Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   2   3   4   5   6   7   8   9   ...   14

 

sülalərinin  hakimiyyəti dövründəki  idarəçilik sistemindən  formaca o 

qədər  də  fərqli  deyildi  və  adları  çəkilən  sülalələrin  hər  üçünün 

dövründə  mövcud  olmuş  idarəçilik  sistemi  araşdırılıb  təhlil 

olunduqda  onların  qədim  Türk  dövlətçilik  təcrübəsindən  geniş 

şəkildə  bəhrələndiyi  aydın  görünür.  Eyni  zamanda  Türkistan  və 

Osmanlı  dövlətçilik  ənənələrindən  də  istifadə  olunduğu  nəzərə 

çarpır.  

Ancaq bu günə qədər Azərbaycan Səfəvi dövlətinin quruluşu və 

onun  idarə  olunmasında  Türk-Qızılbaş  əyanlarının  roluna  aid  ayrıca 

tədqiqat  işi  aparılmadığına  görə  bu  problem  lazımi  səviyyədə 

öyrənilməyibdir.  Buna  görə  də,  Azərbaycan  Səfəvi  dövlətinin  idarə 

sisteminin  araşdırılması,  bu  dövlətin  mahiyyəti  və  xüsusiyyətlərinin 

öyrənilməsi  tarixşünaslığımızın  aktual  məsələlərindəndir.  Tədqiqat 

zamanı  Azərbaycan  Səfəvi  dövlətinin  idarə  quruluşunda  Qızılbaş-

Türk  əyanlarının XVI  əsrdə olduğu kimi, XVII yüzillikdə də aparıcı 

mövqeyi,  sarayda,  orduda,  diplomatik  danışıqlarda  türk  dilinin 

işlənməsi  ilə  bağlı  məsələlərin  aydınlaşdırılması  dövlətin  milli 

mahiyyətinin  öyrənilməsində  başlıca  istiqamətverici  amil  kimi  əsas 

götürülmüşdür.  Səfəvi  dövlətinin  etnik  kimliyi  məsələsinin  hələ 

indiyədək  tarixşünaslığımızın  gündəmindən  düşmədiyini  nəzərə 

alaraq  XVI  əsrin  əvvəlində  meydana  çıxmış  bu  dövlətin  elə  yara-

nışından  Azərbaycan  türklərinə  məxsusluğunun  ilkin  qaynaqlar  əsa-

sında  təsdiq  edilməsi,  bu  dövlətin  XVII  əsrdə  də  özünün  türk 

mahiyyətini  qoruyub  saxlaması  gerçəkliyinin  inkardilməz  dəlillərlə 

sübuta  yetirilməsi  tarixşünaslığımızda  bu  dövlətin  XVI  əsrin  sonu-

XVII  əsrin  əvvəllərindən  farslaşaraq  İran  dövlətinə  çevrilməsi  haq-

qındakı  yanlış  fikir  və  mülahizələrin  təkzib  edilməsi  üçün  çox  ciddi 

elmi əsas yaradır.  

Türk  əyanlarının dövlətin strukturunda rolu, türk dilinin dövlət 

dili  kimi  işlədilməsi,  təkcə  dövlətin  mahiyyət  məsələsini  üzə 

çıxarmır,  həm  də  Azərbaycan  türklərinin  bir  xalq  olaraq  qədim  və 

zəngin dövlətçilik təcrübəsinə malik olduğunu göstərir.  

Mövzunun  öyrənilmə  səviyyəsi:  Günümüzə  qədər  mövzu 

ayrıca  bir  problem  kimi  araşdırılmamışdır.  Doğrudur,  istər 

Azərbaycan,  istərsə  də  xarici  tarixşünaslıqda  Səfəvi  dövlətinin 

tarixinə  həsr  olunmuş  bir  çox  əsərlərdə  dövlət  quruluşu  qismən  də 




 

olsa tədqiq edilmiş, lakin bu əsərlərdə idarə sistemində Qızılbaş-Türk 

əsilzadələrinin rolu diqqətdən kənarda qalmışdır. 

AMEA-nın 

müxbir 

üzvü 


O.Əfəndiyevin 

tədqiqatları

1

 

Azərbaycanın  XVI  əsr  sosial-iqtisadi  və  siyasi  tarixinin  konseptual 



məsələlərini  hərtərəfli  şəkildə  əks  etdirir.  Onun  əsərləri  Azərbaycan 

Səfəvi  dövləti  tarixinin  öyrənilməsi  üçün  çox  böyük  elmi 

əhəmiyyətə,  dəyərə  malikdir.  Müəllif  1981-ci  ildə  nəşr  olunmuş 

monoqrafiyasında  Səfəvi  dövlətinin  yaranması,  onun  ictimai-siyasi, 

iqtisadi  quruluşunu,  beynəlxalq  əlaqələrini  ilk  qaynaqlardan  əldə 

etdiyi  zəngin  faktiki  materialları  təhlil  edərək  araşdırmış  və  düzgün 

elmi  məntiqi  nəticələr  əldə  etmişdir.  Onun  qeyd  olunan  əsərindəki 

«Səfəvilər  dövlətinin  siyasi-inzibati  quruluşu»  adlı  sonuncu  bölüm 

mövzunun  araşdırılıb  düzgün  elmi  nəticələr  əldə  edilməsində  xüsusi 

əhəmiyyət kəsb etmişdir. 

