuşdur. Əsər Azərbaycanın XV-XVI əsrlərdə sosial-
iqtisadi həyatı və siyasi tarixinə həsr edilmişdir. Müəllif XVI əsrdə
Azərbaycan Səfəvi dövlətinin quruluşu ilə bağlı bir sıra məsələləri də
işıqlandırmışdır.
S.M.Onullahi «XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi»
2
adlı
əsərində dövrün Şərq və Qərb mənbələrindən əldə etdiyi zəngin
materialları təhlil edərək Təbriz şəhərinin ictimai quruluşu, sosial-
iqtisadi və mədəni həyatının mühüm məsələlərini araşdırmışdır.
Əsərdə Təbriz şəhərinin idarə quruluşu da işıqlandırılmışdır.
Ə.Ə.Rəhmaninin «Azərbaycan XVI əsrin sonu və XVII əsrdə
(1590-1700-cü illər)»
3
adlı əsəri adından da göründüyü kimi
Azərbaycanın sosial-iqtisadi, siyasi tarixi və mədəni həyatına həsr
olunmuşdur. Ancaq müəllif sovet dövrünün bir çox tarixçiləri kimi
bu dönəmdə mövcud olan «yanlış irançılıq konsepsiyasından»
uzaqlaşa bilməmiş, XVI əsrin sonlarında İran etnik elementlərinin
hakimiyyətdə güclənməsi, yəni dövlətin iranlılaşması kimi saxta bir
fikirlə razılaşmaq zorunda qalmışdır. Müəllifin əsərinin «Dil və
ədəbiyyat» fənərciyində dövrün avropalı səyyahlarından Şarden,
Tavernye, Sanson və İran tarixçisi Nəsrulla Fəlsəfinin XVII əsrdə
türkcənin Səfəvilərin rəsmi danışıq və saray dili olduğunu qeyd
etdiklərini yazması, onun birinci fikrinin yanlışlığının bəlli
göstəricisidir. Əsərinin qeyd olunan bəhsində türk dili əvəzinə
azərbaycan dili ifadəsi işlətməsi, Osmanlı türkcəsinin Azərbaycan
türkcəsindən fərqli olduğunu qeyd etməsi də XVII əsrin tarixi
gerçəklikləri ilə səsləşmir.
Süleyman Əliyarlının redaktorluğu, gərgin elmi araşdırmaları
və zəhməti sayəsində 1996-cı ildə nəşr olunan «Azərbaycan tarixi.
1
Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə. Bakı: «Elm» nəşriyyatı,
1983.
2
Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: «Elm»
nəşriyyatı, 1982.
3
Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке. Баку:
Издательство «Элм», 1981.
Dostları ilə paylaş: |