AMEA-nın 

müxbir 


üzvü 

Y.Mahmudovun 

«Səyyahlar 

Azərbaycana  gəlir»,  «Odlar  yurduna  səyahət»,  «Səyyahlar,  kəşflər, 

Azərbaycan»,  «Ağqoyunlu  və  Səfəvi  dövlətlərinin  Qərbi  Avropa 

ölkələri  ilə  qarşılıqlı  əlaqələri  (XV  əsrin  II  yarısı  –  XVII  əsrin 

əvvəlləri)»

2

 adlı  əsərlərində  Azərbaycan  Səfəvi  dövlətinin  sosial-



iqtisadi  həyatı,  siyasi  tarixi,  mədəniyyəti  ilə  bağlı  məsələlər 

işıqlandırılmaqla  yanaşı,  beynəlxalq  əlaqələri  də  hərtərəfli  tədqiq 

olunmuşdur.  Müəllifin  əsərlərində  Səfəvi  dövlətinin  quruluşu,  saray 

həyatı, Qızılbaş əyanlarına aid dəyərli məlumatlar vardır. Dissertasi-

yanın  yazılmasında  Y.Mahmudovun  əsərlərindən  geniş  şəkildə 

istifadə olunmuşdur. 

Ş.Fərzəliyevin  1983-cü  ildə  nəşr  etdirdiyi  «Azərbaycan  XV-

                                         

1

 

Эфендиев  О.А.  Образование  Азербайджанского  государства 



Сефевидов  в  начале  ХVI  века.  Баку:  Изд.  АН  Азерб.ССР,  1961; 

Азербайджанское  государство  Сефевидов  в  XVI  веке.  Баку:  Изд. 

«Элм», 1981. 

2

 Mahmudov  Y.M.  Səyyahlar  Azərbaycana  gəlir.Bakı:«Gənclik»,  1977; 



Odlar  yurduna  səyahət.  Bakı:  «Gənclik»,  1980;  Səyyahlar,  kəşflər, 

Azərbaycan.  Bakı:  «Gənclik»,  1985;  Взаимоотношения  государств 

Аккоюнлу  и  Сефевидов  с  западноевропейскими  странами.  Баку: 

Издательство Бакинского Университета, 1991.

 



 

XVI  əsrlərdə»

1

 adlı  əsərində  «Əhsən  ət-təvarix»  xüsusi  tədqiqat 



obyekti  kimi  seçilsə  də,  dövrün  bir  çox  unikal  mənbələrindən  də 

istifadə  olunmuşdur.  Əsər  Azərbaycanın  XV-XVI  əsrlərdə  sosial-

iqtisadi  həyatı  və  siyasi  tarixinə  həsr  edilmişdir.  Müəllif  XVI  əsrdə 

Azərbaycan Səfəvi dövlətinin quruluşu ilə bağlı bir sıra məsələləri də 

işıqlandırmışdır. 

S.M.Onullahi «XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi»

2

 adlı 


əsərində  dövrün  Şərq  və  Qərb  mənbələrindən  əldə  etdiyi  zəngin 

materialları  təhlil  edərək  Təbriz  şəhərinin  ictimai  quruluşu,  sosial- 

iqtisadi  və  mədəni  həyatının  mühüm  məsələlərini  araşdırmışdır. 

Əsərdə Təbriz şəhərinin idarə quruluşu da işıqlandırılmışdır. 

Ə.Ə.Rəhmaninin  «Azərbaycan  XVI  əsrin  sonu  və  XVII  əsrdə 

(1590-1700-cü  illər)»

3

 adlı  əsəri  adından  da  göründüyü  kimi 



Azərbaycanın  sosial-iqtisadi,  siyasi  tarixi  və  mədəni  həyatına  həsr 

olunmuşdur.  Ancaq  müəllif  sovet  dövrünün  bir  çox  tarixçiləri  kimi 

bu  dönəmdə  mövcud  olan  «yanlış  irançılıq  konsepsiyasından» 

uzaqlaşa  bilməmiş,  XVI  əsrin  sonlarında  İran  etnik  elementlərinin 

hakimiyyətdə  güclənməsi,  yəni  dövlətin  iranlılaşması  kimi  saxta  bir 

fikirlə  razılaşmaq  zorunda  qalmışdır.  Müəllifin  əsərinin  «Dil  və 

ədəbiyyat»  fənərciyində  dövrün  avropalı  səyyahlarından  Şarden, 

Tavernye,  Sanson  və  İran  tarixçisi  Nəsrulla  Fəlsəfinin  XVII  əsrdə 

türkcənin  Səfəvilərin  rəsmi  danışıq  və  saray  dili  olduğunu  qeyd 

etdiklərini  yazması,  onun  birinci  fikrinin  yanlışlığının  bəlli 

göstəricisidir.  Əsərinin  qeyd  olunan  bəhsində  türk  dili  əvəzinə 

azərbaycan  dili  ifadəsi  işlətməsi,  Osmanlı  türkcəsinin  Azərbaycan 

türkcəsindən  fərqli  olduğunu  qeyd  etməsi  də  XVII  əsrin  tarixi 

gerçəklikləri ilə səsləşmir. 

Süleyman  Əliyarlının  redaktorluğu,  gərgin  elmi  araşdırmaları 

və  zəhməti  sayəsində  1996-cı  ildə  nəşr  olunan  «Azərbaycan  tarixi. 

                                         

1

 



Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə. Bakı: «Elm» nəşriyyatı, 

1983. 


2

 Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: «Elm» 

nəşriyyatı, 1982. 

3

 Рахмани  А.А.  Азербайджан  в  конце  XVI  и  в  XVII  веке.  Баку: 



Издательство «Элм», 1981. 


Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə